Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda mənzillər 10 % bahalaşıb

Azərbaycanda mənzillər 10 % bahalaşıb


Dünən, 16:18
Azərbaycanda mənzillər 10 % bahalaşıb
2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9 % artıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma ilkin mənzil bazarında 11,3 %, təkrar mənzil bazarında isə 9,8 % olub.

Bundan başqa, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rübə nisbətən 3,3 % yüksəlib. Bu artım ilkin mənzil bazarında 2,8 %, təkrar mənzil bazarında isə 3,3 % təşkil edib.

Mənzil bazarındakı qiymət artımı sektorun dinamik inkişafını və tələbatın artdığını göstərir.

Geri qayıt