KƏRƏM HƏSƏNOV ÜÇÜN “BAZAR” AÇILIB
Tarix: 4-07-2012, 12:29 | Çap et
KOMİTƏ SƏDRİ SƏNƏDLƏŞDİRMƏNİN QİYMƏTİNİ QALDIRIB
Son dövrlər Azərbaycanda qeyri-qanuni tikilmiş evlərlə bağlı problem əhali arasında ciddi narazılığa səbəb olub. Bələdiyyələr tərəfindən xeyli əvvəl satılmış torpaq sahələri üzərində özünə mənzil inşa etmiş insanlar günün birində onun sökülməsi ilə üz-üzə qalıblar ki, buna da qarşı çıxaraq, toqquşmalara rəvac verirlər.
TİA.AZ xəbər verir ki, ötən günlərdə Azərbaycan prezidenti İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb.
Prezidentin rəsmi saytının verdiyi məlumata görə, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə aşağıdakı tərkibdə komissiya yaradılıb:
Komissiyanın sədri Ramiz Mehdiyevdir. Komissiyanın üzvləri isə Abid Şərifov, Ramil Usubov, Ziya Məmmədov, Fikrət Məmmədov, Əli Əsədov, Fuad Ələsgərov, Əli Həsənov, Şahin Əliyev, Kərəm Həsənov, Qərib Məmmədov, Hacıbala Abutalıbov, Rövnəq Abdullayev, Etibar Pirverdiyev, Qorxmaz Hüseynovdur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş Prokuroruna komissiyanın fəaliyyətində iştirak etmələri tövsiyə olunub. Komissiyaya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırmaq və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Bildirək ki, hələ bir müddət əvvəl dövlət başçısı İlham Əliyev Bakı meriyasında keçirdiyi müşavirədə bəyan etmişdi ki, qısa müddətdə sənədsiz evlərin sənədləşdirilməsini başa çatdırmaq lazımdır. Bununla bağlı müvafiq dövlət qurumlarına verdiyi tapşırıqdan sonra isə ən çox Dövlət Əmlakının İdarəedilməsi Komitəsinin sədri Kərəm Həsənov üçün bazar açılıb.
Belə ki, əhali bu açıqlamadan sonra sənədlərini hazırlayaraq, yerli İcra Hakimiyyətlərinə müraciət etmişdilər. Sevincək hərəkət edən sakinləri isə elə oradaca xəyal qırıqlığına uğratdılar. Məlum oldu ki, bu işlə Kərəm Həsənovun komitəsi məşğul olur. DƏİK-ə müraciət edənlər isə BTİ-yə yönəldildi ki, nəticədə bazarın bazar yerində qaldığı yenidən məlum oldu. Yəni, BTİ-də vətəndaşlardan dövlət rüsumu 400 manat olan işlər üçün 4000 manat tələb olunanda hamı anladı ki, Kərəm Həsənov həqiqətən də özünə yeni bazar tapıb. Halbuki evə kupça almaq üçün telekanallarda belə elanlar verilirdi ki, əhali sənədləşdirmə işini tez həll etsin. Bunun tam tərsi müşahidə edildikdə isə yenidən əvvəlki vəziyyətin qalması səbəbindən narazılıq artmağa başladı.
Elə bu səbəbdəndir ki, Prezidentin yaratdığı Dövlət Komissiyası ilə də bağlı tərəddüdlər var. Çünki əksəriyyət elə hesab edir ki, durum əvvəlkindən fərqlənməyəcək. Və komissiyada təmsil olunanlar da bundan öncəki prinsiplər əsasında hərəkət edəcəklər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
|