Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb .....                     Sinifdə 30-dan çox şagird VARSA… .....                     2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək .....                     Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     «Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... .....                     Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı .....                     Rus generalın ölümünə görə iki nəfər TUTULDU .....                     Brüssel nəbz yoxlaması həyata keçirir .....                     Azərbaycanda Türkiyə hərbi bazası... .....                     Şokoladdan stul davasına keçid təhsili .....                     Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb .....                     "3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" .....                     Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! .....                     Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... .....                     Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib .....                     Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` .....                     "Sən nəyə hazırsansa, o da sənə hazırdır" .....                     İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir .....                     Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? .....                     Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına .....                     Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq .....                     Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür .....                     "Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" .....                     İsmayıl Məmmədov idarə rəisi təyin edildi .....                     24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... .....                     “Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi .....                     Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... .....                     Sahibkardan pul yığmağın yeni “dəbi” .....                     Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq .....                     Tramp üçün Ermənistan sadəcə “163-cüdür” .....                     Şamaxıda yolların təmiri 621 min manata .....                     Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub .....                     “Avropa Ermənistanı qoruya bilməz” .....                     Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... .....                     Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! .....                     Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... .....                     Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? .....                     Gəncə təhsilini elə batırıblar ki... .....                     Zay məhsul satmaqları bir yana... .....                 

"Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var ..." - deputat
Tarix: 14-12-2024, 00:57 | Çap et
"Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var ..."
Müharibənin bitməsindən 4 ildən vaxt keçsə də Ermənistan hələ də minalanmış ərazilərin düzgün xəritəsini təqdim etməkdən boyun qaçırır. Bu da təbii ki, soydaşlarımızın öz doğma yurdlarına qayıtmasını gecikdirir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi davam edir. Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən çoxdur. Ölkəmizdə mina qurbanlarından 359 nəfəri uşaq, 38 nəfəri qadındır: "2020-ci il noyabrın 10-dan bu günədək 382 nəfər mina partlayışının qurbanı olub. Nəticədə 70 nəfər həlak olub, 312 nəfəri xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslərdir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər tərəfdən yerləşdirilən minalar müdafiə xarakterli deyil və hərbi texnikanın sıradan çıxarılmasından daha çox çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir:

"Ermənilər nəinki təminat yollarına, bütövlükdə insan ayağının dəyə biləcəyi hər yerə xüsusi kombinasiyalarla həssaslığı təmin olunan minalar quraşdırıblar ki, Azərbaycan vətəndaşlarını mümkün qədər daha çox itkiyə məruz qoysunlar və minaya düşən şəxslərin sağ qalmaq ehtimalı olmasın. Minaların zərərsizləşdirilməsi zamanı tank əleyhinə minaların üzərinə piyada əleyhinə minaların qoyulması da bunu sübuta yetirir.

Burada Ermənistanın hərbi-cinayətkar ünsürləri iki məqsəd güdüblər. Bunlardan birincisi, minaların daha həssas olması və cüzi toxunuşla nəinki toxunan subyektə, daha geniş ərazidəki canlı qüvvəyə, mülki şəxslərə və texnikaya ziyan vurması və piyadalar əleyhinə minalardan istifadə edilməsinin ört-basdır edilməsi. Məlumdur ki, piyadalar əleyhinə minaların partlayışdan sonra partlayış qüvvəsi altdakı tank əleyhinə minaları işə salır və partlayışdan sonra piyadalar əleyhinə minalardan istifadə edildiyini sübuta yetirmək çətin olur.

Qeyd edim ki, Ermənistan piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyaya (Ottava müqaviləsi) qoşulmasa da, sözügedən sənədin müddəalarının istisnasız olaraq bütün ölkələr tərəfindən yerinə yetirilməsi zəruridir. Ermənistan həm də bu baxımdan, yəni Piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanın yurisdiksiyası altına düşməmək üçün piyada və tank əleyhinə minaların kombinasiyasını yaradaraq tətbiq edib ki, bu da sözügedən ölkənin əsas məqsədinin azərbaycanlıları məhv etmək, soyqırımına məruz qoymaqdan ibarət olduğunu sübuta yetirir".

Deputat vurğulayıb ki, bir qayda olaraq, nizami ordular bu tip "sürpriz-minalar"dan istifadə etmirlər:

"Belə minalardan adətən diversiya terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir. Buna nümunə olaraq, vaxtilə İŞİD terror təşkilatının nəzarətə keçirdiyi ərazilərdə tətbiq etdiyi mina "kombinasiyalarını" xatırlatmaq yetərlidir.

Xatırladım ki, Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para biliklər ilə "mahir" olduqlarını, klassik goreşənlikləri ilə nəzərə alıblar.
SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları təmin edib.

44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artması idi. Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmırdı. Amma minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan hələ də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur".

Deputat söyləyib ki, Ermənistanın Azərbaycan tərəfinə təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin qeyri-dəqiqliyi, bu ölkənin məqsədinin Azərbaycanın daha çox dinc sakinini öldürməkdən ibarət olduğunu sübuta yetirir:

"Minaların xaotik şəkildə basdırıldığı barədə nəzəriyyələr isə boşboğazlıq və məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Çünki ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərinin təbii sərvətlərini istismar edib, əkin sahələrindən, otlaqlardan yararlanıblar. Bu isə o deməkdir ki, Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var və bu terrorçu ölkə məqsədyönlü şəkildə dəqiqliyi 25% təşkil edən xəritələri Azərbaycana təhvil verir ki, daha çox insanın ölümünə zəmin yaransın, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işləri mümkün qədər ləngisin, azərbaycanlılar öz doğma yurdlarına tez bir zamanda qayıda bilməsinlər.

Bu, Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən terrordur. Ermənilərin XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaratdıqları QNÇAK və Daşnaksutyun kimi terroru mübarizə üçün əsas vasitə seçən təşkilatların, onların davamçıları olan Njde, Dro kimi faşistlərin, ASALA və digər erməni terror təşkilatlarının vəhşi terrorçu "ideologiyası" müasir Ermənistanın siyasətinin təməlini təşkil edir".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Bu gün, 11:16
Sinifdə 30-dan çox şagird VARSA… - Tədrisin keyfiyyətindən danışmaq OLAR?
Bu gün, 11:13
2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək - AMB TƏMİNAT VERDİ
Bu gün, 11:10
Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06
«Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00
Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55
Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53
Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52
Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48
Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu gün, 10:46
"3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" - ETİRAZ
Bu gün, 10:40
Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! - Komediya içində komediya
Bu gün, 10:33
Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... - Ermənistandan cavab yoxdur!
Bu gün, 10:18
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Bu gün, 10:17
Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..
Bu gün, 10:09
"Sən nəyə hazırsansa, o da sənə hazırdır" - FOTO
Bu gün, 10:07
İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir - Köçəryan
Bu gün, 10:05
Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? - Camaat narazıdır... TROLLARSA MƏMNUN!
Bu gün, 10:03
Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA
Bu gün, 09:56
Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür - NƏ ETMƏLİ?
Bu gün, 09:50
"Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" - deputat
Bu gün, 09:47
İsmayıl Məmmədov idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 09:43
24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Bu gün, 09:42
“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 09:39
Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... - "...Uşaqda heçmi günah yoxdur?!"
Bu gün, 09:33
Sahibkardan pul yığmağın yeni “dəbi” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:29
Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq - GƏLİŞMƏ
Bu gün, 09:28
Tramp üçün Ermənistan sadəcə “163-cüdür” – Sərkisyan
Bu gün, 09:26
Şamaxıda yolların təmiri 621 min manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:23
Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 09:21
“Avropa Ermənistanı qoruya bilməz” – erməni politoloqdan sensasiyalı AÇIQLAMA
Bu gün, 09:16
Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... - MÜRACİƏT
Bu gün, 09:14
Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! - VİDEOFAKT
Bu gün, 09:06
Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... - AXI NİYƏ?..
Bu gün, 09:01
Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
Gəncə təhsilini elə batırıblar ki... - İTTİHAM VAR...
Bu gün, 08:49
Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35
Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26
Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55
Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14
Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11
Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14
"Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48
“Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru