"Bakı Çayçəkici" nizamnamə kapitalından 32,4 milyon manat .....                     "Medsol" MMC nizamnamə kapitalını 18 milyon manata çatdırır .....                     Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir .....                     Mərkəzi Nəbatat Bağı auditor seçdi .....                     Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib .....                     Maya Sandu çətin seçimlər qarşısındadır .....                     “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... .....                     FTX azərbaycanlı cinayətkar dəstəni tutdu .....                     Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq .....                     ABŞ-nin MASKü-ƏMBƏRİ... .....                     Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi .....                     Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ .....                     Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır .....                     Aktyor Azər Baxşəliyev vəfat edib .....                     Nostradamus Ukraynada müharibənin .....                     İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı .....                     "İndiyə qədər də ana-ata həsrətindəyəm" .....                     ABŞ Hələbdə hərbi baza tikir? .....                     Rusiyanın daha bir səhvi .....                     Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi .....                     Astroloji hadisələrin 2025-ci ildə .....                     Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı .....                     Kimin yolkası daha hündür olub? .....                     Las Veqasda partlayan "Tesla Cybertruck": .....                     Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB .....                     Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI .....                     Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib .....                     İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi .....                     "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər .....                     İlan 2025-ci ildə BU BÜRCLƏRƏ .....                     Rusofobiya nədən şiddətlənir? .....                     TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` .....                     "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" .....                     Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib .....                     Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? .....                     “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək .....                     Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu .....                     Bu gün Natiq Qasımovun doğum günüdür .....                     Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ .....                     Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı .....                 

Rza Zərrabın əmisinin şirkəti Bakıda heç kimi saymır? - “AUTO AZERBAİJAN” ÖZƏL MÜLKÜ SÖKDÜ, PULUNU VERMƏDİ...
Tarix: 2-11-2018, 12:11 | Çap et
Rza Zərrabın əmisinin şirkəti Bakıda heç kimi saymır?
“Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distributoru olan “Auto Azerbaijan” şirkəti Bakının Babək prospektində “Ərgünəş” Kiçik Müəssisəsinə məxsus olan qeyri-yaşayış sahəsini söküb, amma pulunu verməkdən hələ də imtina edir. Bu barədə “Ərgünəş” KM-in direktoru Qəzənfər Fətullayevin virtualaz.org saytına daxil olmuş şikayətində bildirilir.

Q.Fətullayevin müraciətində deyilir ki, onun təsisçisi və direktoru olduğu “Ərgünəş” KM uzun illər qanuni əsaslarla Bakının Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanda yerləşən Qazan Mexaniki Zavoduna məxsus 2 mərtəbəli qeyri yaşayış sahəsinin (zavodun idarə binasının) 1-ci mərtəbəsində 30,5 kv.m-lik qeyri yaşayış sahəsində fəaliyyət göstərib. 1998-ci ildə həmin qeyri-yaşayış sahəsi “Ərgünəş” KM tərəfindən satın alınıb və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şirkətə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən mülkiyyət şəhadətnaməsi verilib.

2013-cü ildə “Auto Azerbaijan” MMC Bakı Qazan Mexaniki Zavoduna məxsus idarə binasını hasara alaraq sökməyə başlayıb. Bunu görən Q.Fətullayev binada yerləşən, iki otaqdan ibarət olan və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət sənədini “Auto Azerbaijan” MMC-nin rəhbərliyinə təqdim edib. Bildirib ki, mülkiyyətin hüquqi müqəddəratı həll edilmədən onun sökülməsi yolverilməzdir.

Q.Fətullayevin bildirdiyinə görə onun müəssisəsi həmin qeyri-yaşayış sahəsində nəşriyyat işi ilə məşğul olurdu və bu müəssisədən iki ailə dolanırdı.

Şikayətçi məlumat verir ki, “Auto Azerbaijan” MMC-nin təsisçiləri 3 İran vətandaşıdır: Abroumand

Azar Saeid Ghorbanali, Mohaghegh Eromi Omid Nader və Mohaghegh Eromi Amid Nader.

Bir neçə gün sonra şirkətin iki nümayəndəsi – Vüqar Hüseynbəyli və Firdovsi Vəliyev Q.Fətullayevlə görüşüblər. Ona şəhərin ən gur prospektlərindən birində, yol kənarında yerləşən, yəni kommersiya əhəmiyyətli qeyri-yaşayış sahəsinə görə cəmi 15 min manat təklif ediblər. Mülkiyyətin sahibi bu təkliflə razılaşmayıb, çünki şəhərin bu hissəsində eyni ölçülü qeyri-yaşayış sahəsinin bazar dəyəri həmin məbləğdən dəfələrlə yuxarıdır.

“Razılaşmadığımı görüb mənə hədə-qorxu gəldilər, heç kimdən qorxmadıqlarını və istənilən məhkəmədə “Auto Azerbaijan” şirkətinin xeyrinə istənilən qərarın çıxarılmasına nail olacaqlarını dedilər. Nəhayət mülkiyyət hüquqmuzu tapdalayaraq əmlakımı darmadağın etdilər, mənə külli miqdarda ziyan vurdular”-müraciətdə deyilir.

Q.Fətullayev bildirir ki, 2013-cü ildən bəri “Auto Azerbaijan” şirkətinin ona məxsus mülkiyyəti dağıtmasına görə müxtəlif instansiyalara, hüquq-mühafizə orqanlarına da şikayət edib. Amma qanun pozuntusunun qarşısı alınmayıb. “Auto Azerbaijan” şirkəti Fətullayevin müəssisəsinə aid olan mülkiyyətin dəyərini ödəməkdən imtina edib və şikayətçinin bildirdiyi kimi, “heç kimi saymır”.

Əlbətdə, belə vəziyyətdə “Ərgünəş” KM məhkəməyə müraciət etməli olur və Bakı Apellyasiya Məhkəməsi 2018-ci ilin avqustunda “Auto Azerbaijan” şirkəti tərəfindən iddiaçının mülkiyyətinin sökülməsi nəticəsində yerində yeni qeyri-yaşayış sahəsinin tikintisinin aparılmasını qadağan edir. Habelə şirkətin bəzi əmlakına həbs qoyulmasına qərar verilir. Buna baxmayaraq həmin hökm də hələ icra edilməmiş qalır, Q.Fətullayev deyir ki, hazırda “Auto Azerbaijan” sökdüyü binanın yerində “nəsə iri obyekt” tikir ...

Virtualaz.org qeyd edir ki, “Auto Azerbaijan” MMC “NAB Holding” şirkətlər qrupunun tərkibinə daxildir. Bu holdinqin səhmlərinin bir hissəsi ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozaraq İran pullarının “yuyulmasını” həyata keçirdiyi üçün Birləşmiş Ştatlarda həbs edilən, daha sonra FTB ilə anlaşıb yüngül cəza alan azərbaycan əsilli iranlı milyarder, qızıl alverçisi Rza Zərrabın bacısının əri Şəhram Oromiyə məxsusdur. Oromilər Azərbaycanda geniş biznes imkanlarına sahibdir.

“Auto Azerbaijan” şirkətinin təsisçiləri arasında yer alan Omid Mohaghegh Oromi isə Rza Zərrabın əmisidir. Şəhram Mohaghegh Oromi onun oğludur. Yəni Rza Zərrabın bacısının öz əmisi oğlu ilə evləndiyi müəyyən olunur. Rza Zərrabın barəsində Türkiyədə qaldırılmış cinayət işi çərçivəsində onun aktivlərinə həbs qoyulması məsələsi gündəmə gələndə “NAB Holding”in də adı çəkilirdi. O zaman Şəhram Oromi bildirmişdi ki, Rza Zərrabla heç bir biznes əlaqələrinə malik deyil. Daha sonra Şəhram Orominin holdinqin İdarə Heyətindən çıxdığı bildirilirdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bakı Çayçəkici" nizamnamə kapitalından 32,4 milyon manat - GERİ GÖTÜRÜR
Bu gün, 00:05
"Medsol" MMC nizamnamə kapitalını 18 milyon manata çatdırır
Bu gün, 00:02
Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Dünən, 19:00
Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Dünən, 18:58
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Dünən, 18:22
Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Dünən, 18:15
“Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Dünən, 18:10
FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Dünən, 17:06
Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Dünən, 17:00
ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Dünən, 16:57
Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Dünən, 16:55
Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:52
Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Dünən, 16:48
Aktyor Azər Baxşəliyev vəfat edib
Dünən, 16:15
Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Dünən, 14:02
İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Dünən, 14:00
"İndiyə qədər də ana-ata həsrətindəyəm"
Dünən, 13:58
ABŞ Hələbdə hərbi baza tikir?
Dünən, 13:00
Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Dünən, 12:57
Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Dünən, 12:53
Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Dünən, 12:49
Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Dünən, 12:42
Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Dünən, 12:31
Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Dünən, 12:28
Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Dünən, 12:25
Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:19
Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Dünən, 12:14
İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Dünən, 12:00
"RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Dünən, 11:51
İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Dünən, 11:46
Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Dünən, 11:42
TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Dünən, 11:22
"Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Dünən, 11:16
Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Dünən, 11:14
Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Dünən, 11:13
“Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Dünən, 11:11
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Dünən, 11:09
Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Dünən, 10:59
Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Dünən, 10:58
Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Dünən, 10:56
Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Dünən, 10:52
İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Dünən, 10:49
İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Dünən, 10:47
Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Dünən, 10:44
Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Dünən, 10:23
Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Dünən, 10:20
Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Dünən, 10:18
Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Dünən, 10:15
Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Dünən, 10:07
Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Dünən, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru