Çingiz Baxşıyev həbs oluna bilər - Keçmiş müşavirin başı dərddə...
Tarix: 3-04-2017, 11:47 | Çap et
Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarətçisi işləmiş və yaxın qohumu, keçmiş nəqliyyat nazirinin keçmiş müşaviri Çingiz Baxşiyevin şikayəti əsasında bir il əvvəl həbsə alınmış Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Altı aydan çoxdur təxirə salına-salına gedən bu prosesin uzadılmasının əsl səbəbləri, hələ ki, ölkə ictimaiyyətinə məlum deyil...
Moderator.az xəbər verir ki, ötən ilin elə bu çağlarında “bir dövlət məmurunun 50 kiloqram qızılının yoxa çıxması” barədə medianın gündəminə bomba kimi düşmüş xəbərin sonralar çox qəribə və maraqlı nüansları ortaya çıxdı. Əslində, tezliklə dövlət məmurunun da kimliyi məlum oldu, onun qızıllarını mənimsəməkdə ittiham edilən adamın da... Və ölkə ictimaiyyətini, ilk növbədə, nəqliyyat sistemində yüksək vəzifə tutan məmurun – Çingiz Baxşiyevin külli miqdarda qızılı necə əldə etməsi maraqlandırdı. Bu maraqla araşdırma aparan jurnalistlər keçmiş məmurun təkcə külli miqdarda qızıl-zinət sahibi deyil, həm də iri bir mülkədar olduğunu, var-dövlətinin, sözün həqiqi mənasında, sərhəd tanımadığını aşkara çıxardılar.
Sonra onun həbs etdirdiyi qohumu Rövşən Əhmədovun məhkəməsi başlandı. Ötən ilin sonunda hakim Rasim Sadıqovun sədrliyi ilə finişə yaxınlaşan və... bu ilin əvvəlində hakim Əfqan Hacıyevin sədrliyi ilə yenidən start götürən prosesin hansı sonuca varacağını indidən söyləmək mümkün deyil. Amma Novruz tətilindən qabaq keçirilmiş iki iclasa zərərkənin – Çingiz Baxşiyevin gəlməməsi və təqsirləndirilən şəxslə onun həyat yoldaşının elə həmin iclaslarda sabiq müşaviri müxtəlif cinayət əməlləri törətməkdə ittiham etmələri bu işin necə başa çatacağına ictimai marağı daha da artırıb.
Əslində, əvvəllər də bir sıra KİV-də Çingiz Baxşiyevin qaranlıq biznes fəaliyyəti, oğlunun narkotikə aludəçiliyi barədə iddialar yer almışdı. Bu dəfə isə Rövşən Əhmədov və onun həyat yoldaşı açıq mətnlə keçmiş müşavirin narkotik ticarəti ilə məşğul olduğu barədə iddia irəli sürüb, hətta bu istiqamətdə araşdırma aparılması üçün ipucları da veriblər. Çingiz Baxşiyevin “xaricdən Azərbaycana ət idxal etməsi” adı altında, Əfqanıstandan və İrandan narkotik gətirdiyi və bu “biznes”dən külli miqdarda pul qazandığı iddia edilir. Vaxtilə Qırğızıstanda çox böyük bir yük nəqliyyatı müəssisəsinə rəhbərlik etməsi ilə əlaqədar onun elə həmin dövrdən beynəlxalq narkotrafikə giriş imkanlarının olduğu da ehtimallar arasındadır. İndinin özündə də siyasi xaosdan qurtula bilməyən Qırğızıstanın regional narkotrafikin mərkəzinə çevrilməsi bu ehtimalları gücləndirir.
Əlbəttə, istitintaq araşdırması başlayacağı təqdirdə Çingiz Baxşiyevin keçmiş və indiki ticarət və nəqliyyat əlqalələrinin yoxlanılması, dəqiqləşdirilməsi mümkün ola bilər. Hər halda belə araşdırma aparılması üçün sabiq müşavirin hüquq-mühafizə orqanına çağırılıb dindirildiyi barədə xəbər bir dəfə mediada görünüb. Ancaq rəsmi açıqlama olmadığından bunun nə qədər dəqiq olub-olmadığını müəyyənləşdirmək mümkünsüzdür. Bundan başqa bir müddət əvvəl “musavat.com” internet portalında yerləşdirilmiş “8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı” başlıqlı məqalədə R.Əhmədovun həyat yoldaşının Milli Təhlükəsizlik Xidmətinə “hətta ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istədiyi” bildirilmişdi. Çingiz Baxşiyevdən yan keçməyəcəyi ehtimal edilən bu ifadənin həmin xanımdan alınıb-alınmadığı da hələ məlum deyil.
Bütün bunların fonunda keçmiş müşavirin məhkəmə iclaslarına gəlməməsi onun prosesin nəticələrinə marağının tamam itməsi və öz canının hayına qalaraq, oğlu üçün guya “biznes cənnəti” yaratdığı Avstriyaya qaçıb getməsi barədə şübhələrə əsas verib...
Hər halda aprelin 4-də Çingiz Baxşiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin binasındakı iclas zalında ön sırada zərərçəkmiş kimi boynunu büküb əyləşməklə bu şübhələri xeyli zəiflədə bilər.
Xatırladaq ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda milli qəhrəman həbs edilib
Bu gün, 15:51 |
|
|
|
• 2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Bu gün, 14:00 |
|
|
|
• “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Bu gün, 13:58 |
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Bu gün, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Bu gün, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Bu gün, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Bu gün, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Bu gün, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Bu gün, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Bu gün, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Bu gün, 12:28 |
|
|
|
• Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Bu gün, 12:21 |
|
|
|
• "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Bu gün, 12:20 |
|
|
|
• Bayden korrupsiyada günahlandırılır
Bu gün, 12:00 |
|
|
|
• Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Bu gün, 12:00 |
|
|
|
• Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Bu gün, 11:42 |
|
|
|
• Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Bu gün, 11:34 |
|
|
|
• Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 11:31 |
|
|
|
• “Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Bu gün, 11:17 |
|
|
|
• İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14 |
|
|
|
• İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13 |
|
|
|
• AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11 |
|
|
|
• Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07 |
|
|
|
• Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06 |
|
|
|
• Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47 |
|
|
|
• Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38 |
|
|
|
• “Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36 |
|
|
|
• Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33 |
|
|
|
• Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29 |
|
|
|
• Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26 |
|
|
|
• Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15 |
|
|
|
• Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10 |
|
|
|
• Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59 |
|
|
|
• "Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52 |
|
|
|
• Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40 |
|
|
|
• 2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25 |
|
|
|
• Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21 |
|
|
|
• "Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18 |
|
|
|
• Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• 14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47 |
|
|
|
• "Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37 |
|
|
|
• Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34 |
|
|
|
• Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24 |
|
|
|
• Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18 |
|
|
|
• “Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12 |
|
|
|
|