"Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır" .....                     Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində .....                     Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! .....                     Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu .....                     Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər .....                     "Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." .....                     Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir .....                     Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” .....                     Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər .....                     Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş .....                     Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR .....                     Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır .....                     "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..." .....                     Orduya əmr verildi: .....                     Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi .....                     "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" .....                     Tiran Xaçatryan nədə ittiham olunur? .....                     Putini qəzəbləndirən qərar geri “oxundu” .....                     Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? .....                     “Heç vaxt deməzdi ki, məndə bu problem var” .....                     Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş .....                     Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... .....                     “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” .....                     Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? .....                     Qərb Rusiyanı ərəb qazı ilə “boğur” .....                     “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” .....                     YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib .....                     "Fərqi insan idi..." .....                     1047-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... .....                     Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi .....                     Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? .....                     Bakıda insident törədən idmançılar həbs edildi .....                     Vəkili erməni generalın həbsini təsdiqlədi .....                     Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb .....                     "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." .....                     Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi .....                     Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA .....                     Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... .....                     Fatimənin adından istifadə edib Rüfəti aldatdılar .....                 

"Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib" - QATİL HƏKİM KİMDİR?
Tarix: 31-07-2024, 13:01 | Çap et
"Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib"
Göyçay rayonunun Qaraməryəm kənd sakini, 29 yaşlı Vüsalə Quliyeva iki il öncə “kəskin respirator virus infeksiyası” diaqnozu ilə həyatını itirib. Onun yaxınlarının müxtəlif dövlət orqanlarına şikayətlərindən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım üzrə həkimi Fatimə Abdullazadə cinayət məsuliyyətinə cəlb olunub. Amma Vüsalə Qarayevanın ailəsi həkimə verilən cəzadan narazı qalıb.

“Həkim israrla evə göndərib”

Hadisədən bir gün öncə Fatimə Abdullazadə işdə növbədə olanda gecə saat 4 radələrində Vüsalə Quliyevanın yaxınları onu ağır vəziyyətdə xəstəxanaya gətirib. Həkim onun bədən temperaturunu ölçəndə 40 dərəcəni keçdiyini görüb. Yalnız “Analgin”, “Dimedrol”, “Novokain” qarışığını vurmaqla işini bitirdiyini deyirlər.

Gecə ilə evə qayıdan Vüsalə Quliyevanın vəziyyəti daha da ağırlaşdığına görə səhər açılandan sonra onu yenidən xəstəxanaya çatdırıblar. Bir sutkaya yaxın xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayət işinin materiallarında göstərilib ki, həkim o halda olan xəstəni evə göndərməklə – vəziyyətin səbəbini müəyyənləşdirmək üçün əlavə müayinələr aparmamaqla, analizlər götürülməsi, rentgen olunması və s. addımlar atmamaqla səhlənkarlıq edib.
30 yaşlı Fatimə Abdullazadəyə qarşı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Elə bu ittihamla da ona 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Zərərçəkmiş tərəf – Vüsalə Quliyevanın həyat yoldaşı Akif Quliyev hökmdən narazı qalıb. Deyir ki, həkim səhlənkarlığı icbatından ailəsinə böyük zərbə dəyib, iki azyaşlı övladı anasız qalıb. Amma Fatimə Abdullazadə bugünədək onlara heç üzrxahlıq da etməyib. O danışır ki, gecə həyat yoldaşını xəstəxanaya çatdırsalar da, həkim onları evə göndərib, deyib ki, sabah gətirsinlər. Çünki ixtisaslı həkimlər, diaqnostika avadanlığını işlədən mütəxəssislər bu vaxt yoxdur. Onlar isə həkimin davranışına – xəstənin bu vəziyyətdə evə göndərilməsinə etiraz ediblər:

“Baş həkimin nömrəsi vardı, qardaşım gecə ilə ona zəng elədi ki, vəziyyəti çatdırsın, kömək eləsin. Baş həkim telefona cavab vermədi...”.

Səhər saatlarında baş həkim zəngləri görəndən sonra Səbuhi Quliyevlə əlaqə saxlayıb, hansı səbəbdən zəng etdiyini soruşub. O isə gecə gəlinlərini xəstəxanaya gətirdiklərini, lakin həkimin onları evə göndərdiyini çatdıraraq, bundan şikayətlənib.

Həkim: “Başım o biri xəstəyə qarışdı”

Akif Quliyevin sözlərinə görə, gecə məcburiyyət qarşısında həyat yoldaşını evə gətiriblər. Səhər onun durumu bir qədər də ağırlaşıb və yenidən xəstəxanaya çatdırıblar. Onu rentgen müayinəsindən keçirəndən sonra ciyərlərində pnevmaniya əlamətlərinin müşahidə olunduğu deyilib. Ardınca onu infeksion şöbəyə yerləşdiriblər. Getdikcə onda tənəffüs çatışmazlığı yaranıb. Bu üzdən oksigen aparatına qoşublar. Bir qədər sonra Vüsalə Quliyeva nitq qabiliyyətini itirib, koma vəziyyətinə düşüb. Onu reanimasiya şöbəsinə yerləşdirsələr də, gecə saat 3 radələrində orada vəfat edib.

Akif Quliyev əlavə edib ki, həyat yoldaşının ölümündə təqsiri olan həkimin azadlıqda qalması onu qıcıqlandırır.

30 yaşlı Fatimə Abdullazadə isə özünü təqsirli bilmir. Deyir ki, xəstəyə ilkin tibbi yardım göstərilib. O iddia edir ki, xəstənin evə aparılmasını istəməyib, əksinə, ona gözləməyi tapşırıb:

“O ərəfədə təcili tibbi yardım xəstə gətirmişdi. Başım o xəstəyə qarışdı, təcili yardımın sənədlərini imzalamalı idim. Elə bu məqamda Vüsalə Quliyeva xəstəxanadan çıxıb gedib. Xəstə mənim yanımda 10 dəqiqə oldu”.

Fatimə Abdullazadə əlavə edib ki, Vüsalə Quliyeva səhhətindəki problemlərlə əlaqədar hadisədən 2-3 gün əvvəl bir neçə başqa həkimin qəbulunda olub:

“Gülnar həkimin müalicəsini götürüb, Əli həkim iki dəfə baxıb, həm müalicə yazıb, həm sistem quraşdırıb. Amma bu həkimlərin adları heç çəkilmir, məni günahlandırırlar. Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib”.

Akif Quliyev də, onun qardaşı da deyir ki, Fatimə Abdullazadə yalan danışır. Əgər o, xəstəni israrla evə göndərməsəydi, o zaman baş həkimə zəng etməzdilər.

Hökm dəyişdi

Bu işdə zərərçəkmiş tərəflə yanaşı, prokurorluq da Göyçay Rayon Məhkəməsinin həkimə kəsdiyi cəzadan narazı qalıb. Prokuror da cəzanın ağırlaşdırılmasını istəyib. Dövlət ittihamçısı onun 3 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.

Bundan başqa, Göyçay Rayon Məhkəməsinin hökmündə əlavə cəza olaraq, Fatimə Abdullazadənin 1 il 6 ay təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim kimi çalışmasına qadağa qoyulub. Prokuror bununla da razı deyil. O, apelyasiya protestində təklif edib ki, ona təkcə təcili yardım yox, 1 il 6 ay ərzində ümumiyyətlə, həkim kimi fəaliyyət göstərmək qadağan olunmalıdır.

Vüsalə Quliyevanın ölümü ilə bağlı məsələ Şəki Apelyasiya Məhkəməsində təkrar araşdırılıb, bugünlərdə yeni hökm çıxarılıb. Fatimə Abdullazadə 1 il 6 ay həkimlik fəaliyyətilə məşğul olmaq hüququndan məhrum edilib. O, həmçinin 2 il azadlıqdan məhrum edilib. Bu cəzanı isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Dia-az.İnfo










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Bu gün, 19:32
Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində - VİDEO
Bu gün, 19:27
Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! – Erməni tarixçi
Bu gün, 19:24
Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu - TƏFƏRRÜAT
Bu gün, 19:22
Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Bu gün, 19:16
"Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." - FOTO
Bu gün, 18:23
Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir - AKTUAL
Bu gün, 18:18
Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” - FOTO
Bu gün, 18:15
Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Bu gün, 18:11
Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Bu gün, 17:16
Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Bu gün, 17:13
Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Bu gün, 17:09
"Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Bu gün, 16:35
Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Bu gün, 16:33
Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Bu gün, 16:32
"Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Bu gün, 16:29
Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Bu gün, 16:14
Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Bu gün, 16:12
Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 16:09
“Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Bu gün, 16:07
Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Bu gün, 15:35
Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Bu gün, 15:32
“Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Bu gün, 15:29
Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:24
Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Bu gün, 15:21
“Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Bu gün, 13:41
YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Bu gün, 13:38
"Fərqi insan idi..."
Bu gün, 11:41
1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 11:00
“Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Bu gün, 10:46
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Bu gün, 10:43
Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Bu gün, 10:34
Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:32
Vəkili erməni generalın həbsini təsdiqlədi
Bu gün, 09:16
Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Bu gün, 09:14
"Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Bu gün, 09:03
Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bu gün, 09:00
Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Bu gün, 08:58
Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Bu gün, 08:51
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Bu gün, 08:32
Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Bu gün, 08:30
Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Bu gün, 07:05
İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:02
"Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Bu gün, 06:33
Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29
NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27
"Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22
“Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19
Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09
Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru