Paşinyandan rəqiblərinə “sui-qəsd” .....                     Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... .....                     “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” .....                     Məktəbdə direktor və kollektiv arasında QALMAQAL .....                     “Mənə hücumu o sifariş edib” .....                     Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar .....                     Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub .....                     "Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... .....                     Azərbaycanın bütün şərtləri ədalətlidir .....                     "Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında .....                     Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü .....                     "Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır .....                     Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil .....                     İran hədəf, Ermənistan vasitə: .....                     Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür .....                     “Bu həddə çatdırmaq lazım deyil” .....                     Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib .....                     COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA .....                     "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" .....                     Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... .....                     Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu .....                     Hava bəzi yerlərdə arabir yağıntılı olacaq .....                     Tanınmış həkimdən qadınlara: .....                     Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib .....                     Sabiq maliyyə nazirinə hökm oxundu .....                     Xalq artistinin nəvəsi vəfat etdi .....                     Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... .....                     2024-cü ildə hansı ölkə xoşbəxt olub? .....                     Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... .....                     SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb .....                     Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb .....                     "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" .....                     "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... .....                     Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib .....                     Əsl erməni faciəsi və qəddarlığı... .....                     Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... .....                     Petrosyanın açıq etirafları... .....                     Novayaepoxa.com və Yenicag.info saytları .....                     Yəqin icra başçısı bundan xəbərsizdir... .....                 

7 aya yazılan doktorluq dissertasiyası və… – “Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır”
Tarix: 3-09-2018, 15:34 | Çap et
7 aya yazılan doktorluq dissertasiyası və…
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında yol verilən özbaşınalıqlar, qanunları saymamazlıq haqda neçə müddətdir ki, yazılır, danışılır

Məlumata görə, vəziyyət o həddə çatıb ki, iqtisadiyat üzrə Ekspert Şurasının 5 üzvü ölkə başçısı İlham Əliyevə məktubla müraciət edib.

“Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz işlərə müsbət rəy yazdırır”


Onlar yazırlar: “Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. Müəyyən qədər müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, “bazar adamı” kimi aparması bizi bu addımı atmağa məcbur etdi. Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır. Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.

Diqqət edin: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi alması üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarılıb. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq, ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı.

Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması ilə yazılmasının arasında isə cəmi 7 ay vaxt çəkib”.

7 aya yazılan doktorluq dissertasiyası müzakirəyə çıxarılıb!

Ekspert Şurasının üzvləri haqlı olaraq qeyd edirlər ki, elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar. Vəli Hüseynov isə 7 aya yazılan işi müzakirəyə çıxarır. Bundan başqa Əsasnaməyə görə doktorluq işləri üçün iddiaçının AAK-ın tələb etdiyi nəşrlərdə 20 məqaləsi çap olunmalıdır. Ruslan Əliyevin isə cəmi 15 məqaləsi olub.

“Özbaşınalığın dərəcəsinə fikir verin: Vəli Hüseynov 4 iyul 2018-ci il tarixdə AAK-ın Rəyasət Heyətinin iclasında bu qanunsuzluğa etiraz edən ekspertləri cəzalandırmaq məqsədilə Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifini vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları ekspert şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Ekspert Şurasının sədri isə bildirib ki, heç bir üzvün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verməyib”.

Prezidentə şikayət edənlər daha sonra konkret faktlar göstərirlər. Məsələn:

Vəli Hüseynovun idarəçiliyi dövründə yazılan müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazılanlar müsbət həll olunub. Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən Ekspert Şurasının üzvlərinin xəbəri olmayıb.

– Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması xeyli neqativ halların ortaya çıxmasına səbəb ola bilər.

- Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək «Əsasnamə»yə ziddir.

Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər.

Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır, amma…

“Ali Attestasiya Komissiyasının əsasnaməsinə görə, doktorluq dissertasiyaları 6 ay ərzində müsbət, yaxud mənfi şəkildə həllini tapmalıdır. Bir neçə alimin Vəli Hüseynovun rəhbərliyi dövründə dissertasiyalarının müdafiə və təsdiq tarixlərinə nəzər salaq:

1. ADNSU-nun dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay).

2. Texniki Universitetin dosenti Əmirov Fariz Qaçay oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 22.09 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).

3. İqtsad Universitetinin dosenti Aslanov Zabit Yunus oğlu 10.02.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 23.02.2018 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).

4. AMEA Kibernetika İnstitutunun elmi işcisi Rüstəmov Yasin İsmayıl oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 17.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 17 ay).

5. Aviasiya Akademiyasının dosenti İsmayılov Balaəmi Qasım oğlu 27.11.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 10.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 15 ay).

Təhsil müəssisələrində və akademiyada işləyən bu alimlər Ali Attestasiya Komissiyasınin Ekspert Şurasına dəfələrlə cağırılıb və müsbət qərarlar alsalar da, Vəli Hüseynovun doktorluq dissertasiyasından fərqli olaraq, doktorluq dissertasiyasına qoyulan tələblərdən 10 məqalə az yox, çox çap etsələr də, dissertasiyalarının təsdiqı 10-40 ay yubadılıb.

Lakin bəzi “vacib” adamların doktorluq dissertasiyalarının təsdiq tarixlərinə diqqət edək:

1. “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi Abdullayev Qasım İsrafil oğlu 04.07.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. Nəzərinizə çatdıraq ki, dissertasiyalar müdafiə edildikdən 1 ay ərzində Ali Attestasiya Komissiyasına təqdim edilir. Ali Attestasiya Komissiyası 01 iyuldan-14 sentyabr tarixinə qədər işləmədiyindən dissertasiya sənədləri Ali Attestasiya Komissiyasına ən tezi 15.09.2016 tarixdə verilib və 22.09. 2016 tarixdə təsdiq olunub (təsdiq müddəti 5-6 gün).

Hansisa səbəbdən Abdullayev Qasım İsrafil oğlunun avtoreferatı Ali Attestasiya Komissiyasının saytında yoxdur.

2. SOCAR-in Elmi Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu 28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayılov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib və təsdiqini alıb.

3. Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan Kələntərli Nailə Merac qızı mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib, 22.09.2016 tarixdə təsdiqini alıb (1 ay müddətinə). Yuxarıda qeyd edildiyi kimi, 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.

Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsidir. Görəsən nə zaman Dövlətin mühüm strateji bir sahəsini elmdən kənar, ekspert rəylərinə, kollegial qərarlara məhəl qoymayan, vaxtilə çox böyük nüfuza malik olan bir qurumu öz ambisiyalarına qurban verən Vəli Hüseynovun əməllərinə qiymət verilməsinin vaxtı çatacaq? Burada hər gün baş verənlər Azərbaycan elminə həqarətdir…“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Bu gün, 15:39
Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Bu gün, 15:32
Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Bu gün, 15:22
“Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Bu gün, 15:16
Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Bu gün, 15:13
“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Bu gün, 15:10
Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar - “Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Bu gün, 15:06
Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Bu gün, 14:58
"Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... - REPLİKA
Bu gün, 14:55
Azərbaycanın bütün şərtləri ədalətlidir - ŞƏRH
Bu gün, 14:52
"Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 14:51
Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü - İsrafil Kərimovun yazısı
Bu gün, 14:47
"Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Bu gün, 14:44
Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02
İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00
Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58
“Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04
Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00
COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58
"Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47
Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46
Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42
Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39
Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37
Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32
Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30
Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29
2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27
Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22
SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16
Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03
"Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57
"Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51
Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47
Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46
Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45
Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37
Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35
Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18
İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16
“Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09
Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
"Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01
Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59
Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58
“Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57
Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55
Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru