MƏDƏNİYYƏTDƏN UZAQ MƏDƏNİYYƏT NAZİRLİYİ
Tarix: 25-10-2011, 16:49 | Çap et
DAHİLƏRİN MƏZARLARI FƏXRİ XİYABANDAN GÖTÜRÜLÜR
Son 15 ildə Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyətinə elə sarsıdıcı zərbələr vurub ki, onu bərpa etmək heç zaman mümkün olmayacaq. ölkədə total şəkildə kitabxanalar, muzeylər, maddi mədəniyyət abidələrinin qoruq yerləri, musiqi məktəbləri ləğv edilib. Bu sırada sabiq nazir Polad Bülbüloğlunun rolu qat-qat çoxdur. İndi də bu estafeti Əbülfəs Qarayev davam etdirir. Heç bir musiqi savadı olmayan, səs diapozunu səhnə üçün yaramayan, teatr səhnəsi üçün utandırıcı səviyyəsi olan adamlara "əməkdar" və "xalq" artisti fəxri adlarının verilməsi doğrudan da milli mədəniyyətimizə qarşı sarsıdıcı ağır zərbələrin vurulması deməkdir.
Milli mədəniyyəmizə diletant münasibətlərin anatomiyası
Dahi Üzeyir Bəy Hacıbəyli Azərbaycanda türk mədəniyyətinin inkişafı yönündə dörd pilləli təhsil strukturunu yaratmışdı. Yəni musiqi sahəsində ibtidai, orta, texnikum və konservatoriya üzrə pilləli təhsil almaqla bu mərhələni keçən şəxs sonda sənət adamı sayıla bilərdi. Bu isə 18 illik təhsil demək idi. Həmin müddətdə milli sənət adamı olaraq yetişmək çox ağır sahə hesab olunurdu. Bu gün fəxrlə öyündüyümüz Azərbaycan milli mədəniyyətinin dahiləri məhz həmin məktəbi keçmişlər. Fikrət Əmirov, Qara Qarayev, Səid Rüstəmov, Cahangir Cahangirov, Rauf Hacıyev, Süleyman Ələsgərov, Tofiq Quliyev, Arif Məlikov, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Sara Qədimova və digərlərinin sənət yolu beləcə inkişaf etmişdir.
İndi baxaq görək bugünkü "sənət adamları" adlandırılan zümrə hansı məktəbi, mərhələləri keçmişlər. Milli mədəniyyətimizə utanc gətirən faktlar ondan ibarətdir ki, səs diapozunu heç bir standarta uyğun olmayan Faiq Ağayev, Aygün Kazımova, Səməd Səmədov və digərlərinə səxavətlə əməkdar və xalq artisti fəxri adaları verilməkdədir. Belə çıxır ki, zəmanəmizin "nəhəng sənət adamları" olan bu kəslər milli musiqi və ifaçılıq sənətimizin korifeylərindən heç də geri qalmırlar. Hətta onlardan xeyli irəli gediblər. Bu bəlaların mənşəyini araşdırdıqda bəlli olur ki, Mədəniyyət Nazirliyində milli mədəniyyətimizi dərindən bilən bir nəfər də olsa peşəkar kadr yoxdur. Elə Əbülfəs Qarayevin özünü götürək. Keçmiş komsomol funksioneri olan bu şəxs, sən demə, uzun müddət quşçuluq və toyuqçuluq sahəsi üzrə sabiq baş nazirin müavini Abbas Abbasovun yanında yetişmiş mütəxəssislərdən biridir. Ə.Qarayev bu sahənin kadrı olduğu üçün milli mədəniyyətimizə də münasibəti komsomol və quşçuluq təsərrüfatı anlamında yanaşır. Məhz Ə.Qarayev nazir kürsüsünə yiyələndikdən sonra milli rəssamlıq məktəbimizin dahilərindən biri və Şərqdə ilk peşəkar karikatura rəssamı Əzim Əzimzadənin, sonra isə böyük dramaturq Cəfər Cabbarlının ev muzeylərini yerindən sökdürüb. İndi sırada digər görkəmli mədəniyyət xadimlərimizin ev muzeylərinin dağıdılması üçün xüsusi hazırlıqlar görülməkdədir. Bu proses beləcə davam edərsə, sabah üzeyir Hacıbəyli, Niyazi, Rəşid Behbudov və Müslüm Maqomayevin Fəxri Xiyabandan məzarları götürüləcək və onların yerinə "üç badam, bir qoz" manıslarının orada nə vaxtsa dəfn olunmaları üçün yer ayrılacaq. çünki nazir Əbülfəs Qarayevin təfəkkürünün standartı bundan ibarətdir. Elə tetar, kino, rəssamlıq, xalq sənəti sahələri də indiki musiqi ifaçılığı manısların səviyyəsinə endirilib. çünki mədəniyyətmizə bunca diletantcasına yanaşılması çağdaş mədəni inkişaf doktrinası hesab olunur.
Üzeyir Bəyə və digər korifeylərə hücumların arxasında dayanan hədəflər
1920-ci illərdə Sovetlər Birliyi qurulduqdan sonra, bütün zamanların ən dahi bəstəkarı, milli mədəniyyətimizin simvolu üzeyir Bəy Hacıbəyliyə qarşı dərin köklərə bağlı olan antitürk təfəkkürünün daşıyıcısı olanların mənəvi varisləri bu gün də hər fürsətdə həmin mövqedə dururlar. 1923-cü ildə üzeyir Bəyin yazmış olduğu "Azərbaycan xalq musiqisinin əsasları" kimi akademik əsərin nəşri hələ də yasaq olunmaqdadır. Ancaq Mədəniyyət Nazirliyi milli mədəniyyətimizə heç bir aidiyyəti olmayan və sabahın makulaturasına çevrilən kitabların nəşri ilə məşğuldur.
Üzeyir Bəy Hacıbəyli, Müslüm Maqomayev, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Rauf Hacıyev, Cövdət Hacıyev, Arif Məlikov, Süleyman Ələsgərov, Cahangir Cahangirov və digər korifey bəstəkarlarımızın əsərlərini nəşr etdirmək Mədəniyyət Nazirliyi tərəfindən yasaq olunub. Belə bir siyasətdən ilham alan Tünzalə Ağayeva kimi birisi Asəf Zeynallının "ölkəm" romansının, Nadir Qafarzadə kimi savadsızın, heç bir səs diapozunu olmayan zövqsüzün birisi Cahangir Cahangirovun "Füzuli" kantatasının başına elə oyun açdılar ki, bu iki dahi musiqi əsərinin müəlliflərinin ruhlarını təhqir etdiklərinin fərqinə belə varmadılar.
Bir zamanlar Nizami küçəsində "Tiflis" adlı zirzəmi restoranda axşamlar erməni Bokanın "üç badam, bir qoz" tüfeyli mahnılarının müşayiətçisi olmuş Səməd Səmədova bu gün mədəniyyət nazirinin təqdimatı ilə "xalq artisti" fəxri adı verilib. Halbuki bu ada layiq olmaq üçün mütləq fitri istedada, böyük səs diapazonuna, musiqi savadına malik olanlara xüsusi komissiyanın rəyi nəticəsində təqdimatlar verilirdi. İndiki halda Mədəniyyət Nazirliyinin tərkibində belə bir standart demək olar ki, yoxdur. üzeyir Bəyin yaratmış olduğu bu milli məktəb beləcə nazirlik tərəfindən dağıdılıb. Bu siyasəti ermənilərin Qarabağı işğalından daha qəddar hesab etmək lazımdır. İşğal olunmuş torpaqları nə vaxtsa azad etmək mümkündür, dağılmış iqtisadiyyatı bərpa etmək heç zaman problem ola bilməz. İtirilmiş mənəviyyatı, məhv edilmiş mədəniyyəti isə özünə qaytarmaq heç zaman mümkün olmayacaq. Mədəniyyət Nazirliyinin günahları elə bu addımlarla müşayiət olunur. 1995-ci il dekabr ayının 18-də mərhum prezident Heydər Əliyevin bircə çəpəki baxışı ilə erməni müğənnisi Filipp Kirkorovun Bakıdakı konserti ləğv edildiyi halda, nazir Əbülfəs Qarayevin fəal dəstəyilə Kirkorovun Heydər Əliyev adına Sarayda konserti təşkil edildi.
Dahi üzeyir Bəy ermənilərin Azərbaycan milli mədəniyyətini bayağılaşdırmaq üçün doktor İhonessyanın rəhbərliyi ilə yaratdığı şəbəkəni öz sağlığında dağıtsa da, bu gün Mədəniyyət Nazirliyi ermənilərin bu siyasətini bərpa etmək üçün iri addımlarla irəliləməkdədir. Konservatoriyanın ikiyə bölünməsi elə buna bariz nümunədir. ömrü boyu toylarda ionika çalan, tar üzrə təhsil almış istedadsız Siyavuş Kərimi uydurma "Milli Konservatoriya"ya rektor təyin olunmaqla yanaşı, hətta professor adını belə daşıyır. Əslində üzeyir Bəy milli və dünya musiqisi təhsilini bir tədris müəssiəsində birləşdirməklə bunun sintezini ortaya qoymuşdu. Yəni bizim milli musiqi mədəniyyətimizi dünya standartlarına uyğunlaşdırmaq başlıca strategiya hesab olunurdu. İndi üzeyir Bəyin qurmuş olduğu bu mədəniyyət siyasətindən heç bir əsər-əlamət qalmayıb. çünki Mədəniyyət Nazirliyində çalışan bir çoxlarının təfəkkürü həmin səviyyədə deyil.
Mədəniyyətmizin problemləri
Hər hansı bir sahənin dövlət və xalq anlamında uzlaşan tarixi dəyərlərinin inkişaf yolu onun özümlü xarakteri ilə müşahidə olunur. Bu günə kimi teatr, musiqi, rəssamlıq, bədii toxuma, xalq sənəti sahəsində milli siyasət doktrinamız olmayıb. Təkcə milli musiqi sahəsində üzeyir Bəyin "Azərbaycan xalq musiqisinin əsasları" əsəri mövcuddur. Digər sahələrdə isə hələ də "sovet mədəniyyəti" anlayışı hökm sürməkdədir. çünki mədəniyyətimizin başında Əbülfəs Qarayev kimi keçmiş komsomol funksioneri durur. Buna görə də milli mədəniyyət siyasəti yoxdur.
Ölkədə milli mədəniyyət siyasətini inkişaf etdirmək üçün xüsusi araşdırma mərkəzi olmalıdır. Ya da mədəniyyətin müxtəlif sahələrində çalışan mütəxəssisləri bu işə cəlb etməklə ciddi şəkildə buna nail olmaq mümkündür. Nazir Əbülfəs Qarayev isə milli mədəniyyətə təmir-tikinti, istehsalat obyekti kimi yanaşır. Adicə musiqi məktəblərində dərs deyən müəllimlərin maaşları heç onların bir həftəlik dolanşığına yetmir. Mədəniyyət evləri və klubların əksəriyyəti nəinki bərbad vəziyyətdədir, onları gərəksiz əmlak kimi hətta hərraca çıxarıb satırlar da. Son 15 ildə ləğv edilən klubların, kitabxanaların, digər mədəniyyət ocaqlarının ümumi dəyəri 40 milyard dollardan da çoxdur. Gözə kül üfürmək üçün bir neçə mədəniyyət ocağını təmir etmək heç də mədəniyyət siyasəti kimi başa düşülməməlidir.
***
Ölkənin mədəni həyatından milyonlarla insanın xəbər tutması üçün şəhərdə adicə xüsusi elan və ya reklam şəbəkələri belə ləğv edilib. Hansısa rəssamın, peşəkar musiqi kollektivinin konsertindən insanlar bu aksiya bitdikdən sonra xəbər tuturlar. Ancaq mədəniyyət adına bayağı olan nələr varsa, bu barədə ən azından bir ay öncə uzun-uzadı şit reklamlar hamının zəhləsini tökür. Bu azmış kimi, bütün bunlar elə təlqin olunur ki, şit musiqi siyasəti əsl sənətdir. çünki bu reklamlarda "xalq artist"lərinə geniş yer verilib.
Mədəniyyət Nazirliyi ən azından televiziya kanallarının hamısı ilə təmas quraraq peşəkar sənət adamlarının mədəniyyətlə bağlı baxışlarını cəmiyyətə təqdim etmələri üçün imkan yarada bilər. Bax, bu siyasəti də istənilən anda Mədəniyyət Nazirliyi bayağılaşdıracaq. çünki o qədər savadsız, istedadsız adamlara "xalq", "əməkdar" artist adları verilib ki, hamı onları "ağıl dəryası" kimi qəbul etmək məcburiyyətində qalıb.
Milli mədəniyyətimizin inkişaf etməsi üçün keçmişin və bu günün mədəni sintezinin, dualizminin semantikasını, dünyada baş verən mədəni prosesləri incələyib onun milli mədəniyyətimizlə çulğalaşan imkanlarını dəyərləndirməklə inkişaf etmək barəsində düşünməliyik. Bax bu prosesə qarşı ən böyük dirəniş elə Mədəniyyət Nazirliyinin özündən gələcək. çünki burada başda Əbülfəs Qarayev olmaqla hamı Səməd Səmədov, Faiq Ağayev, Aygün Kazımova, Nadir Qafarzadə kimi düşünür. Uzuc və bayağı sənət onlar üçün böyük mədəniyyət kimi qavranılır. çünki mədəniyyət bu manısların oxuduqları mahnıların ömrü qədərdir. Mədəniyyətdən uzaq mədəni siyasətin faciəsini Azərbaycan türkü tarixdə bunca belə ağır dövrü yaşamayıb.
Ənvər BÖRÜSOY
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55 |
|
|
|
• Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46 |
|
|
|
• Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41 |
|
|
|
• 20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30 |
|
|
|
• "Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06 |
|
|
|
• Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04 |
|
|
|
• MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01 |
|
|
|
• Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51 |
|
|
|
• Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49 |
|
|
|
• Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44 |
|
|
|
• Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40 |
|
|
|
• Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32 |
|
|
|
• Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25 |
|
|
|
• "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22 |
|
|
|
• Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15 |
|
|
|
• Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13 |
|
|
|
• Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10 |
|
|
|
• Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08 |
|
|
|
• İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06 |
|
|
|
• Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02 |
|
|
|
• "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00 |
|
|
|
• "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45 |
|
|
|
• 'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31 |
|
|
|
• Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23 |
|
|
|
• Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11 |
|
|
|
• "Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59 |
|
|
|
• Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55 |
|
|
|
• “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53 |
|
|
|
• Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51 |
|
|
|
• ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49 |
|
|
|
• Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47 |
|
|
|
• Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40 |
|
|
|
• Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31 |
|
|
|
• "Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29 |
|
|
|
• Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21 |
|
|
|
• “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19 |
|
|
|
• Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17 |
|
|
|
• "El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14 |
|
|
|
• Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10 |
|
|
|
• Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02 |
|
|
|
• Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05 |
|
|
|
• Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Dünən, 23:00 |
|
|
|
• "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Dünən, 22:58 |
|
|
|
• Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Dünən, 22:55 |
|
|
|
|