Nəqliyyat nazirinin səlahiyyətlərini itirməsi səhhətinə də mənfi təsir edib? - İDDİA
Tarix: 29-04-2016, 10:53 | Çap et
Məlum olduğu kimi, Nəqliyyat naziri Ziya Məmmədov son bir il ərzində xeyli səlahiyyətini itirib. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, "Azəryolservis" ASC və digər strukturların Nəqliyyat Nazirliyinin balansından alınması ciddi hadisədir. Bunların ardınca, Nəqliyyat departamentinin ləğvi, Beynəlxalq Avtovağzal Kompleksinin də Ziya Məmmədovdan alınması, Bakıda sərnişindaşıma prosesindən nazirin himayədarlıq etdiyi şirkətin uzaqlaşdırılması da önəmli məqamlardandır. Nəqliyyat nazirinə vurulan zərbələr bununla bitmir. Çünki bir vaxtlar böyük bir imperiyaya rəhbərlik edən Ziya Məmmədovun hazırda nazirliyini inzibati binasından başqa heç yerdə hökmü keçmir. Bəlkə də elə bu səbəbdən də Ziya Məmmədov son dövrlər daha aqressiv davranışlar nümayiş etdirir. Diqqətli oxucular xatırlayar ki, MTN adı ətrafında yaranan qalmaqaldan öncə Ziya Məmmədov mətbuatın bir nömrəli hədəfi idi. Hətta onun yaxın günlərdə istefaya göndəriləcəyi ilə bağlı iddialar səslənirdi. Amma MTN məsələsi daha böyük miqyaslı hadisə olduğuna görə nəqliyyat naziri kölgədə qaldı və karyerasını davam etdirmək şansı qazandı. Həmin dönəmdə jurnalistlərə «Nə oldu, bəs deyirdiniz ki, işdən çıxarılmışam?» ironik bir cavab da vermişdi. Amma Ziya Məmmədov nazir kürsüsünü qoruya bilsə də, demək olar ki, bütün səlahiyyətlərini itirmiş bir qurum rəhbərinə çevrildi. Sözsüz ki, bir müddət öncəyə qədər böyük bir imperiyaya hökm edən bir şəxsin inzibati binadan başqa heç yerdə səlahiyyəti olmayan şəxsə çevrilməsi həzm olunan məsələ deyil. Sözsüz ki, Z.Məmmədovun düşdüyü bu vəziyyət nazirə əlavə problemlər də yaradıb. «Unikal»ın məlumatına görə qısa müddət ərzində səlahiyyətlərini itirən nazirin əsəbləri pozulub. Bu barədə bizə məlumat verən nazirə yaxın şəxslərdən biri deyib ki, Ziya Məmmədov son vaxtlar həddindən artıq əsəbi olub. Belə ki, o, həm nazirlikdə, həm də qeyri-rəsmi dairələrdə aqressiv davranışlar nümayiş etdirir. Onun aqressiyası bu günlərdə mətbuatda da öz əksini tapmışdı. Belə ki, unikal.org-un əməkdaşına açıqlama verən nazir əsəblərini cilovlaya bilməyərək yüksək rütbəli dövlət məmuruna yaraşmayan tərzdə jurnalisti təhqir etmişdi. Son dövrlər baş verənlərlə bağlı unikal.org-un əməkdaşı Ziya Məmmədovdan açıqlama almaq istəyib. Nazir telefonda jurnalistə bu formada cavab verib: "Bəsdirin, məni bezdirdiniz. Abrınız, həyanız olsun. Bir açıqlama verən kimi bütün mətbuat məndən yazır. Yorulmuşam artıq”. Göründüyü kimi, Z.Məmmədov psixoloji cəhətdən o qədər gərgindir ki, hətta mətbuat nümayəndələrinin suallarına normal cavab verə bilmir. Halbuki KİV haqqında qanuna görə dövlət məmuru mətbuat nümayəndələrinin suallarına cavab verməyə borcludur. Amma Z.Məmmədov nəinki bu vəzifə borcunu yerinə yetirir, əksinə, jurnalistə kobud cavab verərək təhqir edib. Azərbaycan mətbuatında Ziya Məmmədovla ən çöx ünsiyyəti olan və gündəmi zəbt edən müsahibələrin müəllifi olan «Unikal» qəzetinin baş redaktoru Asəf Rzayev bizimlə söhbətində bildirib ki, nəqliyyat nazirinin son davranışları başadüşülən deyil: «Bir nazir kimi mənim Ziya Məmmədova böyük hörmətim var. İndiyə kimi bir neçə dəfə söhbətimiz olub. Hətta elə müsahibələrimiz olub ki, gündəmə bomba kimi düşüb. Yəni, «Unikal» olaraq, Ziya Məmmədovla aramızda hər hansı bir problem olmayıb. Mətbuatın böyük hissəsi onunla bağlı tənqidi fikirlər yayanda biz onun mövqeyini ictimailəşdirmişik. Amma son dövrlər Ziya müəllimin davranışlarında qəbulolunmaz məqamlar sezilir. İnsandır, hər şey ola bilər. Yəqin ki,bir sıra səlahiyyətlərini itirməsi nazirə pis təsir edib. Bu səbəbdən də əsəbləri gərgindir. Ona görə də sonuncu dəfə sualımıza kobud cavab verdi. Mən mütəxəssis deyiləm, amma psixoloqlar bu gərginliyin səbəblərini aydınlaşdıra bilər». Məsələylə bağlı "Unikala” münasibət bildirən psixoloq Dəyanət Rzayev vəzifədən kənarlaşdırılan və yaxud səlahiyyətlərini itirən məmurların psixologiyasında dəyişikliklərin olmasını mümkün sayır. Onun sözlərinə görə, bu cür şəxslər əsasən aqressiv olurlar: «Keçmiş Sovetlər Birliyində məmurları vəzifədən uzaqlaşdıranda onlar ölürdülər, çox yaşamırdılar. Bilmirəm bunu qərəzli edirdilər ya yox. Ola bilsin müəyyən sirləri bildikləri üçün onlara qarşı bu addımı atırdılar. İnsan belə varlıqdır ki, əlindən səlahiyyət alındıqda onun psixikasına çox mənfi təsir göstərir. Bundan sonra özünü narahat hiss edir, müəyyən problemlər yaşayır. Belə vəziyyətdə olan insan ətrafındakılarla aqressiv davrana bilər. Şəxsin səlahiyyətləri əlindən alındıqda, vəzifədən uzaqlaşdırıldıqda güclü stress yaşayır. Stress orqanizmin ümumi ablitasion sindromudur. Yeni həyata uyğunlaşana qədər müəyyən narahatçılıq yaşayır. Vəifədən uzaqlaşandan və ya səlahiyyətləri əlindən alındıqdan sonra onun sözü keçmir, ona bahalı maşınlar artıq bağışlanmır, ətrafında yaltaqlar azalır. Bu da həmin şəxsdə ciddi aqressiyalar yaradır». Mütəxəssis onu da bildirib ki, insan vəzifədən uzaqlaşdırılandan az müddət sonra xəstəxanalıq olur, ciddi ürək problemləri yaranır. Onun sözlərinə görə, infarkt və digər halların baş verməsi də müşahidə oluna bilir. Psixoloq deyir ki, hansısa məmurun vəzifədən uzaqlaşdırılması, böyük səlahiyyətlərinin əlindən alınması kiçik məsələ deyil. Bu şəxslərdə ciddi psixoloji dəyişikliklərin baş verməsi qaçılmazdır. Bu vəziyyətlərdə insan özünə qapana, ətrafına, yaxınlarına qarşı aqressiya göstərə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Bu gün, 17:59 |
|
|
|
• Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 17:50 |
|
|
|
• Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Bu gün, 17:46 |
|
|
|
• Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Bu gün, 17:44 |
|
|
|
• Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Bu gün, 17:39 |
|
|
|
• Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Bu gün, 17:36 |
|
|
|
• Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Bu gün, 17:31 |
|
|
|
• "TikTok"er xanımlar həbs edildi
Bu gün, 17:27 |
|
|
|
• Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Bu gün, 17:25 |
|
|
|
• Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Bu gün, 17:17 |
|
|
|
• “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Bu gün, 17:15 |
|
|
|
• "Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Bu gün, 17:13 |
|
|
|
• Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Bu gün, 17:10 |
|
|
|
• DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Bu gün, 17:06 |
|
|
|
• Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Bu gün, 17:01 |
|
|
|
• Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Bu gün, 16:54 |
|
|
|
• AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Bu gün, 16:53 |
|
|
|
• Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Bu gün, 16:49 |
|
|
|
• Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Bu gün, 16:37 |
|
|
|
• Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:24 |
|
|
|
• Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:18 |
|
|
|
• Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Bu gün, 16:15 |
|
|
|
• Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Bu gün, 16:14 |
|
|
|
• İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Bu gün, 16:10 |
|
|
|
• İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Bu gün, 16:00 |
|
|
|
• Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Bu gün, 15:58 |
|
|
|
• MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 15:55 |
|
|
|
• “Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Bu gün, 15:47 |
|
|
|
• Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Bu gün, 15:44 |
|
|
|
• Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Bu gün, 15:40 |
|
|
|
• Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Bu gün, 15:38 |
|
|
|
• Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Bu gün, 15:34 |
|
|
|
• Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Bu gün, 15:24 |
|
|
|
• Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Bu gün, 15:19 |
|
|
|
• Müştəri 4,2 manata görə mərkəzin müdirini döydü - 1000 manat cərimə
Bu gün, 15:17 |
|
|
|
• “Qara qutu”dan gələn səsə doğru - Qəlpələrin izi ilə
Bu gün, 15:08 |
|
|
|
• İrəvan silah almadı - Rusiya borcunu silir
Bu gün, 15:02 |
|
|
|
• “Tiktokerlər tutulmamalıdır” - Hüquqşünas səbəbləri AÇIQLADI
Bu gün, 14:58 |
|
|
|
• Ramzan Kadırov necə şişibsə... – Özbəkistana əl və dil uzadır
Bu gün, 14:53 |
|
|
|
• Daha bir tiktoker HƏBS OLUNDU
Bu gün, 14:52 |
|
|
|
• Ekipaj komandirinin, ikinci pilotun qəhrəmanlığı nəticəsində sağ qalmışıq - Bələdçi
Bu gün, 14:50 |
|
|
|
• Paşinyan Lukaşenkodan inciyib, amma Ərdoğana görüşməyə tələsir
Bu gün, 14:02 |
|
|
|
• İrəvan ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşacaq - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Yoxsulluqla mübarizə resepti: 285 manat və... - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Avropa İttifaqı Rusiya tankerlərinə qarşı sanksiyaları genişləndirəcək
Bu gün, 13:16 |
|
|
|
• Ermənistan Xankəndi sakininin meyitini qəbul etmir, Azərbaycanda dəfn ediləcək
Bu gün, 13:13 |
|
|
|
• AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırdı - SİYAHI
Bu gün, 13:10 |
|
|
|
|