Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? - İTTİHAM
Tarix: 28-02-2020, 12:05 | Çap et
Ötən ilin sonunda, dekabrın 19 -da Ağstafa və Yevlax rayon icra Hakimiyyəti başçılarının Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılmaları barədə yayılan qəfil məlumatlar Azərbaycan ictimaiyyətində geniş rezonans doğurdu. Bu olay həmin günə qədər özlərini toxunulmaz hesab edən İcra başçılarına vəzifənin əbədi olmadığını və dövlət tərəfindən onlara verilmiş səlahiyyətlərin heç də öz maraqları üçün deyil, xalqa xidmət etməkdən ibarət olduğunu onlara nəhayət anlatdı. Lakin ölkə başçısı İlham Əliyevin dövlət məmurlarına xalqa sədaqətlə xidmət etmək barədə verdiyi tövsiyyələrə, bir çox iclas və müşavirələrdə fəaliyyətində ciddi nöqsanlara yol vermiş vəzifəli şəxslərə tutduğu iradlara baxmayaraq icra başçıları köhnə şakərlərini davam etdirdilər. Nəticədə birinci icra başçısının həbsindən heç iki ay keçməmiş ikinci bir icra başçısı da həbs olundu. Hec kimin gözləmədiyi halda,həm də təkcə müavini ilə deyil, altı nəfərlik komandası ilə birgə.
Sözügedən İcra başçıları yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verdiklərinə görə həbs edildilər.Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək təhsil, səhiyyə və digər yerli dövlət orqanları rəhbərlərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edən İcra başçılarının aqibətini daha kimlər yaşaya bilər? Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamasında qeyd olunduğu kimi təhsil, səhiyyə və digər orqanların rəhbərlərindən pul tələb edən belə daha neçə İcra başçısı var? Bu dalğa rüşvətxorluq və korrupsiya hallarına yol verən digər dövlət orqanlarına da keçəcəkmi?
Aktualinfo.org təhsil sisteminə ayrılan pulların tenderlər yolu ilə kənarlaşdırılması hallarına yol verilməsi barədə dəfələrlə geniş məqalələr dərc edib.Nazirliyin 4,9,10,12 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən yüz minlərlə dövlət vəsaitlərinin odun yanacağı adı ilə kənarlaşdırmasından,mənimsənilməsindən dövrü mətbuatda da kifayət qədər təkzibolunmaz məlumatlar yayılıb. Orta məktəblərin qızdırılması adı altında milyonlarla dövlət vəsaitini vəzifəli şəxslər tərəfindən mənimsənilməsi hallarına göz yumanlar və yaxud şərait yaradanlar da elə yüksək vəzifəli şəxslərdir. Ötən il Şəmkir,Gədəbəy,Daşkəsən rayonlarında orta məktəblərin qızdırılması üçün iki ay ərzində 10 milyondan çox vəsaitin ayrılması analoqu olmayan bir korrupsiya halıdır.Bunu görmək üçün nə iqtisadçı,nə də hüquqşünas olmağa ehtiyac yoxdur.Keçirilmiş tenderlərə nəzər salsaq kifayət edər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 2019-cu ildə odun yanacağının alınması üzrə 04.04 2019 cu il tarıxdə elan edilmiş 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tenderin zərflərin açılışı 30 bank günündən sonra nəzərdə tutulub. Elanda iddiaçıların təkliflərinin açılışı 02.05.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küşəsi 71 ünvanında aparılacağı bildirilir. Lakin sözügedən tendirin qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə məlumatlar nədənsə elan olunmayıb və yaxud da gizlədilib.Sual olunur,niyə?
Bundan cəmi iki ay sonra 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2019- cu ildə alınacaq odunun satınalması üzrə 01.06. 2019-cu ildə elan etdiyi tender də 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olub. Bu tenderin də elanında iddiaçılara təkliflərinin açılışı 19.07.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küçəsi 71 ünvanında aparılacağı bildirilib və qeyd olunub ki, açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.Bu tenderin də açılışı, qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə barədə heç bir yerdə məlumat yerləşdirilməyib.Yenə sual olunur,niyə?
Niyəsini elə həmin qurumun elan etdiyi başqa,nisbətən ucuz bir tender elanından görəcəksiniz. Belə ki, dəyəri 3 milyon ABŞ dollarının manatla ekvivalentindən çox,yuxarıda qeyd etdiyimiz tarixlərdə elan olunmuş tenderlərdən fərqli olaraq mərkəz tərəfindən 02.08. 2019 cu il tarixdə odun yanacağının satınalması üzrə keçirilmiş nisbətən ucuz tenderin qalibinin “BREERE” MMC olduğu bəlli olur. Bu tenderdə yanacağın alınmasına 198682.7 manat vəsait ayrıldığı göstərilir. Milyoluq tenderin gizlədilməsinə baxmayaraq qalibi bəlli olan tenderin keçirilməsində də şübhəli məqamlar çoxdur. Maraqlı burasıdır ki,qalib olduğu elanda MMC-nin VÖEN-i 850297151 göstərilib. Lakin Vergilər Nazirliyində belə bir VÖEN tapılmadı. “BREERE” MMC isə Vergilər Nazirliyində başqa bir VÖEN-lə (1005989251)qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi qəsəbəsi ev 10 göstərilən MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Fərhadov Gündüz İmamverdi oğludur.Dövlət qeydiyyatına isə 01.07.2019-cu ildə alınıb, yəni 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağı satınalmasının qalib elan etdiyi 02.08.2019-cu ildən bircə ay əvvəl. Burada tender zərflərinin elan olunduğu gündən 30 bank günü sonra açıldığını nəzərə alsaq, MMC-nin məhz bu tenderi udmaq uçün yaradıldığını görmüş olarıq.
Biz bir mətbuat orqanı olaraq bu tenderlərin keçirilməsinin pərdəarxasını Azərbaycan Respublikası Hesablama Palatası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və nəhayət Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılmasını istərdik. İki ay ərzində 10 milyon manatdan çox dövlət vəsaitinin odun yanacağı adı altında mənimsənilməsinə kimlər şərait yaradıb.Təhsil naziri Ceyhun Bayramov, təhsil nazirliyinin başqa vəzifəli şəxsləri,yoxsa 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Vüqar Muradov?
Kimdir Vüqar Muradov? 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışıb. Şəmkir rayon İcra Hakimiyyətinin hazırki başçısı Alimpaşa Məmmədovdan əvvəlki başçı Nazim Veyisovla daha çox işləyib. Lakin məlumatlara görə 2014-cü ildə Alimpaşa Məmmədov Şəmkirə başçı təyin edildikdən sonra onun ən yaxın adamlarından birinə çevrilib. İcra başçısının sabiq Vergilər naziri Fazil Məmmədovun kadrı olması bu gün heç kimə sirr deyil. Alimpaşa Məmmədovun rəsmi və qeyri rəsmi göstərişlərini icra edən Vüqar Muradov 30 avqust 2018-ci il tarixdən Təhsil naziri Ceyhun Bayramovun əmri ilə 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə Vüqar Muradov rəis təyin edilib.Ötən yazıda qeyd etdiyimiz kimi, fəaliyyətinin elə birinci ilində də,möhürü əlinə aldıqdan cəmi bir neçə ay sonra Vüqar Muradov külli miqdarda dövlət vəsaitinin kənarlaşdırılmasına imza atıb. Həm də nə az, nə də çox, 10 milyan manatlıq odun yanacağının satınalması üçün müqavilə bağlayıb. Bu müqavilə kiminlə,hansı şərtlər əsasında bağlanıb,bəlli deyil. Bəlli olan odur ki, bu Vüqar Muradovun təkbaşına görə biləcəyi bir iş deyil. Bəs Vüqar Muradov kimin göstərişini həyata keçirib? Təbii ki, Təhsil naziri Ceyhun Bayramovun. Məktəblərə odun yanacağının satınalması üçün vəsaiti Təhsil Nazirliyindən başqa kim ayıra bilər ki?
Aktualinfo.org ötən yazıda qeyd etdiyi kimi, bir daha qeyd edir ki, sözügedən üç rayonda ümumilikdə fəaliyyətdə olan 203 ümumtəhsil müəssisələri var. Onu da xüsusilə vurğulamaq istərdik ki,məktəblərin böyük əksəriyyətində odun yanacağı valideynlərdən toplanan pullar hesabına alınır. Bunu rayon yerlərində,kəndlərdə ən azı bir qohumu yaşayan hər kəs bilməmiş deyil. Rayon mərkəzlərindəki orta məktəblərin bir çoxu isə qazanxana sistemi ilə təchiz edilib. Dərslərin sentyabr ayından başlayaraq, iyun ayında qurtardığını götürdükdə və Respublikanın iqlim şəraitini nəzərə aldıqda, orta məktəblər neçə ay qızdırılır? Sentyabr, oktayabr aylarında havaların o qədər də soyuq olmadığını və bu rayonların dağlıq ərazilərdə yerləşdiyini nəzərə alsaq noyabr ayından orta məktəblər qızdırılmağa başlayır. Məktəblərin hamısı bir növbəli olduğundan günortaya qədər qızdırılır. Bu hesablama ilə sözügedən rayonların məktəblərində cəmi beş ay, noyabr-mart aylarında orta məktəblər qızdırılır.Bu beş aya düşən şənbə,bazar günlərini və bayramları çıxsaq cəmi dörd ay olur. Şəmkir Gədəbəy,və Daşkəsən rayonlarında dörd aya bir növbəli orta məktəblərin qızdırılmasına Təhsil Nazirliyi 7 saylı Ərazi maliyyə Hesablaşma Mərkəzinin ayırdığı vəsaitlər isə göz qabağındadır. Bu korrupsiya deyil,bəs nədir? Bu,həm də ölkə başçısı İlham Əliyevin təhsil sisteminin inkişaf etditilməsi ücün atdığı addımlara arxadan vurulan zərbədən başqa bir deyil.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22 |
|
|
|
• Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18 |
|
|
|
• "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20 |
|
|
|
• AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10 |
|
|
|
• Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51 |
|
|
|
• Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46 |
|
|
|
• Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43 |
|
|
|
• “Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08 |
|
|
|
• Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03 |
|
|
|
• ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32 |
|
|
|
• Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09 |
|
|
|
• Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00 |
|
|
|
• 4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58 |
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Dünən, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Dünən, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Dünən, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Dünən, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Dünən, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Dünən, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Dünən, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Dünən, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Dünən, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Dünən, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Dünən, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Dünən, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Dünən, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Dünən, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Dünən, 15:55 |
|
|
|
• Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Dünən, 15:51 |
|
|
|
• Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Dünən, 15:42 |
|
|
|
• 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Dünən, 15:41 |
|
|
|
• Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Dünən, 15:33 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Dünən, 15:31 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Dünən, 15:27 |
|
|
|
• Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Dünən, 15:23 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Dünən, 15:10 |
|
|
|
• Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Dünən, 15:08 |
|
|
|
• Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Dünən, 15:05 |
|
|
|
• Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Dünən, 15:04 |
|
|
|
|