“Bakcell Stars” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradır
Tarix: 9-01-2018, 10:09 | Çap et
 DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətinin prioritet istiqamətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların yaradılması, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir.
DİA.AZ-ın məlumatına görə, Bakcell şirkətinin Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə uzun müddətdir ki, uğurla davam edən əməkdaşlığı çərçivəsində daha bir layihə - “İncəsənət Vasitəsilə Ünsiyyət” layihəsi başa çatıb. 2017-ci ilin əvvəlindən başlayaraq UAFA təşkilatının Xaçmaz, Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində dram, rəqs, rəsm və yaradıcılıq dərnəkləri təşkil edilib. Layihə müddətində 150-yə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq həmin dərnəklərdə yeni bacarıqlar qazanıb, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdirməklə cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olduqlarını bir daha sübuta yetiriblər.
Yasamal İƏR mərkəzindəki Valideyn Birliyinin koordinatoru Zəhra Xələfova layihə ərzində dərnəklərdən 75 uşağın bəhrələndiyini bildirib: “Onların Müasir İncəsənət Muzeyinin “Sehirli çubuq” layihəsində iştirakı çoxsaylı uğurlarımızdan biridir. Gəncə və Yasamal İƏR mərkəzlərinin rəsm və incəsənət dərnəklərindən bəhrələnən uşaqların çəkdiyi şəkillər bir kitabda toplanıb”.
Bundan başqa, Abdulla Şaiq adına Kukla Teatrının nəzdində “Oyuq” Uşaq Studiyası ilə birgə teatr, rəsm və rəqs dərnəklərin xidmətlərindən yararlanan uşaqların iştirakı ilə “Sehrli dünya” adlı tamaşa təqdim edilib. Uşaqlar Səbail rayon İcra Hakimiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibətilə keçirilən tədbirdə də müxtəlif rəqslərlə çıxış ediblər. Bütün bu uğurlar uşaqlar və onların ailə üzvlərinin həyatında xoş və yaddaqalan dəyişikliklər yaradır.
UAFA-nın Xaçmaz və Gəncə İƏR Mərkəzlərində “Xalq yaradıcılığı incəsənət” və “Bacarıqlı əllər” dərnəklərindən 60 yaxın uşaq bəhrələnir. Layihə çərçivəsində uşaqlar müxtəlif tədbirlərdə kiçik tamaşa, trio, fərdi və ya xor ifasında nəğmələr, rəqslər və şerlərlə çıxış ediblər. Onlar bu dərnəkdə əlil arabasında, xüsusi avadanlıqlardan istifadə edərək böyük səhnədə ilk addımlarını atıb, körpə yaşlarından cəmiyyətə inteqrasiya olmağa bacarıblar. Həmin dərnək vasitəsilə uşaqlar nitq mədəniyyəti, səhnə davranışı, yerimə, danışıq qaydası, səhnədə plastik hərəkətlər, musiqi alətlərində ifa etmə kimi kimi bacarıqlar əldə ediblər. Həmçinin, parça qırıqlarından mərkəzdə istifadə üçün vacib olan müxtəlif növ sensor oyuncaqlar, vəsaitlər, rəsmlər və əl işləri hazırlayıblar.
“Biz inanırıq ki, bu uşaqlar cəmiyyətin bərabərhüquqlu üzvləridir. Onlarda özünə inam hissini formalaşdırmaq və bu uşaqları sərbəst həyata hazırlamaq əhəmiyyətlidir. “Bakcell Stars” layihəsi vasitəsilə bu uşaqlar üçün əlavə imkanlar yaradılır, onlar gələcəyə doğru daha inamla irəliləyir, cəmiyyətin ayrılmaz hissəsi olduqlarını anlayırlar. Uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün onların valideynlərinə və UAFA təşkilatına təşəkkürümüzü bildirir və inanırıq ki, bu istiqamətdə birgə uğurlu fəaliyyətimiz davam edəcək”, - deyə Bakcell şirkətinin PR və Korporativ Kommunikasiya Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
2010-cu ildən etibarən Bakcell şirkəti davamlı olaraq UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrələnən və xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləməklə onlar üçün bərabər hüquq və imkanların yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin etməyə çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlarla ünsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44 |
|
|
|
• “Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43 |
|
|
|
• "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41 |
|
|
|
• Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33 |
|
|
|
• “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19 |
|
|
|
• "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17 |
|
|
|
• Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09 |
|
|
|
• Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00 |
|
|
|
• İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58 |
|
|
|
• "Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50 |
|
|
|
• Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47 |
|
|
|
• Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44 |
|
|
|
• Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38 |
|
|
|
• Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36 |
|
|
|
• Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30 |
|
|
|
• Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29 |
|
|
|
• Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27 |
|
|
|
• TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22 |
|
|
|
• “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19 |
|
|
|
• “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13 |
|
|
|
• “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11 |
|
|
|
• “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08 |
|
|
|
• Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04 |
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
|