Ələtdəki strateji layihə ətrafında nə baş verir?!... - PREZİDENT YANVARDA HƏDƏLƏMİŞDİ
Tarix: 1-05-2017, 13:00 | Çap et
Xəbər verildiyi kimi ötən həftə Nazirlər Kabineti Ələt qəsəbəsi yaxınlığında inşa edilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Nəqliyyat Nazirliyini tabeçiliyindən alınaraq İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsinə dair prezident İlham Əliyevin aprelin 13-də imzaladığı sərəncamdan irəli gələn vəzifəni yerinə yetirib. Nazirlər Kabinetinin qərarına əsasən Ələt Liman Kompleksinin Müdriyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan, lakin tabeçiliyindəki subyektlərin siyahısına daxil edilib.
Prezident İlham Əliyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tabeçliyinin dəyişdirilməsinə dair 2813 saylı sərəncamının mətni açıqlanmayıb, sənəd prezidentin rəsmi saytında yerləşdirilməyib. Bu baxımdan Limanın tabeçiliyinin dəyişdirilməsinin hansı zərurətlə əsaslandırıldığını müəyyən etmək çətindir. Lakin dərhal qeyd etmək lazımdır ki, prezident İlham Əliyev bu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı yaranmış problemdən bəhs edib, layihənin həyata keçirilməsinə məsul olanlara qarşı sərt xəbərdarlıq edib.
Prezidenti hiddətləndirən məsələ isə belə məlum olurdu ki, liman kompleksi layihəsini birinci fazasında işlərin başa çatdırılmasına dair qrafikə əməl edilməməsidir. Və tikintini həyata keçirən podratçı təşkilat nəyə görəsə büdcədən ayrılan vəsaitdən 2016-cı il ərzində tam istifadə etməyib.
Virtualaz.org prezidentin həmin çıxışından sitatı bir daha oxucuların nəzərinə çatdırır: “Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşıblar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər».
Həmin müşavirədən və xəbərdarlıqdan sonra çox keçmədən Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi, nazir Ziya Məmmədov isə çoxdan gözlənildiyi kimi, nəhayət kreslosunu itirdi. Və belə görünürdü ki, Ziya Məmmədovun nəzarətindəki digər sahələr kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin həyata keçirilməsində yaranan problemlər də onun vəzifədən uzaqlaşdırılmasında hansısa dərəcədə rol oynayıb.
Bəs Liman Kompleksinin tikintisini ləngidən podratçı kim idi? Virtualaz.org oxucuları məlumatlandırmışdı ki, söhbət baş nazirin müavini Abid Şərifova bağlı “Evrascon” ASC-dən gedir. Çünki o zaman Nəqliyyat Nazirliyinin rəsmi saytında göstərildiyi kimi, liman kompleksinin 400 hektarlıq ərazisinin tikintiyə hazırlanması, habelə Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi “Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də “Evrascon” ASC tərəfindən aparılmaqdadır.
Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın “Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilib. Lakin prezidentin çıxışından dərhal belə nəticəyə gəlmək olardı ki, iradların Hollandiya şirkətinə dəxli yoxdur. Bu iradlar məhz yerli şirkətə-“Evrascon” ASC-yə aiddir. Çünki limanın quru hissəsində tikinti, kran və qurğuların alınıb quraşdırılması işləri məhz bu şirkətə sifariş verilib.
Həmin şirkət isə işləri gecikdirib. Özü də dövlət büdcəsində nəzərdə tutulan investisiya proqramı əsasında layihəyə nəzərdə tutulan vəsaitlərin ayrıldığı halda. Nəticədə Ələt Beynəlxalq Dəniz Ticarət Limanından yükdaşımaların 2016-cı ildə başlaması planlaşdırılsa da bu baş tutmayıb. Hələlik Azərbaycan üzərindən keçən tranzit yükləri və idxal-ixrac yükləri Bakı buxtasındakı limanda yüklənib-boşaldılır.
Layihənin birinci mərhələsi bərə terminalı, konteyner meydançası, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin və anbarların tikintisini nəzərdə tutur. Burada dəmiryol xətləri, ümumi yük, Ro-Ro və xidmət körpüləri və inşa olunur. İndiyədək birinci faza üzrə işlərin 60 faizinin yerinə yetirildiyi bildirilir. Hansı ki, birinci fazanın tamamlanmasından sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yükdaşıma gücü ildə 11.5 milyon ton yük və 50 minə qədər konteyner olmalıdır.
Layihəyə əsasən ikinci və üçüncü fazaların tikintisi limanın illik yükaşırma imkanının 21–25 milyon ton yükə və 1 milyon konteynerə çatdırılmasınınəzərdə tutur. Dəfələrlə qeyd olunduğu kimi bu, Azərbaycan üzərindən tranzit yükdaşımaların artırılması və nəticədə ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edən layihədir. Bu layihənin vaxtında həyata keçirilməsi həm də o baxımdan mühümdür ki, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin alternativləri var və yükləri məhz Azərbaycan dəhlizinə cəlb etmək üçün ləngimək olmaz.
Ancaq reallıq budur ki, işlər ləngiyib və belə görünür ki, hələ də ləngiməkdədir. Və prezident İlham Əliyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tabeçiliyinin dəyişdirilməsinə dair verdiyi sərəncamın səbəblərindən biri (ola bilsin ən mühümü) də budur. Növbəti addım kimi “Evrascon” ASC-nin layihədən kənarlaşdırılması istisna deyil. Bu isə maliyyə vəziyyəti onsuz da bərbad olan, borc içində batan tikinti şirkəti üçün iflasa bərabər olardı.
“Evrascon” ASC-nin rəhbərliyi isə mətbuatda yazıldığı kimi limanda görülən işlərə görə dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin gecikdirilməsindən şikayətlənir. Məsələn, “Evrascon” ASC-in icraçı direktoru Manaf Şirinov 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında şikayətlənmişdi ki, 2014-cü il üçün görülən işlərə görə 50 milyon manatlıq sifariş verilmişdi. Və tələb edilmişdi ki, işlər vaxtında təhvil verilsin. Ancaq M.Şirinov iddia edir ki, həmin pulu ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər.
Bəs bu necə ola bilər ki, büdcədən layihəyə ayrılan vəsaitlərin gecikdirilməsindən şikayətlənən podratçı özü 2016-cı ildə ayrılmış vəsaitlərdən tam istifadə etməyib və işləri ləngdib? Bu suallara Liman Kompleksinin tabe edildiyi yeni nazirlik-İqtisadiyyat Nazirliyi aydınlıq gətirməli olacaq. İndi həmin nazirliyin rəhbəri Şahin Mustafayevin qarşısında strateji layihədə işləri sürətləndirmək və ləngimənin səbəblərini aradan qaldırmaq vəzifəsi dayanır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci il bürclər üçün nə vəd edir?
Bu gün, 18:12 |
|
|
|
• Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir - ŞƏRH
Bu gün, 18:08 |
|
|
|
• Bəşər Əsəddən sonra ilk Yeni il... - belə qeyd etdilər...
Bu gün, 17:56 |
|
|
|
• Pullarınızı kibercinayətkarlardan belə qoruyun: -10 MƏSLƏHƏT
Bu gün, 17:54 |
|
|
|
• Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
Bu gün, 17:51 |
|
|
|
• İrəvan iki yoldan birini seçməlidir - İNCƏLƏMƏ
Bu gün, 17:45 |
|
|
|
• Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Bu gün, 17:43 |
|
|
|
• “Azəriqaz”dan deyirlər ki... - "Bu mövcud qaydaların tələbidir..."
Bu gün, 17:41 |
|
|
|
• Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı - GƏLİŞMƏ
Bu gün, 17:12 |
|
|
|
• “Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Bu gün, 17:06 |
|
|
|
• Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı - AKTUAL
Bu gün, 17:03 |
|
|
|
• Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... - NƏ ETMƏLİ?
Bu gün, 17:01 |
|
|
|
• Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı - VİDEO
Bu gün, 16:43 |
|
|
|
• "Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" - GİLEY
Bu gün, 16:35 |
|
|
|
• Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 16:29 |
|
|
|
• ABŞ-la siyasətimizin DAVAMI... - İNCƏLƏMƏ
Bu gün, 16:27 |
|
|
|
• “Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
Bu gün, 16:25 |
|
|
|
• “Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... - ZƏRURİ QEYD...
Bu gün, 16:24 |
|
|
|
• Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib - TƏFƏRRÜAT
Bu gün, 16:17 |
|
|
|
• Naxçıvanda ilin ilk körpələri əkiz olub
Bu gün, 16:15 |
|
|
|
• "Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” - FAKT BUDUR!
Bu gün, 15:25 |
|
|
|
• "Kaspi" qəzeti 144 illiyini qeyd edir
Bu gün, 13:47 |
|
|
|
• Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Bu gün, 13:39 |
|
|
|
• Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Bu gün, 10:40 |
|
|
|
• Bayram günlərində işləyən banklar - SİYAHI
Bu gün, 10:32 |
|
|
|
• Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:28 |
|
|
|
• "Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20 |
|
|
|
• Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Bu gün, 10:15 |
|
|
|
• "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Bu gün, 10:11 |
|
|
|
• "Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Bu gün, 10:02 |
|
|
|
• Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Bu gün, 09:56 |
|
|
|
• Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:50 |
|
|
|
• ` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Bu gün, 09:41 |
|
|
|
• Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Bu gün, 09:30 |
|
|
|
• Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Bu gün, 09:24 |
|
|
|
• Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Bu gün, 09:19 |
|
|
|
• Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Bu gün, 08:25 |
|
|
|
• Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Bu gün, 08:14 |
|
|
|
• Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Bu gün, 08:11 |
|
|
|
• “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Bu gün, 08:08 |
|
|
|
• Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır
Bu gün, 08:00 |
|
|
|
• Azərbaycanın 2025-ci il üçün ulduz falı: BİZİ NƏ GÖZLƏYİR? - Transformasiya və strateji dirçəliş ili
Bu gün, 07:58 |
|
|
|
• Açıq etirafdan yayınma və ya “bu, ən sadə, təbii həll yolu idi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53 |
|
|
|
• Qazax qardaşlarımız belə yad etdi... - DƏNİZ ÜRƏYİ...
Bu gün, 07:45 |
|
|
|
• ABŞ bu günə kimi Ukraynaya 65,4 milyard dollar yardım ayırıb - Pentaqon
Bu gün, 07:39 |
|
|
|
• “Paris – Bakı gərginliyi heç bir tərəfə fayda gətirmir” - Fransalı politoloq
Bu gün, 07:37 |
|
|
|
• Yeni ildə mənzil bazarında qiymətlər belə olacaq – Bahalaşma gözlənir
Bu gün, 07:33 |
|
|
|
• Karantin rejimi bu gündən UZADILDI - QƏRAR
Bu gün, 07:31 |
|
|
|
• Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib - FOTO
Bu gün, 01:12 |
|
|
|
• "Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb..." - prezident İlham Əliyev
Bu gün, 00:44 |
|
|
|
|