İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
Tarix: 12-06-2021, 11:11 | Çap et
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”nı təsdiqləyib.
AFN xəbər verir ki, qayda Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarının icrası məqsədilə hazırlanıb. Qəribədir, az qala 4 ay əvvəl Nazirlər Kabinetinin verdiyi tapşırığı İqtisadiyyat Nazirliyi indi icra edir. Təsdiqlənən qaydalar uzunmüddətli – tutalım ki, 2-3 illik dövr üçün nəzərdə tutulsaydı, 4 aylıq yubanmanı normal qarşılamaq olardı. Amma məsələ burasındadır ki, Nazirlər Kabinetinin məlum qərarı ölkə daxilində unun və un məhsullarının qiymətinin artmasının qarşısını almaq məqsədi daşıyırdı. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilməli, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq etməli idi. Yəni İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə təsdiqləməli olduğu qayda 37 gün əvvəl icra müddəti başa çatan qərarın icrası məqsədi daşıyır! Absurddur, deyilmi? Dünya bazarında, eləcə də əsas buğda aldığımız ölkə olan Rusiyada buğdanın qiyməti sürətlə bahalaşır. Üstəlik, Rusiya fevralın 14-dən etibarən ixraca yönələn buğdaya əlavə rüsum təyin edir. Nazirlər Kabineti un və çörəyin əhalinin rasionundakı payını nəzərə alaraq dərhal reaksiya verir, yerli istehsalçılara dövlətin dəstəyini müəyyənləşdirir. Lakin İqtisadiyyat Nazirliyi yerindən tərpənib o dəstəyi almaq üçün qayda hazırlayana qədər yeni məhsul bazara çıxmağa başlayır! Özü də elə bir şəraitdə ki, fevral ayında Azərbaycana 1 kiloqram da olsa buğda idxal edilmir. İdxalçılar da, emalçılar da Rusiyanın qərarından sonra bazarda yaranan yeni qiymətə alışmağa çalışırlar. Dövlət öz dəstəyini ifadə edir, qərarını verir, nəticədə mart ayında birdən-birə buğda idxalı yanvara nisbətən 8 dəfədən çox artır. İstehsalçı daha yüksək qiymətlə malı almaqda tərəddüd etmir, çünki dövlət ona hər ton una görə 35 manat subsidiya verəcək. Lakin dövlətin sahibkara yönəlik xoş niyyətini İqtisadiyyat Nazirliyi bərbad edir – fevral-may ayları ərzində un istehsal edən sahibkar dövlət dəstəyini bu nazirliyin məsuliyyətsizliyi üzündən ala bilmir. Nəticədə uduzan yenə xalq – sıravi vətəndaş olur: unun və çörək istisna olmaqla un məhsullarının kiloqramında 20 faizə qədər bahalaşma onun cibinə girir. Bu cibgirliyin baiskarı isə İqtisadiyyat Nazirliyidir. Bu nazirlik hüquqlarını müdafiə etdiyi sahibkarı da, istehlakçını da taleyin ümidinə buraxır. Buna görə cəzasız qalacağına o qədər əmindir ki, un bazarında qiymətləri tənzimləyəsi çox zəruri bir qaydanı zəmilərdən biçilən buğda bazara daxil olduğu ərəfədə ortaya çıxarır. Hansı sahibkarın imkanı var ki, 4 ay xammalı baha alıb, emal edib məhsulu ucuz satsın? Heç bir normal iqtisadiyyatı olan ölkədə bu, mümkün deyil. Hətta dünya iqtisadiyyatından çox fərqli olan Azərbaycanda da hansısa sahibkarın buna davam gətirmək gücü yoxdur. Ona görə də sahibkar gözləyib-gözləyib aprelin əvvəlindən un və un məmulatlarının qiymətini qaldırdı. Bu isə o deməkdir ki, İqtisadiyyat Nazirliyinin hazırladığı qayda daldan atılan daş effekti verdi desək, yanılmarıq. Beləliklə, dövlətin əhaliyə, sahibkara yönəlik xoşgörülü addımını Mikayıl Cabbarovun rəhbərlik etdiyi qurum nəticəsiz bir addıma çevirdi! Məlumat üçün bildirək ki, “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”na görə, un istehsalçısı dedikdə, Azərbaycan Respublikasının ərazisində un istehsalı üçün mülkiyyətində, yaxud istifadəsində olan zəruri avadanlıqlardan istifadə etməklə xammaldan (alınmış və ya idxal edilmiş ərzaqlıq buğdadan) bilavasitə un istehsal edərək istehsal etdiyi unu təqdim edən və (və ya) təsərrüfatdaxili qaydada digər təsərrüfat subyektində (obyektində) emal edərək un məmulatı təqdim edən şəxslər nəzərdə tutulur. Un istehsalçıları tərəfindən subsidiya alınması üçün istehsal edilmiş unun və ya istehsal edilmiş undan emal edilmiş un məmulatlarının satışını təsdiq edən elektron qaimə-faktura məlumatlarını və istehsalla bağlı “istehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası” məlumatlarını növbəti ayın 5-dək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edirlər. Un istehsalçıları tərəfindən bu Qaydada müəyyən edilən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə həmin müraciətlər növbəti ay üzrə nəzərə alınır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təqdim edilmiş məlumatları ümumiləşdirir, bu Qaydaya uyğun olaraq dəqiqləşdirir və müvafiq ay üzrə un istehsalçılarına ödəniləcək vəsaitlərin məbləğinin (un istehsalçıları tərəfindən satılmış unun və ya satışı həyata keçirilmiş emal edilmiş un məmulatlarının istehsalına yönəldilmiş unun hər tonunu 35 manat subsidiya məbləğinə vurmaqla) hesablanmasını və cari ayın 15-dək icmallaşdırılmasını təmin edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aşağıdakı məlumatlar əsasında un istehsalçılarına ödəniləcək subsidiyanın hesablanması üçün əsas olan un çəkisinin azaldılması, məhdudlaşdırılması və ya qismən məhdudlaşdırılması barədə qərar qəbul edə bilər: - müvafiq un istehsalçısı tərəfindən Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunduqda; - müvafiq un istehsalçısının un satışı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli əməliyyatlar aparması müəyyən olunduqda; - müvafiq un istehsalçısı tərəfindən istehlakçıların hüquqlarının pozulması və ya məhdudlaşdırılması halları müəyyən olunduqda. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarına alacaqları subsidiyanın məbləği, habelə subsidiya məhdudlaşdırıldığı təqdirdə müvafiq izahatı özündə əks etdirən bildirişi cari ayın 20-dək göndərir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu Qaydaya əsasən icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı ödəniş sifarişini cari ayın 20-dək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir. Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 bank günü ərzində təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin un istehsalçılarının bank hesablarına köçürülməsini həyata keçirir.
AFN-in Analitik qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
• Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34 |
|
|
|
• 4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16 |
|
|
|
• Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14 |
|
|
|
• Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10 |
|
|
|
• Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03 |
|
|
|
• Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50 |
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22 |
|
|
|
• `Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16 |
|
|
|
• Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09 |
|
|
|
• "Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Bu gün, 09:07 |
|
|
|
• Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir - Tramp Kanadadan sonra yeni ərazi iddiası İRƏLİ SÜRDÜ
Bu gün, 09:03 |
|
|
|
• Müştərilər üçün KAPTAL BANK məngənəsi... - AXI NİYƏ?..
Bu gün, 08:59 |
|
|
|
• "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!"
Bu gün, 08:55 |
|
|
|
• Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! - GİLEY
Bu gün, 08:47 |
|
|
|
• Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39 |
|
|
|
• "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35 |
|
|
|
• BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31 |
|
|
|
• Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19 |
|
|
|
• Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17 |
|
|
|
• `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14 |
|
|
|
• Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15 |
|
|
|
• İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11 |
|
|
|
• "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19 |
|
|
|
• Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17 |
|
|
|
• "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12 |
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
|