İcra başçısı müavininin şirkətləri üzə çıxdı -SİYAHI-FOTOLAR
Tarix: 25-05-2016, 16:08 | Çap et
Azərbaycanda bir çox məmurların yerində olmadığı, işlərinin öhdəsindən gələ bilmədikləri qeyri-adi hadisə deyil. Elə bizrnesə qurşanıb, məmurluğa ikinci dərəcəli vasitə kimi baxanlar da az deyil. JAM.AZ xəbər verir ki, Beyləqanda da analoji durum yaşanır. Vəziyyət belədir ki, rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov bütün işləri unudaraq, başını biznesinə qatıb.
Böyük biznesə gedən yol
Qeyd edək ki, Beyləqan İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə Məhəmməd Qələndərov öz səlahiyyətlərini bir kənara qoyaraq, başqa işlərə qurşanmağa başlayıb. JAM.AZ xəbər verir ki, keçmiş icra başçısı İrşad Əliyevin dövründə qılıncının dalı da, qabağı da kəsən Qələndərov, Beyləqanın külli-ixtiyar sahibi kimi özünü aparsa da, hazırda havası bir az yatıb. Bildirək ki, Məhəmməd Qələndərov İrşad Əliyevin icra başçısı olduğu dönəmlərdə «qara vəzir» ampluasından çıxış edərək, rayon sakinlərinə divan tutmaqla məşğul olub. JAM.AZ xəbər verir ki, Vaqif Abdullayevin Beyləqana icra başçısı təyin olunmasıdan sonra Qələndərovun hökmüranlığının sona çatdırıb. Nəzərinizə çatdıraq ki, Vaqif Abdullayev icra başçısı təyin olunandan sonra sözügedən şəxs onun üzünə ağ olub. Bundan başqa, o, daha bir neçə məsələdə ciddi səhvlərə yol verib ki, nəticədə müavinin işdən çıxarılması məsələsi gündəmə gəlib.
Müavinin tenderlik şirkətləri hansılardır?
Qeyd edək ki, Beyləqan rayonunda indiyə qədər həyata keçirilmiş tenderlərin böyük əksəriyyəti məhz Məhəmməd Qələndərovun rəhbəri olduğu şöbənin səlahiyyətində olub. Elə bu səbəbdəndir ki, rayondakı tenderlərlə bağlı yeyintilərdə əsasən onun adı halanır. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, Qələndərovun adının bu tip işlərdə hallanması heç də səbəbsiz olmayıb. Belə ki, o, özünün qohumları, tanışları və yaxınlarını qeyri-qanuni yollarla qalib elan edərək, büdcə vəsaitlərinin silinməsini həyata keçirib. Bu pullar əsasən abadlaşdırma, tikinti və təmir işlərində «sərf» olunub. Buraya inventarlar və avadanlıqların alınmasını da əlavə edərsək, o zaman kifayət qədər böyük rəqəmlərin ortaya çıxmasına şahid olacağıq. Nəzərinizə çatdıraq ki, bütün bunlar İrşad Əliyevin icra başçısı olduğu dönəmlərdə baş verib və hazırda da Qələndərov istəyini reallaşdırmağa çalışır. Bu əsnada, JAM.AZ Beyləqan icra başçısının müavininin tenderlərdə qalib etdiyi və şəxsi nəzarətində olan şirkətlərinin adlarını müəyyənləşdirib. Həmin şirkətlər sırasında «Murad-Elmir» MMC, «Təmir-Tikinti» LTD, «Mirdamət-2008» MMC və «İlkin -İM» MMC var. Lakin bu da son deyil. Çünki belə şirkətlərin sayı həddindən artıq çoxdur və hamısı da bir mövsümlük fəaliyyət göstərdikdən sonra bağlanılıb. Qeyd edək ki, Məhəmməd Qələndərov İrşad Əliyevin icra başçısı olduğu 7 il ərzində bu şirkətlərin imkanlarından yararlanıb. Büdcə vəsaitlərini həmin şirkətlərin hesabına köçürərək, oradan «təmizləyib».
Fitnes zalına çevrilmiş kitabxana
JAM.AZ xəbər verir ki, Məhəmməd Qələndərovun biznesi təkcə tenderlər üzərində qurulmayıb. Onun həmçinin başqa biznes sahələri də var. Məsələn, onun bir müddət əvvəl Sovet dövründən qalma kitabxananı 30 min manata aldığı məlum olub. Bəlli olub ki, həmin kitabxananı fitnes kluba çevirən icra başçısının müavini təmir işlərinə daha 70 min manat xərcləyib. Beyləqanda fitnes klubun kimə və nəyə lazım olduğu məlum olmasa da, bunun investisiya xatirinə edildiyi qətiyyən şübhə doğurmur. Həmçinin müavin əlindəki vəsaitləri ticarət işlərinə də sərf edərək, dövriyyəsini artırmağa çalışır.
Bahalı daşlarla hörülmüş döşəmə
Onu da bildirək ki, Məhəmməd Qələndərovun Mədəniyyət və Turizm Şöbəsinin yaxınlığında çox bahalı daha bir obyekti də var. JAM.AZ xəbər verir ki, icra başçısının müavini bu obyektinə xüsusi diqqət yetirir. Səbəbi məlum olmasa da, bilinən odur ki, həmin obyektin döşəməsinə həddindən artıq baha qiymətə aldığı daşlar döşətdirib.
P.S. Növbəti günlərdə Məhəmməd Qələndərovun daha hansı biznes sahələrinə pul yatırdığı barədə geniş məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Göygölün icra başçısı narazılıq yaratdı - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
• Bu gün konserti var idi, amma...
Bu gün, 06:27 |
|
|
|
• Kritik qərar: Ordu çevrilişə hazır vəziyyətə gətirilir – Tapşırıq bu ünvandan verilib
Bu gün, 06:25 |
|
|
|
• "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO
Bu gün, 06:21 |
|
|
|
• Qəzaya düşən təyyarədən xilas olan bələdçi ailəsi ilə DANIŞDI - VİDEO
Bu gün, 06:18 |
|
|
|
• Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22 |
|
|
|
• Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18 |
|
|
|
• "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20 |
|
|
|
• AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10 |
|
|
|
• Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51 |
|
|
|
• Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46 |
|
|
|
• Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43 |
|
|
|
• “Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08 |
|
|
|
• Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03 |
|
|
|
• ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32 |
|
|
|
• Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09 |
|
|
|
• Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00 |
|
|
|
• 4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58 |
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Dünən, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Dünən, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Dünən, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Dünən, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Dünən, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Dünən, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Dünən, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Dünən, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Dünən, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Dünən, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Dünən, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Dünən, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Dünən, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Dünən, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Dünən, 15:55 |
|
|
|
• Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Dünən, 15:51 |
|
|
|
• Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Dünən, 15:42 |
|
|
|
• 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Dünən, 15:41 |
|
|
|
• Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Dünən, 15:33 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Dünən, 15:31 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Dünən, 15:27 |
|
|
|
|