Ağcabədidə internet klublara əcaib qadağa - Şikayətlər olmasın deyə...
Tarix: 10-05-2016, 10:51 |
Çap et
DİA.AZ: - Ağcabədi rayonunda əcaib qadağa tətbiq olunmağa başlayıb. Bu barədə DİA.AZ-a yerli sakinlər xəbər verir.
Onlar bildirir ki, internet klublarda yazı proqramları (vorld) işlətmək qadağan olunub.
Deyirlər ki, qadağa icra hakimiyyətindən gəlib. Səbəb kimi isə şikayətçilərin internet klub vasitəsilə saytlara, qəzetlərə narazılıqlarını çatdırmalarıdırı. Sakinlər diaaz.space-a bildirir ki, qadağa səbəbindən şikayəti olanlar qonşu rayonlara getmək zorunda qalırlar: "Ya da kompüteri olan fərdi adamlara müraciət edirlər".
Qarşı tərəfi də dinləməyə hazırıq...