Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən daha bir valyuta mübadiləsi məntəqəsinə (exchange) lisenziya təqdim edilib.
Banker.az xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində “MMK-014” MMC-yə VMF-07 kodu ilə lisenziya təqdim edilib. Bununla da lisenziyalı “exchange”lərin sayı yeddiyə yeksəlib.
Şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 2 qeydiyyatda olacaq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45 ünvanında isə fəaliyyət göstərəcək.
Xatırladaq ki, “MMK-014” 2024-cü ilin yanvarında təsis edilib və 600 000 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Tural Mikayılov Məhərrəm oğludur.
Hazırda exchange-lər:
“ELİKO” MMC
“DELTA CAPITAL” MMC
“ZUHUR” MMC
“BAKI MƏRKƏZİ VALYUTA” MMC
“META-KAPİTAL” MMC
“Money Shop” MMC
“MMK-014” MMC
“Exchange” Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər – “Valyuta tənzimi haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filiallarıdır.