Kreml nə vaxta qədər SUSACAQ? .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... .....                     Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar .....                     Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub .....                     Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb .....                     Paşinyandan rəqiblərinə “sui-qəsd” .....                     Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... .....                     “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” .....                     Məktəbdə direktor və kollektiv arasında QALMAQAL .....                     “Mənə hücumu o sifariş edib” .....                     Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar .....                     Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub .....                     "Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... .....                     Azərbaycanın bütün şərtləri ədalətlidir .....                     "Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında .....                     Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü .....                     "Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır .....                     Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil .....                     İran hədəf, Ermənistan vasitə: .....                     Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür .....                     “Bu həddə çatdırmaq lazım deyil” .....                     Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib .....                     COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA .....                     "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" .....                     Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... .....                     Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu .....                     Hava bəzi yerlərdə arabir yağıntılı olacaq .....                     Tanınmış həkimdən qadınlara: .....                     Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib .....                     Sabiq maliyyə nazirinə hökm oxundu .....                     Xalq artistinin nəvəsi vəfat etdi .....                     Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... .....                     2024-cü ildə hansı ölkə xoşbəxt olub? .....                     Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... .....                     SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb .....                     Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb .....                     "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" .....                     "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... .....                     Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib .....                 

İş adamının həyat yoldaşından ŞOK müraciət - "Cənab prezident, məni xilas edin"
Tarix: 4-05-2017, 10:51 | Çap et
İş adamının həyat yoldaşından ŞOK müraciət
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırılmış cinayət işi üzrə proses başlayıb. Proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir.

İttihamnaməyə görə, T.Abdullayeva saxta sənəddən istifadə etməklə özünə məxsus əmlakı başqasına satıb, dələduzluq edib və polisə müqavimət göstərib.

Bəzi məlumatlara görə, əslində bu iş keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən Təyminə Abdullayevaya qarşı təşkil edilmiş məqsədli bir işdir. Məqsəd isə boşanmadan sonra T.Abdullayevaya qalmış əmlakları onun əlindən almaqdır.

Elə T.Abdullayevanın Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə də bunlardan bəhs olunur. “AzPolitika”ya daxil olmuş müraciətdə deyilir:

“Hörmətli Prezident İlham Əliyev cənabları və I vitse-prezident Mehriban xanım Əliyeva!

Bilirəm ki, ölkənin indiki vəziyyətində başınız dövlət işlərinə qarışıb. Çarəm olsaydı, Sizi əsla narahat etməzdim. Fəqət qarşılaşdığım bir sıra problemlər məni sizə üz tutub kömək istəməyə vadar edir.

Qeyd edim ki, mən bir anayam. Himayəmdə 14 yaşlı Neman adlı oğlum var. Onun ana himayəsində böyüməsi, sabah Azərbaycan ordusunda xidmət edəcək bir əsgərimizin gözünün yolda qalmaması, evindən, anasından arxayın olması üçün mənim başıma gətirilən müsibətlərə laqeyd qalmayacağınızı ümid edirəm.
Sözü çox uzatmadan mətləbə keçmək istəyirəm.

Mən, ötən il qaynım Nazim Abdullayev və artıq boşanmaq ərəfəsində olduğumuz həyat yoldaşım Barat Abdullayev tərəfindən böhtan və şantajlara məruz qalmışam. Onların məqsədi yoldaşım tərəfindən mənə hədiyyə edilən mənzilə və birgə yaşayış dövründə əldə edilmiş bütün əmlaka (bu əmlakın sayı və dəyəri olduqca böyükdür) sahib çıxmaqdır. Bunun üçün də əllərində olan bütün vasitələrdən istifadə edir, məni guya sənəd saxtakarlığında, öz mülkiyyətimdə olan əmlakı dələduzluq yoluyla (!) başqasına satmaqda, 3 polis əməkdaşlığına müqavimət göstərərək xəsarət yetirməkdə (!) günahlandıraraq, həbsimə çalışırlar. İndiyə qədər Respublika Prokurorluğunda əleyhimə hazırlanan istintaq materialından iş məhkəməyə getdikdən sonra xəbərdar olmuş və hüququmu müdafiə etmək məcburiyyətində qalmışam.

Hörmətli ölkə rəhbərləri!

Sizə bildirmək istəyirəm ki, haqqımda irəli sürülən ittihamların heç birinin əsası yoxdur. Əvvəla, mülkiyyətimdə olan əmlak yoldaşım tərəfindən öz səhvini əfv etdirmək üçün mənə bağışlanmışdır. Çünki onun başqa bir qeyri-qanuni ailəsinin mövcudluğu ortaya çıxmış və mənimlə qanuni nikahda olduğundan, boşansaq, mülkiyyətimizin bərabər bölünəcəyi ehtimalının qarşısını almaq üçün qanunən ortaq malımız sayılan əmlakdan kiçik bir hissəni hədiyyə edərək problemi yoluna qoymağı düşünmüşdür. Təəssüf ki, yoldaşım və qaynım boyunlarına götürdükləri bu öhdəliyi də sonuna qədər yerinə yetirməmiş, verdikləri hədiyyəni yenidən geri almaq üçün haqqımda ağlasığmaz ittihamlar irəli sürmüşlər. Bizim işə baxan hüquq-mühafizə orqanları, ələxsus müstəntiq Teymur Ağamirov da ittihamları araşdırmadan irəli sürüldüyü kimi qəbul etmiş və mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.3 və 315.2-ci maddəsiylə cinayət işi açmışdır. Halbuki, qeyd edilən mənzilin hansı əsaslarla mənim adına keçirilməsi araşdırılmalı, bu məqsədlə Dövlət Reyestr Xidmətinə sorğu verilməli idi. Bu addımların heç biri atılmadan haqqımda bu cür ittihamların irəli sürülməsində isə adi məntiq qaydaları belə gözlənilməmişdir. Axı bir adam öz mülkiyyətini necə dələduzluq yoluyla ələ keçirə bilər? Yaxud öz mənzilinin başqasına satılması nə zamandan bəri dələduzluq sayılır?

İş adamının həyat yoldaşından ŞOK müraciət

Barat Abdullayev

Haqqımda irəli sürülən ən absurd ittiham isə guya mənim 3 polisə xəsarət yetirməyimlə bağlıdır.
Cənab Prezident, bunlar necə asayış keçikçiləridir ki, mənim kimi bir zəif qadın onlara xəsarət yetirməyi bacarır? Əgər Azərbaycanın asayişi bir qadına gücləri çatmayan polislərə həvalə edilibsə, ölkəmizin taleyinə necə bel bağlaya bilərik?

Mən, əlbəttə ki, Azərbaycan polisinin qüdrətsiz olduğunu irəli sürmürəm. Müstəqilliyimizin ilk dövründən indiyə qədər polis orqanlarının keçdiyi şanlı tarix onların hansı qüdrətə sahib olduğundan xəbər verir. Sadəcə haqqımda irəli sürülən ittihamların yalnız mənə deyil, həm də polisimizin qüdrətinə kölgə saldığını nəzərinizə çatdırıram.
İttihama görə, guya mən qeyd edilən mənzili 250.000 manata “özgəninkiləşdirərək” həyat yoldaşıma 890.000 manat zərər vurmuşam! Halbuki, mənə bağışlanan bu əmlak birgə mülkiyyətimizin cüzi bir qismidir və geri qalan hissə iddia edilən zərəri dəfələrlə kompensasiya edə bilər. Üstəlik, mənə bağışlanmış əmlakın ehtiyac üzündən satılması özümdən başqa kimə zərər vura bilərdi? Digər tərəfdən həmin əmlak artıq özümə qaytarıldığından mənzil itkisindən də söhbət gedə bilməz. O halda hansı zərərdən danışmaq olar?

Hazırda bu mənzilə görə yaranmış borcum isə boşandıqdan sonra qanunla müəyyənləşdirilmiş bölgüylə mənə düşən əmlakla 10 dəfələrlə ödənilə bilər.

Digər bir iddia isə sənəd saxtakarlığı ilə bağlıdır. İş materialları ilə müəyyən edilmişdir ki, həmin şəxsiyyət vəsiqəsi “ASAN-5” tərəfindən mənə verilmiş, sənəddəki “subay” sözü bu xidmət tərəfindən səhvən yazılmışdır. Bu halda da sənəddəki səhvin məsuliyyəti mənə şamil oluna bilməz.

Hörmətli ölkə rəhbərliyi!

Bu absurd ittihamlarla dolu cinayət işi hazırda məhkəmədədir. Müxtəlif yaxın çevrələrdən qulağıma çatan məlumatlara görə, qaynım Nazim Abdullayev yenə şəxsi əlaqələrini işə salıb bu işi məhkəmədə də öz xeyirlərinə çevirmək istəyir. Baxmayaraq ki, prosesin sifarişlə başa çatdırılması istiqamətində yürüdülən bu səylərin nəticə verməyəcəyinə inanıram. Məhkəmə işinin təcrübəli hakim Ramella Allahverdiyeva və təcrübəli prokuror Sabir Abdinov tərəfindən aparılması mənə bu ümidi verir. Təcrübəli hüquq adamlarının iştirakı ilə aparılan məhkəmənin çıxaracağı qərarla gələcəkdə əmlakların ədalətsiz bölgüsünə presedent yaratmayacağına əmin olmaq istəyirəm.
Bununla belə, sizin kimsəsiz bir Azərbaycan qadınına göstərəcəyiniz diqqət, məhkəmə prosesini xüsusi nəzarətə almağınız da ədalətli hökmün çıxarılmasına misilsiz yardım edərdi. Məhz bu səbəbdən son ümid yeri kimi Sizə üz tutub, yardım diləyirəm.

Hörmətlə: Təyminə Abdullayeva.
03.05.2017”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Bu gün, 16:12
Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Bu gün, 16:09
Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Bu gün, 16:06
Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Bu gün, 16:05
Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Bu gün, 16:03
Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Bu gün, 15:39
Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Bu gün, 15:32
Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Bu gün, 15:22
“Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Bu gün, 15:16
Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Bu gün, 15:13
“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Bu gün, 15:10
Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar - “Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Bu gün, 15:06
Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Bu gün, 14:58
"Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... - REPLİKA
Bu gün, 14:55
Azərbaycanın bütün şərtləri ədalətlidir - ŞƏRH
Bu gün, 14:52
"Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 14:51
Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü - İsrafil Kərimovun yazısı
Bu gün, 14:47
"Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Bu gün, 14:44
Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02
İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00
Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58
“Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04
Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00
COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58
"Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47
Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46
Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42
Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39
Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37
Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32
Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30
Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29
2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27
Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22
SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16
Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03
"Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57
"Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51
Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47
Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46
Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45
Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37
Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35
Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18
İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16
“Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09
Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
"Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru