Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"? - ARAŞDIRMA
Tarix: 19-04-2021, 08:39 | Çap et
Azərbaycanın qərb bölgəsinin mərkəzi olan, dövlətçilik tariximizdə mühüm yer tutan Gəncə şəhəri ölkədə geniş miqyasda abadlıq-quruculuq işləri aparılan şəhərlərdəndir. Bu məqsədlə hər il dövlət büdcəsindən Gəncə şəhərinə on milyonlarla vəsait ayrılır. Gəncə şəhərində son bir neçə ildə inşa edilən nə böyük layihələrdən biri də Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisidir. Bu layihələrin inşasına xərclənən vəsait artıq 42 milyon manatı adlayıb.
Gəncə şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu hər iki layihəni birbaşa müqavilə əsasında "Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti inşa edir. 40 manat kapitallı MMC-yə 40 milyonluq tikinti Qlobal.az xəbər saytının bu dəfəki araşdırması Gəncə şəhərində dövlət büdcəsi hesabına 42 milyon manatdan artıq tikinti işləri barədədir. Sözügedən tikinti işlərini "Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti aparır.
"Rövşən Oğuz Qrup” MMC 2009-cu ilin aprel ayında təsis edilib. Vergilər Nazirliyinin bazasında olam məlumatlara görə şirkətin hüquqi ünvanı (əvvəlki hüquqi ünvanı Oğuz şəhəri, Nəsimi küçəsi ev 11) Əhməd Rəcəbli 1, ev 8, "Adore Plaza"-nın 3-cü mərtəbəsidir.
40 manat nizamnamə kapitalı olan "Rövşən Oğuz Qrup” MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur. Hafiz Mustafayev 2017-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərə görə dövlət başçısı tərəfindən "Əməkdar mühəndis" fəxri adına layiq görülüb. Maraqlıdır ki, 8 rəqəmli smetası olan tikinti işlərini həyata keçirən "Rövşən Oğuz Qrup” MMC-nin fəaliyyət profili, indiyə qədər həyata keçirdiyi layihələr haqqında məlumat verən saytı yoxdur. Şirkətin feysbuk səhifəsi isə daha bərbad və acınacaqlı durumdadır. Belə ki, şirkətin feysbuk səhifəsində ən son paylaşım iki il bundan əvvəl - 2019-cu ilin mart ayında olub. İki layihəsi 42 milyon olan şirkətin feysbuk səhifəsindəki paylaşımlarının baxış sayı isə 10-15 arasıdır. Adi məntiqlə düşünsək, deməli, bu şirkətin baş ofisində çalışan şəxslər evlərinə çörək qazandıqları şirkətin feysbuk səhifəsinə baxmırlar... https://www.facebook.com/rovshanoguzgroup/about/
Feysbuk profilində yazılanlara görə şirkət mülki inşaat işləri, keyfiyyətli mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin texniki xidmət və təmiri, habelə istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, isitmə sistemləri, avadanlıqların texniki qulluq xidmətləri göstərən şirkətdir. Gəncədə Dram teatrı ilə İdman Sarayının smetası şişirdilir? "Rövşən Oğuz Qrup” MMC Gəncədə fəaliyyətə hansı ildə başlamağı barədə dəqiq məlumat olmasa da, şirkətin rəhbərinin 2017-ci ildə fəxri ad almasını əsas götürsək, deməli, bu şirkətin şəhərdəki fəaliyyəti bir neçə il öncəyə, şəhərin icra hakimiyyətinin əvvəlki başçısı Elmar Vəliyevin dövrünə gedib çıxır. Ancaq "Rövşən Oğuz Qrup” MMC-nin Elmar Vəliyevin dövründə Gəncə şəhərində hansı işləri gördüyü barədə məlumat yoxdur. Hər halda şirkətin feysbuk səhifəsində belə məlumatlara rast gəlinmir. Şirkətin bu zamana qədər hansı böyük layihələrə imza atması da bilinmir. Dövlət Satınalmalarının bazasında isə "Rövşən Oğuz Qrup” MMC-nin 2017-ci ildə Dövlət Neft Fondunun 5 xırda layihəsini həyata keçirdiyi barədə məlumatlar qeyd edilib. Bu layihələrin ən böyüyünün smetası 11376 manat təşkil edib. Lakin bir il öncə - 2020-ci ilin aprel ayının 9-da "Rövşən Oğuz Qrup” MMC Gəncə Şəhər İcra Hakimiyyəti ilə ümumi məbləği 21.500.000 manatlıq birbaşa müqavilə bağlayıb. Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə "Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi" (16.900.000) və "Gəncə şəhərində İdman Sarayının tikintisi" (4.600.000) üzrə hər iki müqaviləni eyni gündə imzalayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup” MMC arasında 2020-ci ilin aprel ayında bağlanan birbaşa müqavilənin üstündən iki ay sonra İcra Hakimiyyəti ilə şirkət arasında iyun ayının 10-da "İdman Sarayının Tikintisi işlərinin davam etdirilməsi" lotu üzrə 1.8 milyon manat dəyərində daha bir satınalma müqaviləsi imzalanıb. Əlbəttə bu son deyil. Novruz bayramı ərəfəsində, yəni, mart ayının 19-da Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup” MMC arasında "Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsi" (smeta - 9.350.000) və "İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi" (smeta - 9.400.000) lotları üzrə ümimilikdə 18.750.000 manatlıq müqavilə imzalanıb. Təbii ki, sözügedən tikinti layihələrinə xərclənən dövlət vəsaitlərinin artması barədə isə ölkə ictimaiyyətinə nə Gəncə Şəhər İcra hakimiyyəti, nə də "Rövşən Oğuz Qrup” MMC indiyədək heç bir məlumat verməyib. Ən maraqlı olan isə layihəyə xərclənən dövlət vəsaitlərinin günbəgün şişirdilməsidir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti ötən həftə, aprel ayının 15-də "Gəncə şəhərində İdman Sarayının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması (əlavə və dəyişiklərə əsasən) işlərin satın alınması lotu üzrə 418.400 manatlıq daha bir satınalmaya yekun vurub.
Satınalmanın qalibi "Başak Proje və Dizayn" MMC olub. Şirkətin qanuni təmsilçisi Kamil Gungor Guldur. Keçirilən satınalınmanın mahiyyəti sözügedən layihələrə bundan sonra da dövlət büdcəsindən vəsait axınının davam edəcəyini göstərir. Qlobal.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25 |
|
|
|
• Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20 |
|
|
|
• Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18 |
|
|
|
• Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12 |
|
|
|
• "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08 |
|
|
|
• Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04 |
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
• Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34 |
|
|
|
• 4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16 |
|
|
|
• Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14 |
|
|
|
• Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10 |
|
|
|
• Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03 |
|
|
|
• Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50 |
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22 |
|
|
|
• `Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16 |
|
|
|
• Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09 |
|
|
|
• "Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Bu gün, 09:07 |
|
|
|
• Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir - Tramp Kanadadan sonra yeni ərazi iddiası İRƏLİ SÜRDÜ
Bu gün, 09:03 |
|
|
|
• Müştərilər üçün KAPTAL BANK məngənəsi... - AXI NİYƏ?..
Bu gün, 08:59 |
|
|
|
• "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!"
Bu gün, 08:55 |
|
|
|
• Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! - GİLEY
Bu gün, 08:47 |
|
|
|
• Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39 |
|
|
|
• "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35 |
|
|
|
• BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31 |
|
|
|
• Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19 |
|
|
|
• Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17 |
|
|
|
• `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14 |
|
|
|
• Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15 |
|
|
|
• İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11 |
|
|
|
|