2 il əvvəl hamı onun ailəsindən yazıb... - İndi isə acından ölürlər
Tarix: 21-04-2017, 12:26 | Çap et
Zəhra, İsrail, İsail və İbrahim Mahmudovlar birgə doğulublar. 2015-ci il fevralın 2-də dünyaya göz açıblar. Bu ilin martında ailənin sayı bir nəfər də artıb. Adını İgid qoyublar. Uşaqların atası, Astara rayon Miki kənd sakini İsmayıl Mahmudov ailəsinin çətin dolanmasından gileylənir: «Əkizlər dünyaya gələndə 800 yüz manat yardım etdilər. Bu pul də şəxsi vəsait idi. Ondan sonra problemlərlə bağlı hökumətə dəfələrlə müraciət etmişəm, kömək istəmişəm, əl tutmayıblar. Evimiz də yoxdur. Kirayədə qalıram. Bir otaqlıdır. Eni 3, uzunluğu isə 4 metrdir».
İ.Mahmudovun deməsinə görə, çıxılmaz duruma düşüb: «Mən özüm üçüncü qrup əliləm, 47 manat pensiya alıram. Ancaq işləmək qabiliyyətim var. Lakin daimi işim yoxdur. Arabir evlərə çağırırlar, fəhlə kimi həyətlərdə işləyirəm. Kənddə də bir-iki nəfər olar ki, imkanı var, həyətində adam işlədir».
O, söhbətinə fasilə verib kədərli görkəmdə gözlərini yerə dikir... Sonra yenə sözünə davam etdirir: «Çox vaxtı özümü qınayıram ki, nə üçün bu körpələri dünyaya gətirdim. Əzab çəkmək üçünmü? Sonra belə düşündüyümdən peşman oluram. Körpələrə yazığım gəlir. Amma onları sevirəm. Onlar ac qalanda özümü öldürmək istəyirəm. Çox vaxtı onlara pampers taxmırıq. Valideynlərimiz dadımıza çatmasa, bir ayda məhv olarıq. Həyat çox ağır, üzücüdür. Axı dövlətimizin hər şey var, varlı dövlətdir. Belə ölkədə körpələrim aclıq keçirir. Bu ailədə gələcəyin 4 əsgəri böyüyür. Yarı ac, yarım tox. Bu necə həyatdır?».
İsmayılın atası Əbülfət Mahmudov söhbətə qarışır. Deyir ki, əvvəllər az-çox qazancı olub. İndi o da oğlunun ailəsinə kömək göstərə bilmir: «Mən baba kimi indiyə qədər onlara qayğı göstərmişəm. İndi imkanım yoxdur. Sığınacaqları yoxdur. Bununla bağlı dəfələrlə müraciət etmişik. Xeyri yoxdur. Səhhətimdə problemlər yaranıb. Müalicəyə ehtiyacım var, altı dəfə əməliyyat olunmuşam. Əkizlərdən başqa bir uşaq da dünyaya gəlib, indi ailənin sayı 7-yə çatıb».
Ə.Mahmudovun bildirməsinə görə, körpələr çətinliklə dünyaya gəliblər: «Əkizlər 6 aylıqda əməliyyat nəticəsində dünyaya gəliblər. Uzun müddət müalicə alıblar. Böyük vəsait xərcləndi. Borca düşdük. Xəstələnəndə başqaları kimi pul verib, müalicə etdiririk. Çox vaxtı həkim gəlmir. Qidalanmaları zəif olduğu üçün tez-tez xəstələnirlər. Paltarlarını birtəhər tapırıq. İndi imkan tükənib. Yaş da öz işini görür. Özümüzün də həm qayğıya, həm də müalicəyə ehtiyacımız var. Çox çətindir».
Miki kəndi dağ yamacında yerləşir. Babanın deməsinə görə, bu kənddə qış sərt keçir. Qışda günlərlə işıq olmur: «Belə anlarda özümüzü yaddan çıxardırıq. Çalışırıq ki, körpələr tələf olmasın. Qış çox ağır keçir. Yemək, isti yer lazım olur. Odun tədarük edirik. O da baha başa gəlir. İndi özünüz görürsünüz körpələr nə qədər narahatdırlar, xəstədirlər... Pul da yox. Türkəçarə ilə keçinirik».
Əkizlərin anası Rəisə Mahmudova da dövlətdən kömək umur: «Kirayədə qalırıq. Bir otaqda yaşayırıq. Körpələri qoyub işləməyə gedə bilmirəm. Bir az böyük olsaydılar, özüm bir işin qulpundan yapışardım. Bütün günü onlarla evin içindəyəm. Qidalanmaları zəifdir. Özləri də zəifdirlər. Heç gözləmirdik ki, 4 uşaq birdən olacaq. Bu həyat yuxu kimi gəlir mənə. Elə bilirəm haçansa evimiz, doyunca yeməyimiz olacaq».
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsindən bildirdilər ki, Mahmudovlar ailəsi ünvanlı sosial yardım alır. Azərbaycan Respublikasının qanunlarında əkiz doğulanlardan ötrü xüsusi güzəşt nəzərdə tutulmur. Astara rayon Mərkəzi Xəstəxanasının uşaq poliklinikasından isə dedilər ki, həmin uşaqlar bir il-il yarım yaşına kimi sahə həkimin nəzarətində olub. İndi xəstələnəndə çağırış olunmalıdır.
İsmayıl Mahmudov isə deyir ki, 2 il əvvəl dörd uşağı birdən doğulanda, bütün ölkədə hamı onun ailəsindən yazıb. İndi isə onları yada salan, dərdlərinə dərman olan kimsə yoxdur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci il bürclər üçün nə vəd edir?
Bu gün, 18:12 |
|
|
|
• Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir - ŞƏRH
Bu gün, 18:08 |
|
|
|
• Bəşər Əsəddən sonra ilk Yeni il... - belə qeyd etdilər...
Bu gün, 17:56 |
|
|
|
• Pullarınızı kibercinayətkarlardan belə qoruyun: -10 MƏSLƏHƏT
Bu gün, 17:54 |
|
|
|
• Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
Bu gün, 17:51 |
|
|
|
• İrəvan iki yoldan birini seçməlidir - İNCƏLƏMƏ
Bu gün, 17:45 |
|
|
|
• Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Bu gün, 17:43 |
|
|
|
• “Azəriqaz”dan deyirlər ki... - "Bu mövcud qaydaların tələbidir..."
Bu gün, 17:41 |
|
|
|
• Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı - GƏLİŞMƏ
Bu gün, 17:12 |
|
|
|
• “Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Bu gün, 17:06 |
|
|
|
• Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı - AKTUAL
Bu gün, 17:03 |
|
|
|
• Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... - NƏ ETMƏLİ?
Bu gün, 17:01 |
|
|
|
• Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı - VİDEO
Bu gün, 16:43 |
|
|
|
• "Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" - GİLEY
Bu gün, 16:35 |
|
|
|
• Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 16:29 |
|
|
|
• ABŞ-la siyasətimizin DAVAMI... - İNCƏLƏMƏ
Bu gün, 16:27 |
|
|
|
• “Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
Bu gün, 16:25 |
|
|
|
• “Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... - ZƏRURİ QEYD...
Bu gün, 16:24 |
|
|
|
• Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib - TƏFƏRRÜAT
Bu gün, 16:17 |
|
|
|
• Naxçıvanda ilin ilk körpələri əkiz olub
Bu gün, 16:15 |
|
|
|
• "Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” - FAKT BUDUR!
Bu gün, 15:25 |
|
|
|
• "Kaspi" qəzeti 144 illiyini qeyd edir
Bu gün, 13:47 |
|
|
|
• Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Bu gün, 13:39 |
|
|
|
• Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Bu gün, 10:40 |
|
|
|
• Bayram günlərində işləyən banklar - SİYAHI
Bu gün, 10:32 |
|
|
|
• Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:28 |
|
|
|
• "Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20 |
|
|
|
• Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Bu gün, 10:15 |
|
|
|
• "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Bu gün, 10:11 |
|
|
|
• "Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Bu gün, 10:02 |
|
|
|
• Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Bu gün, 09:56 |
|
|
|
• Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:50 |
|
|
|
• ` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Bu gün, 09:41 |
|
|
|
• Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Bu gün, 09:30 |
|
|
|
• Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Bu gün, 09:24 |
|
|
|
• Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Bu gün, 09:19 |
|
|
|
• Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Bu gün, 08:25 |
|
|
|
• Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Bu gün, 08:14 |
|
|
|
• Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Bu gün, 08:11 |
|
|
|
• “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Bu gün, 08:08 |
|
|
|
• Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır
Bu gün, 08:00 |
|
|
|
• Azərbaycanın 2025-ci il üçün ulduz falı: BİZİ NƏ GÖZLƏYİR? - Transformasiya və strateji dirçəliş ili
Bu gün, 07:58 |
|
|
|
• Açıq etirafdan yayınma və ya “bu, ən sadə, təbii həll yolu idi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53 |
|
|
|
• Qazax qardaşlarımız belə yad etdi... - DƏNİZ ÜRƏYİ...
Bu gün, 07:45 |
|
|
|
• ABŞ bu günə kimi Ukraynaya 65,4 milyard dollar yardım ayırıb - Pentaqon
Bu gün, 07:39 |
|
|
|
• “Paris – Bakı gərginliyi heç bir tərəfə fayda gətirmir” - Fransalı politoloq
Bu gün, 07:37 |
|
|
|
• Yeni ildə mənzil bazarında qiymətlər belə olacaq – Bahalaşma gözlənir
Bu gün, 07:33 |
|
|
|
• Karantin rejimi bu gündən UZADILDI - QƏRAR
Bu gün, 07:31 |
|
|
|
• Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib - FOTO
Bu gün, 01:12 |
|
|
|
• "Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb..." - prezident İlham Əliyev
Bu gün, 00:44 |
|
|
|
|