Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü .....                     Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər .....                     Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli .....                     "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" .....                     Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur .....                     İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? .....                     Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi .....                     Az çiskin olacaq... .....                     Bayden administrasiyası son həmlələrini reallaşdırır .....                     Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB .....                     Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib .....                     Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar .....                     2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? .....                     Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? .....                     Əhəd Abıyevin yeni işi məlum oldu .....                     Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb .....                     Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı .....                     Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır .....                     Eyni adama məxsus 4 şirkət ləğv olunur .....                     Niftulla Məmmədlinin xanımı vəfat etdi .....                     Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır .....                     Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... .....                     Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin .....                     Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? .....                     İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? .....                     "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" .....                     “Lenin elə söz deməyib” .....                     İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` .....                     Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? .....                     Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını .....                     Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi .....                     Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” .....                     Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... .....                     “Xortdana oxşayıram” .....                     Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir .....                     SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? .....                     Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ .....                     Məşhur idmançının məhkəməsidir .....                 

MTN polkovniki iş adamı Nizami Kazımovdan 2.000.000 dollar rüşvəti necə alıb? - İTTİHAM AKTINDAN
Tarix: 11-01-2017, 08:14 | Çap et
MTN polkovniki iş adamı Nizami Kazımovdan 2.000.000 dollar rüşvəti necə alıb?
(Əvvəli BURADA)
«Təzadlar» xatırladır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 162006082 nömrəli cinayət işi artıq məhkəmə baxışındadır…
***
Beləliklə, zərərçəkmiş kimi tanınmış Kazımov Nizami Firudin oğlu ərizə və ifadələrində göstərmişdir ki, 1991-ci ildə Kooperasiya Universitetini əmtəəşünas ixtisası üzrə bitirmiş, universitetdə oxuduğu müddətdə Naxçıvan şəhərində ictimai iaşə sahəsində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində işləmiş, 1992-ci ildən Bakıya köçərək bizneslə məşğul olmuşdur, hazırda quru meyvə yağlarının istehsalı ilə məşğul olmaqla «BİOİL» MMC-nin təsisçisi və sahibidir, cəmiyyəti 8-9 il öncə təsis etmişdir. Özünə məxsus 1.120.000 ABŞ dollarını 16.01.2007-ci il tarixdə “Texnikabank"ın “Bakı“ filialına kürəkəni Əbdülqasımov Samir Tahir oğlu ilə birlikdə sonuncunun adına qoymuş, əmanət müqaviləsi filialın müdiri Zal Yusifov tərəfindən imzalanmış, adını xatırlamadığı qadın mühasib və xəzinədar pulu sayıb götürdükdən sonra mədaxil qəbzini onlara vermiş, bundan sonra hər ay 1 faiz olmaqla gəlirləri filialın kassasından Samir götürmüş, 2008-ci ilin iyul ayında dolların məzənnəsi aşağı düşdüyündən filialda olan pulu götürüb müvafiq məzənnə ilə 704.000 avroya çevirmiş və 14.07.2008-ci il tarixdə yenə Samirin adına eyni əmanət müqaviləsi bağlanaraq illik 12 faiz gəlirlə banka qoymuş, bu zaman da mühasib və xəzinədar tərəfindən pul sayılaraq hesaba köçürülməsi üçün qanuni şəkildə qəbz verilmiş, həmin əmanətə görə təxminən iki ay faiz verilmiş, daha sonra isə verilməmiş, bununla əlaqədar müraciət etdiyi Zal Yusifov fazilərin və əmanətin ödəniləcəyini bildirsə də, onlara pul ödənilməmiş, belə olduqda “Texnikabank’’ın müşahidə şurasının sədri Etibar Əliyevin yanına getmiş, sonuncu da pulların ödəniləcəyini, şikayət etməməyi demiş, lakin verdiyi vədə əməl etməmiş, əksinə, bankdan pulu tələb etdiyinə görə əsassız həbs edilmiş, barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq bankdan pullar geri ödənilməmiş, Etibar Əliyev ona Zal Yusifov tərəfindən mənimsənilmiş pullara görə bankın məsuliyyət daşımadığını, pulun Zal tərəfindən ödənilməli olduğunu bildirmişdir. 01.10.2008-ci il tarixdə Qurban bayramı, yəni qeyri-iş günü istifadəsində olan 050-216-86-86 mobil nömrəsinə zəng olunaraq saat 15:00 üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırılmış, bunu bildirən şəxs özünü təqdim etməmişdir. Saat 15:00-da MTN-nin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq özünü təqdim edib çağırıldığını bildirmiş və gözləmiş, orada olan şəxs ona İstintaq Baş idarəsi tərəfindən çağırıldığını demiş, bir əsgərin müşayəti ilə 6-cı mərtəbədə yerləşən İstintaq idarəsinə aparılmış, orada liftin yanında gözlədikdən sonra Vüsal Ələkbərov öz xidməti otağında onu qəbul etmiş, onunla çox aqressiv və kobud danışmış, onu dindirərək kürəkəni Samirin adına qoyduğu əmanət barədə soruşmuş, o da cavabında pulu kürəkəni Samirin xərcləməsi üçün qoyduğunu demiş, buna baxmayaraq Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girib öz kürəkəni Samir Əbdülqasımovun adına qoyduğu pulu mənimsədiyinə görə şübhəli şəxs kimi tutulmuş, dindirməni Vüsal Ələkbərovun işçisi Vüqar adlı müstəntiq aparmış, heç kimi aldatmadığı, hər hansı şikayətçi olmadığı halda 2 gün MTN-nin təcridxanasında saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı elan edilərək barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olduğu müddətdə Vüsal Ələkbərov onu 20 dəfəyə yaxın öz xidməti otağına dəvət edib barəsində cinayət işini xitam etmək üçün 3.000.000 ABŞ dolları tələb etmiş, imkanı olmadığını dedikdə isə Vüsal ona rəhbərliyin belə göstəriş verdiyini, pulu verməli olduğunu bildirmiş, konkret olaraq pulu kimin tələb etməsini isə deməmişdir. Pulu verə bilmədiyini dedikdə Vüsal Ələkbərov ona 8 ildən 12 ilədək iş kəsilə biləcəyini deməklə hədələmiş, imkanı çatmadığına görə tələb edilən pulu ödəməkdən imtina etmiş, həbs ediləndən 15-20 gün sonra İstintaq Baş idarəsinin rəisi Mövlan Şıxəliyev də onu xidməti otağına çağırıb müdafiəçisi olmadan söhbət apararaq Vüsal tərəfindən deyilən məbləği, yəni 3.000.000 ABŞ dollarını ondan tələb etmiş, cinayət məsuliyyətinə cəlb edilib 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcəyi ilə hədələmiş, yenə imtina etdikdə Vüsal ondan 2.000.000 ABŞ dolları tələb edib məbləğin bundan aşağı ola bilməyəcəyini demiş, həbsindən 45 gün keçmiş Mövlan Şıxəliyev onu bir dəfə də qəbul edərək Vüsalın tələb etdiyi 2.000.000 ABŞ dolları məbləğində pulu istəmiş, yenə 8-12 ilədək azadlıqdan məhrum etmə ilə hədələməklə bərabər, pulu verməyəcəyi halda başına torba keçirilərək aşağıya "maskalıların” yanına aparılacağı ilə hədələmiş, banka qoyduğu pulların adını da çəkməməyi, həmin pulların onlara aidiyyatı olmadığını və qaytarılmayacağını, rəhbərliyin göstərişinin belə olduğunu demiş, bütün bu hədələrə dözüb pulu ödəməyə razılaşmadıqda Vüsal da ona hədə qorxu gəlməkdə davam edərək başına torba geyindirilərək aşağıda “maskalıların” yanına aparılacağını demişdir.

«Vüsal Ələkbərov: “Gedim rəisə deyim, razılıq versə, sənə deyərəm”- demiş, rəis kimi Mövlan Şıxəliyevi nəzərdə tutduğunu başa düşmüşdür»

Tutulduqdan sonra 2008-ci ilin noyabr ayının sonlarında səhhətində ciddi problemlər yaranmağa başlamış, şəkərli diabet xəstəliyi əmələ gəlmiş, bununla əlaqədar özünü yaxşı hiss etmədiyindən, həmçinin Vüsal Ələkbərovun təhdidlərinə artıq dözmədiyi üçün onunla razılaşmış, lakin pulu dərhal ödəyə bilməyəcəyini deyərək bir hissəsini ödəyib azadlığa buraxılmasını, qalan hissəsini ödəmək üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Bundan sonra Vüsal Ələkbərov: “Gedim rəisə deyim, razılıq versə, sənə deyərəm”- demiş, rəis kimi Mövlan Şıxəliyevi nəzərdə tutduğunu başa düşmüşdür. Növbəti gün Vüsal Ələkbərov ona rəisi ilə razılaşdığını, 1.000.000 ABŞ dollarını verəndən sonra barəsində seçilmiş həbsin ev dustaqlığı ilə əvəz ediləcəyini, qalan 1.000.000 ABŞ dollarını isə 4-5 ay müddətinə ödədikdən sonra barəsində cinayət işinə xitam veriləcəyini demişdir. O da Vüsal Ələkbərovla razılaşmış, vəkili vasitəsi ilə qudası Tahir Əbdülqasımova məktub yazaraq, qohum-əqrəbadan 1.000.000 ABŞ dolları pulu yığıb ona çatdırmalarını xahiş etmişdir.

«Vüsal Ələkbərov həmin gün saat 12 radələrində ona Samirdən 1.000.000 ABŞ dollarını aldığını, onu buraxacağını, məhkəmədən ev dustaqlığı qərarını alacağını demişdir»

Kürəkəni Samir onun 180.000 ABŞ dollarına aldığı “Mercedes Benz S class 500" markalı, 115.000 ABŞ dollarına aldığı “BMW 745” markalı və təxminən eyni qiymətə aldığı “Lexus 470" markalı avtomaşınları bazar qiymətindən çox aşağı qiymətə sataraq 250.000 ABŞ dolları düzəltmiş, 325.000 ABŞ dollarını qardaşı Niyazi Kazımov vermiş, qudası Tahir Əbdülqasımov da pulun qalanını əlavə edib ümumilikdə 1.000.000 ABŞ dolları toplamışlar, 03 dekabr 2008-ci ildə saat 12 radələrində kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürüb MTN-nin inzibati binasının yanına gəlmiş, Samir avtomaşından düşüb pulu Vüsala verərək qayıtmış, Vüsal Ələkbərov həmin gün saat 12 radələrində ona Samirdən 1.000.000 ABŞ dollarını aldığını, onu buraxacağını, məhkəmədən ev dustaqlığı qərarını alacağını demiş, həmin gün, yəni 03 dekabr 2008-ci il tarixdə saat 18 radələrində nazirliyin istintaq təcridxanasından buraxılmış, Vüsal ona 04 dekabr 2008-ci il tarixdə saat 12:00-da nazirlikdə olmalı olduğunu bildirmiş, növbəti gün qalan 1.000.000 ABŞ dollarını 4-5 aya tapıb verməli olduğunu demişdir. Özünün 050-216…… mobil telefon nömrəsi ilə Mövlam Şıxəliyevin 050-21…… nömrəsi arasında 26, 30 mart 2009-cu il, 02 aprel 2010-cu il, 20 mart 2011-ci il tarixlərdə danışıqlar MövlamŞıxəliyevə bayram təbriki etməsi, yaxud da sonuncunun anasının və qızının rəhmətə getməsinə görə başağlığı verməsi ilə əlaqədar olmuşdur.
Həbsdən buraxılandan sonra 1-ci dəfə 2009-cu ilin fevral ayında 150.000 ABŞ dolları toplayıb Vüsalın hazırda xatırlamadığı mobil telefonuna öz telefonundan zəng etməklə onun dediyi "Qələbə kinoteatrının kruqu’’ deyilən yerdə, keçmiş «Qələbə» kinoteatrının yanında görüşərək təklikdə vermiş, bundan 1 ay sonra dost-tanışdan borc aldığı 280.000 ABŞ dollarını, daha 35 gün sonra 2009-cu ilin aprel ayında 300.000 ABŞ dollarını eyni yerdə zəngləşib görüşərək Vüsala vermiş, 2009-cu ilin may ayının sonlarında 200.000 ABŞ dollarını, iyun ayında isə 70.000 ABŞ dollarını MTN-nin əsas giriş qapısının önündəki avtomaşın dayanacağı, hazırda isə park olan yerdə Vüsala təklikdə vermişdir, Vüsal Ələkbərov “Qələbə” dairəsinin yanında ondan pulu götürəndə yaşadığı evin kinoteatrın yaxınlığında olduğunu demiş, sonuncu dəfə pulu verəndə isə Vüsal onu öz xidməti otağına dəvət etmiş, çay içib, söhbət edərək aralarında yaranmış narazılığa görə könlünü almaq istəmişdir. Bütün pulu ödədikdən sonra Vüsal zəng edib barəsində cinayət təqibinə xitam verildiyini, gəlib qərarı götürməsini demiş, o da gedib həmin qərarı götürmüş, Vüsal Ələkbərova ödədiyi pullara görə qohum və dostlarına yaranmış borcunu ödəyə bilməmiş, buna görə «Para Bank»dan 300.000 manat kredit götürmüş, lakin işi alınmadığına görə həmin borclarını tam bağlaya bilməmişdir, hazırda qudasına 500.000 ABŞ dolları borcu vardır. Öz adına olan “BMW 745” markalı 10-ZZ-866 dövlət qeydiyyat nişanlı, “Lexus LX 470” markalı 10-SS-866 dövlət nömrə nişanlı, “Mercedes S 500’’ markalı 10-TT-866 dövlət nömrə nişanlı avtomaşınlar həbsdə olarkən Samir Nadirli tərəfındən hazırda xatırlamadığı maşın alverçilərinə satılmış, rəsmiləşdirmə isə həbsdən çıxandan sonra edilmişdir. Əmindir ki, Eldar Mahmudov həmin dövrdə «Texnikabank»ın idarə heyətinin sədri Etibarla əlbir olub onun və digər sahibkarların banka qoyduqları 38.000.000 manat məbləğində əmanətləri mənimsəmiş, bunun ört-basdır edilməsi üçün onların həbsi təşkil edilmişdir.
(Davamı var)
«Təzadlar»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00
İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54
Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52
Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51
Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48
Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44
Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41
2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39
Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36
Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33
Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28
Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24
Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20
Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16
Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15
Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08
Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59
Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58
İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54
"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52
“Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50
İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46
Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41
Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35
Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30
“Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20
Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18
SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14
Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00
Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54
İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43
Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41
Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36
Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34
İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27
Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26
Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15
"Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14
Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11
Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru