Hesablama Palatası Gömrük Komitəsində qəfil təftiş qərarı verdi - GƏLİŞMƏ
Tarix: 26-02-2020, 15:29 |
Çap et
DİA.AZ: - Son günlər DGK sistemində müşahidə olan neqativlər "yuxarıların" diqqətini cəlb edib. Hər halda, anlaşılanı budur. Belə ki, DİA,AZ-a mötəbər mənbələrdən verilən xəbərə görə, yaxın günlərdə Hesablama Palatası tərəfindən Dövlət Gömrük Komitəsinin total təftişi gözlənilir.
Mənbənin diaaz.space-a söylədikləri: "Yoxlama müdəti kimi 2019-cu il nəzərdə tutulub. Bu isə o deməkdir ki, HP əslində DGK-nin yeni sədri kimi tanıdığımız Səfər Mehdiyevin fəaliyyət dövrünü araşdırır".
Qeyd edək ki, DGK tərəfindən "yuxarılara" ötürülən informasiyalardan belə qənaət formalaşırdı ki, gura gömrük sistemində hər şey qənaətbəzxşdir və əvvəlki dönəmlərdən fərqli olaraq dövlət büdcəsinə daha artıq vəsait ödənilir. Lakin reallıq odur ki, normalda verilməli olan böyük pulların hesabatı yenə də dövlətdən gizlədilir. Məhz buna görə də, üst qurumların daha az oğurlayanla daha çox oğurlayan arasında heç bir fərq qoymayacağı şəkksizdir.
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...