13 saylı çəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR? - ŞOK İDDİA
Tarix: 9-02-2021, 12:10 | Çap et
Redaksiyamıza hazırda 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən məhbus, 3-cü qrup əlil Vüsal Şəmil oğlu Qurbanovun valideyinləri , Gəncə şəhəri, Bəxtiyar Əliyev 55 ünvanında yaşayan Qurbanov Şəmil Rəhim oğlu və Qurbanova Elmira Məclun qızı müraciət edib. Ata-anası gözdən əlil olan məhbus, onkoloji xəstəlikdən əziyyət çəkən Qurbanov Vüsal Şəmil oğluna 13 saylı çəzaçəkmə müəssisəsində ağlasığmaz işgəncələr verilib. Onu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Səbəb isə çox dəhşətlidir. Ayağlarında şiş olan, nevroloji xəstə Vüsal Qurbanov 2021-ci il yanvarın 8-də valideyinlərinə zəng edərək bildirib ki, səhhətində yaranan problem və şiddətli ağrılarla bağlı Əkrəm həkimə müraciət edib ki, ona iynə vursun. Həkim isə “iynəmiz yoxdur” deyib və müəssisə rəhbərliyinə Vüsal Qurbanovun “karsa” salınması üçün müraciət edib. Məhbusun valideyinləri yazır: “13 saylı çəzaçəkmə müəssisəsinin rəisi Çingiz, müavini Elnur, əməliyyat rəisi Şəhriyar, rejim rəisi Şahinlə birlikdə bizim oğlumuza 15 sutka “kars” cəzası veriblər. Daha sonra bu quldur dəstəsi bizim oğlumuzu bu soyuq havada çılpaq soyundurub, pəncərəsi qırıq otaqda, əl və ayağı bağlı vəziyyətdə dəmir boruya bağlayıb, üstünə soyuq su töküblər. Bizim oğlumuz onsuz da xəstə idi, indi yarımcan ediblər. Rəisin müavini Elnur deyib ki, mənim dayım generaldı, mənə heç kim heç nə edə bilməz. Mənim oğluma qaşığın arxa hissəsini zorla uddurublar ki, ölsün. Mənə cavab verin, hansı qanun məhkumu döyüb öldürməyə icazə verir, dövlətimizdə belə bir qanun var? 2021-ci il 11 yanvar saat 13:30 radələrində biz 13 saylı cəzaçəkmə müəssisəsində, Elnurun qəbulunda olduq. Nə qədər yalvarsam da, ağlasam da, (özümdən getdim) Elnur vecinə almadı. Elnura dedik ki etdiklərinə görə cəzasını verəcəyik. O, isə dedi ki, mən heç kimdən qorxmuram, arxamda duranlar var”. Vüsal Qurbanovun valideyinləri yanvar ayında 13 saylı cəzaçəkmə müəssisəsində vəfat edən məhbus Rübail Əliyevin ölüm səbəbinə də aydınlıq gətiriblər. Ailə iddia edir ki, Rübail Əliyev “karsa” salınıb və işgəncə ilə qətlə yetirilib: “Biz Elnurun qəbulunda olanda bizə dedi ki, sizə Rübail zəng edib, Vüsal yox. Nə qədər and-aman etdim ki bizə Rübail zəng etməyib, Vüsal zəng edib. Amma mənə inanmadılar. Biz ordan ayrılandan sonra Rübaili salıblar “karsa” və onu döyə-döyə öldürüblər. Rübailin də, oğlumuzun da qatili bu adamlardı: 13 saylı cəzaçəkmə müəssisəinin rəisi Çingiz, müavini Elnur, əməliyyat rəisi Şəhriyar, rejim rəisi Şahin. Bu insanlar etdikləri əməlləri ilə qaniçən ermənidən fərqlənmir. Prezidentimizdən xahiş edirik ki, bu adamların qanun qarşısında cavab verməsi üçün tədbir görsün. Rübail neçənci məhbusdur ki, bu müəssisədə öldürüblər. Bu hadisəni 2020-ci ilin avqust ayının axırlarında edəcəkdilər. Mənim oğlumdan pul aldıqlarına görə etmədilər. Məni rəis qəbul etdi və dedi ki, Elnur pul almışdı, demişəm qaytarsın. Elnur da pulun yarısını qaytarmadı”. Qeyd edək ki, 2017-ci il 25 yanvar tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən V.Qurbanov CM-nın 177.2.2, 181.2.1, 181.2.3, 181.2.5 maddələri ilə (oğurluq və talama) ittiham edilib. Onkoloji xəstəlikdən əziyyət çəkən Vüsal Qurbanovun ailəsi iddia edir ki, onun həyatda qalması üçün təcili əməliyyata ehtiyacı olsa da hələ də həkim müayinəsindən keçirilməyib. Vüsal Qurbanova uddurulan qaşıq isə onun mədəsində qaldığından vəziyyəti getdikcə ağırlaşır. P.S Yazıda adiçəkilən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq //Vetenugrunda.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39 |
|
|
|
• Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34 |
|
|
|
• Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28 |
|
|
|
• Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25 |
|
|
|
• Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21 |
|
|
|
• "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19 |
|
|
|
• Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14 |
|
|
|
• Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00 |
|
|
|
• Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57 |
|
|
|
• Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55 |
|
|
|
• Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39 |
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
• İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36 |
|
|
|
• Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30 |
|
|
|
• Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21 |
|
|
|
• Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18 |
|
|
|
• AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16 |
|
|
|
• “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10 |
|
|
|
• ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09 |
|
|
|
• Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04 |
|
|
|
• “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01 |
|
|
|
• “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58 |
|
|
|
• Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12 |
|
|
|
• KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10 |
|
|
|
• Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08 |
|
|
|
|