Gədəbəydə sahibkara yiyə duran yoxdur... - ŞİKAYƏT VAR
Tarix: 7-11-2016, 10:38 | Çap et
Əslən Gədəbəy rayonundan olan və uzun illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyev Oqtay Qara oğlunun üz-üzə qaldığı problemlər həll olunmadıqca, o halda hər kəs rayonda yaşanan ab-havanın varlığından az-çox xəbərdar olur. Problemin varlığı nədir və o niyə həllini tapmır? Sözsüz ki, bu mövzuya dəfələrlə toxunmuşuq və problemin mahiyyəti haqda geniş ictimaiyyəti də, müəyyən mənada məlumatlandırmışıq. Yəni, yazıb qeyd etmişik ki, sahibkar Əliyev Oqtay Qara oğlunun şəxsi mülkiyyətində olan və rayonun M.Quliyev küçəsində yerləşən, ümumi sahəsi 38,5 kvm olan obyekti 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın edilib. Qeyd olunan tarixdə belə bir addımın atılması Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun verdiyi şifahi tapşırıqlar əsasında baş tutub və qısa müddət ərzində də, dağıntı-söküntü işləri başa çatdırılıb. Həyata keçirilən dağıntı- söküntü işləri zamanı sahibkara heç bir məlumat verilmir, hətta yaxınlarından bir kimsə də məlumatlandırılmır.
Oqtay Qaraoğlunun mülkiyyət hüququ niyə qorunmur?
Nəticədə Oqtay Qaraoğluna xeyli miqdarda ziyan dəyib ki, həmin ziyan da ya kompensasiya şəklində ödənməli, ya da ki, rəsmi sənədləri olan tikili ilə əvəzlənməlidir. Bəs bu gün nələr baş verir? Baş verən o olur ki, ötən 17-18 ay ərzində Oqtay Qaraoğlunun mülkiyyət hüququnun pozulması ilə nəticələnən əmlak problemi həllini tapmır və belə bir səbəblər üzündən də, o, aidiyyəti qurumlara, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına yazılı, yaxud da şifahi müraciətlərini ünvanlayır. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I bəndində yazılır ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin I bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bəs bu gün nələr baş verir? Oqtay Qaraoğlunun mülkiyyət hüququ qorunurmu? Vətəndaş hüquüu təmin edilirmi? Əsla yox! Belə bir səbəblər üzündəndir ki, bu gün də problem həllini tapmır ki, tapmır.
Sahibkarı “Rabitəbanka”la kim üz-üzə qoyub?
Onu da vurğulayaq ki, Oqtay Qaraoğlu şəxsi mülkiyyətində olan obyektini 2011-ci ildə “Rabitəbank”a girov qoyaraq, adı çəkilən bankdan 50 min manat kreditə pul da götürür. Məqsədi gələcəkdə sahibkarlıq fəaliyyəti genişləndirmək olur. Elə ki, 12 fevral 2015-ci il tarixdə Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyekt darmadağın edilir, o halda şəxsi mülkiyyətinin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq malları da tam yarasız hala salınır və qısa müddət ərzində də itbat olunur. Belə olan halda o, ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq mallarının pulunu ödəyə bilmir və son anda da çıxılmaz duruma düşür. Əldə etdiyimiz digər məlumatlara görə, dağıntı işlərini Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini həyata keçirən Şahbaz Bayramov canbaşla yerinə yetirir.
Qüdrət Paşayevdən maraqlı addım
Bəli, bu gün sahibkar Oqtay Qaraoğlu ilə “Rabitəbank” arasında əmələ gələn çəkişmələr, onun banka ikici girov olaraq qoyduğu, Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən və yaxın qohumuna məxsus olan mənziln əldən çıxması ilə nəticələnməkdədir. Belə bir vəziyyətlə üz-üzə qalan Oqtay Qaraoğlu son anda məcbur olur ki, Gədəbəy rayon İcra Hakimiyyətinə növbəti müraciətini ünvanlayaraq bildirsin ki, “ailəlikcə məcburuq ki, RİH-nə məxsus inzibati binanın önündə özümüzə qəsd edək”. Ünvanlanan müraciətdən sonra maraqlı olaylar baş verir. Belə ki, Oqtay Qaraoğlunun müraciəti icra aparatına çatdıqdan sonra, Gədəbəy RİH-i başçısının birinci müavini cənab Qüdrət Paşayev, həmin müraciəti Gədəbəy rayon Polis Şöbəsinə göndərir. Göndərilmiş müraciət 24 avqust 2016-cı il tarixdə HK-1/ 1106 sayla qeydiyyata alınır və araşdırılması, Gədəbəy rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Quliyev Yunis Salman oğlunun icraatına verilir.
Gədəbəy polisi haqq-ədaləti üstün tutdu
Təhqiqatçı tərəfindən aparılan araşdırmalar zamanı izahatı alınan Oqtay Qaraoğlu, üz-üzə qaldığı problemləri varlığını qarşı tərəfə də bildirir və son anda təhqiqatçı Yunis Quliyev, 02 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 212-ci maddələrinin tələblərini rəhbər tutaraq, toplanmış materialda cinayət hadisəsi olmadığı üçün, cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edir. Bu da onu söyləməyə əsas verir ki, Oqtay Qaraoğlunu 17-18 ay ərzində olmazın problemlərlə üz-üzə qoyanlardan, o cümlədən Qüdrət Paşayevdən, icra hakimiyyətində hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərovdan, Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Akif Şahbazovdan fərqli olaraq, Gədəbəy polisi haqq-ədalət anlayışını əsas tutdu və müdrik addımını da atdı. Belə bir addımına görə, sahibkar Oqtay Qaraoğlu təhqiqatçı Yunis Quliyevə minnətdarlığını da bildirir.
Bank tərəfi düz deyir, İH-i ört-basdır edir
Bütün bunlardan əlavə, sahibkar Əliyev Oqtay Qara oğlu bir müddət bundan əvvəl “Rabitəbank” ASC-i ilə bağlı bəzi problemlərinə aydınlıq gətirmək üçün, qurumun rəhbərliyinə müraciətini də ünvanlayır. Düzdür ünvanlanan müraciətə cavab olaraq, onu “Rabitəbank” ASC-i sədrinin müavini Aydın müəllim qəbul edir və ASC-in Səbail rayonu B.Sərdarov küç-1 ünvanında yerləşən şöbəsinin rəhbərliyinə, müraciətin araşdırılması ilə bağlı lazımi tapşırıqlarını da verir. Ümumi müzakirələr zamanı o məqama da aydınlıq gətirilir ki, Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan və 12 fevral 2015-ci ildə dağıdılan mağazasının alt hissəsində yerləşən 60kvm-lik torpaq sahəsi də, onun şəxsi mülkiyyətindədir. Bu gün əmələ gələn paradoksal vəziyyət ondan ibarətdir ki, 60kvm-lik torpaq sahəsi də zəbt olunub və həmin ərazidə icra hakimiyyəti tərəfindən park da salınıb. Rayon rəhbərliyi atdığı belə bir addımı ilə, bu gün ona heç bir kompensasiya ödəmir. Elə ki, Oqtay Qaraoğlu şəxsi mülkiyyətində olan torpaq sahəsinə görə icra hakimiyyətindən kompensasiya tələb edir, o halda İH-i başçısının birinci müavini cənab Qüdrət Paşayev ona bildirir ki, “sənin 60kvm-lik torpaq sahən də, “Rabitəbank”ın girovluğundadır. Bank tərəfi bilər, biz bilərik” deməklə, konkret İH-nin mövqeyini ortaya qoymuş olur. Maraqlı hal odur ki, bank tərəfi ilə aparılan müzakirələr zamanı onlar vurğulayırlar ki, “60kvmlik torpaq sahəsi, bu gün də sənin şəxsi mülkiyyətindədir, bankın girovluğunda deyil”. Bu cür açıqlamaların verilməsi də, hələ ki, Oqtay Qaraoğlunun üz-üzə qaldığı problemlərin həllinə imkan vermir. Belə olan halda o, məcburdur ki, “Rabitəbank” ASC-nin rəhbərliyindən 60kvm-lik torpaq sahəsinin bankın girovluğunda olmaması barədə təsdiq olunmuş arayış alsın və onu İH-nə də təqdim etsin. O haqda yəqin ki, həmin torpaq sahəsi ilə bağlı məsələyə aydınlıq gətirilər. Belə olan halda bizi düşündürən məqam odur ki, bank tərəfi 60kvm-lik torpaq sahəsinin Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olduğunu bildirir, amma iddia tələbini ikinci girovluğa qoyulmuş əmlaka, yəni Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzilə yönəldir. Hansı ki, həmin mənzil onun yaxın qohumuna məxsusdur və həmin mənzildə dörd nəfərlik ailə üzvü yaşayır. Yəni səbəb nə olur ki, bank tərəfi bunu gözəl bilir, amma bu yöndə əməli addımını atmır.
Dörd-beş ayı sənin, digər ayları mənim
Ümumiyyətlə, Gədəbəydə yaşanan problemlər tək Oqtay Qaraoğlunun problemləri ilə yekunlaşmır. Çünki ucqar dağlıq rayonu olan bu ərazidə, bu gün bir çox vəzifə sahibləri sakinləri rəzil günə salırlar, onların başına minbir oyun açmaqda da davam edirlər. Bu sırada adı daha çox hallanan vəzifə sahiblərindən biri də, ƏƏSMN-i, Gədəbəy rayon şöbəsinin direktoru Maqsud Məmmədovdur. Onun qol qoyduğu qanunsuzluqlarla bağlı adicə bir faktı qeyd edək. Rayonun Qarı kənd sakini Qayıbov Natiq Siyas oğlu, bəzi media qurumlarına müraciət edib ki, “mən 4 il torpaqlarımızın bütovlüyü uğrunda döyüşmüşəm. Döyüşlərdə kontuziya almışam, ayaqlarım sağalmaz zədə alıb, I qrup əliləm. Nəinki ayaqlarımı müalicə etdirməyə, hətta qış günündə evimə odun almağa pulum yoxdur. Bütün bunlara baxmayaraq, Maqsud Məmmədov mənə cəmi 4 il müavinət verdi, sonra da dayandırdı. Müavinət verilən zaman o, kartı əlimizdən alıb 4 ayını saxlayırdı, sonra da kartı özümüzə qaytarırdı. Yəni, 4 ayın müavinəti onlarda qalırdı, 8 ayın müavinəti isə, bizə çatırdı”. Bəli, bu kimi olaylar diqqəti cəlb edən olaylar olduğundan, hələ də baş verənlərə çaşbaş qalmaqdayıq. Çünki, ölkə rəhbəri televiziya çıxışlarında həmişə vurğulayır ki, “vəzifə sahibi olan hər kəs daha çox sadə vətəndaşların qayğısına qalmalı, problemlərinin həlli ilə məşğul olmalıdır” deyə, lazımi tapşırıqlarını versə də, bəs səbəb nədir ki, cənab Maqsud Məmmədov bu cür addımlarını atmaqdadır. Odur ki, bu və ya digər olaylar barədə növbəti saylarımızda geniş açıqlamalarla çıxış edəcəyik. Bizi izləyin
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15 |
|
|
|
• Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41 |
|
|
|
• ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36 |
|
|
|
• ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33 |
|
|
|
• Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31 |
|
|
|
• İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02 |
|
|
|
• Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12 |
|
|
|
• Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08 |
|
|
|
• Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01 |
|
|
|
• Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59 |
|
|
|
• Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50 |
|
|
|
• Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46 |
|
|
|
• Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44 |
|
|
|
• Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39 |
|
|
|
• Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36 |
|
|
|
• Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31 |
|
|
|
• "TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27 |
|
|
|
• Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25 |
|
|
|
• Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17 |
|
|
|
• “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15 |
|
|
|
• "Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Dünən, 17:13 |
|
|
|
• Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Dünən, 17:10 |
|
|
|
• DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Dünən, 17:06 |
|
|
|
• Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Dünən, 17:01 |
|
|
|
• Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Dünən, 16:54 |
|
|
|
• AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Dünən, 16:53 |
|
|
|
• Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Dünən, 16:49 |
|
|
|
• Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Dünən, 16:37 |
|
|
|
• Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Dünən, 16:32 |
|
|
|
• Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:24 |
|
|
|
• Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:18 |
|
|
|
• Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Dünən, 16:15 |
|
|
|
• Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Dünən, 16:14 |
|
|
|
• İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Dünən, 16:11 |
|
|
|
• Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Dünən, 16:10 |
|
|
|
• İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Dünən, 16:00 |
|
|
|
• Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Dünən, 15:58 |
|
|
|
• MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 15:55 |
|
|
|
• “Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Dünən, 15:47 |
|
|
|
• Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Dünən, 15:44 |
|
|
|
• Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Dünən, 15:40 |
|
|
|
• Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Dünən, 15:38 |
|
|
|
• Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Dünən, 15:34 |
|
|
|
• Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Dünən, 15:24 |
|
|
|
• Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Dünən, 15:19 |
|
|
|
|