"Şapka Mamed"in ölmüş toyuq biznesi... - İDDİA
Tarix: 13-04-2016, 11:39 | Çap et
Dünən redaksiyamıza yeni daxil olmuş məlumatda bir neçə gün bundan öncə “Şuraabad Quşçuluq” MMC-nin rəhbərliyi tərəfindən yol verilmiş ağlasığmaz hərəkətdən bəhs olunur. Etiraf edək ki, bu əməli necə adlandırmaq barədə çox düşünsək də, ağlımıza “cinayət” ifadəsindən daha münasib bir söz gəlmədi. Həm də birbaşa insanlığa qarşı işlənmiş bir cinayət. Hətta belə də demək olar ki, bu əməlin törədə biləcəyi ağır fəsadlar nəticəsində kütləvi şəkildə vətəndaşların həyat və sağlamlıqları da ciddi təhlükə altında qala bilər.
Məlum olduğu kimi, “Şuraabad Quşçuluq” MMC-nin sahibi Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri olan Məmməd Musayevdir. Müəssisənin direktoru isə, onun qardaşı, Hatəm Musayevdir. Qeyd edək ki, bu müəssisənin fəaliyyəti barədə əvvəllər də bizimdovr.az-a bir çox şikayət xarakterli məlumatlar daxil olub. Belə məlumatlarda ilk növbədə MMC-nin məhsullarının əksəriyyətinin kimyəvi dərmanlar hesabına bəslənib-böyüdüldüyü və müəssisədə bir sıra neqativ halların yaşandığı diqqət mərkəzinə gətirilir. Bu xüsusda müxtəlif mənbələr tərəfindən təqdim edilən açıqlamalarda bildirilir ki, “Şuraabad Quşçuluq” MMC-də artıq çoxdan qeyri-normal vəziyyət hökm sürür. İrəli sürülən iddialara görə, müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması hallarına geniş yer verilir. Bu barədə açıqlama verən mənbələr bildirirlər ki, fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən öldürülərək, doğranılır və digər toyuqlara yedizdirilir. Halbuki, baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yalnız yüksək temperaturda yandırdıqdan sonra, onların külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq, təkrar yem kimi istifadə etmək olar. Bu isə, onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir. Bundan başqa aldığımız bir çox açıqlamalarda MMC-də istehsal olunan toyuq əti məhsullarının keyfiyyət baxımından müasir standatlara cavab vermədiyi iddia olunur. Qeyd edək ki, bu gün əhali arasında da bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. Dünən bizimdovr.az-a daxil olmuş açıqlama isə, bütün bu sadalanan nöqsanları kölgədə qoyur. Bu barədə açıqlama verən mənbə iddia edir ki, aprel ayının 10-da “Şuraabad Quşçuluq” MMC-nin fermasında naməlum səbəbdən toyuqların kütləvi şəkildə qırılması baş vermişdir. Gözlənilmədən və olduqca qısa zaman kəsiyində baş vermiş bu hadisə nəticəsində çoxlu sayda toyuq məhv olmuşdur. Bu barədə məlumat alan MMC rəhbərliyi dəymiş maddi ziyanı minimuma endirmək üçün ağlasığmaz qərar qəbul etmişdir. İlk növbədə işçilərə ciddi şəkildə göstəriş verilmişdir ki, baş vermiş hadisə barədə məlumat müəssisədən kənara çıxarılmasın. Daha sonra, yenə də rəhbərliyin tapşırığı ilə, ölmüş quşların başları kəsilmiş və toyuqlar adi qaydada tüklərdən təmizlənib, qablaşdırılaraq satış mərkəzinə göndərilmişdir. Qeyd edək ki, Fuad adlı şəxsin rəhbərlik etdiyi bu satış mərkəzi Bakının Nərimanov rayonu ərazisində, məşhur “Çin restoranı”nın yaxınlığında yerləşir. Mənbə bildirir ki, “Şuraabad Quşçuluq” MMC-nin ölmüş toyuqları bu satış mərkəzindən marketlərə paylanıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22 |
|
|
|
• Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18 |
|
|
|
• "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20 |
|
|
|
• AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10 |
|
|
|
• Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51 |
|
|
|
• Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46 |
|
|
|
• Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43 |
|
|
|
• “Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08 |
|
|
|
• Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03 |
|
|
|
• ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32 |
|
|
|
• Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09 |
|
|
|
• Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00 |
|
|
|
• 4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58 |
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Dünən, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Dünən, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Dünən, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Dünən, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Dünən, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Dünən, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Dünən, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Dünən, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Dünən, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Dünən, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Dünən, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Dünən, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Dünən, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Dünən, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Dünən, 15:55 |
|
|
|
• Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Dünən, 15:51 |
|
|
|
• Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Dünən, 15:42 |
|
|
|
• 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Dünən, 15:41 |
|
|
|
• Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Dünən, 15:33 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Dünən, 15:31 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Dünən, 15:27 |
|
|
|
• Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Dünən, 15:23 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Dünən, 15:10 |
|
|
|
• Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Dünən, 15:08 |
|
|
|
• Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Dünən, 15:05 |
|
|
|
• Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Dünən, 15:04 |
|
|
|
|