İsmayıllını ona tapşıranda deyiblər ki, rayonu qur... - Deməyiblər rayonda özünə biznes qur...
Tarix: 28-12-2015, 09:59 | Çap et
Manatın növbəti devalvasiyasından sonra ölkəmizin çətin sınaq qarşısında olduğu açıq-aydın görünür. Bu gün büdcə vəsaitlərinin qənaətlə və dürüst xərclənməsi, vətəndaşların rifahına yönələn addımların atılması gərəkdiyi halda, bəzi məmurlar məsələnin ciddiliyini qəbul etmir və öz səlahiyyətlərindən gen-bol sui-istifadə etməyə davam edirlər. Xüsusilə də, son zamanlar Azərbaycanın müxtəlif rayonlardan məmurların özbaşınalığı, sosial problemləri görməzdən gələrək büdcədən ayrılan dotasiyaları “tikinti-abadlaşdırma” işləri adı ilə həzm-rabedən keçirməsi barədə müxtəlif məlumatlar alırıq. Bölgələrdə işsizlik, sosial problemlər əhalinin ciddi narazılığına səbəb olduğu halda, bu məmurlar heç nədən qorxmur və öz “səltənət”lərinə “müntəzəm” qaydada davam edirlər. Necə deyərlər, “böhran kasıblar üçündür, varlılar üçün yox”. Son zamanlar Qafqaznews.az saytına göndərilən müxtəlif şikayət məktubları və məlumatlar arasında İsmayıllı rayonu və onun rəhbəri Mirdaməd Sadıqovun da adını görəndə təəccübləndik. Yəqin ki, cəmi iki il əvvəl baş vermiş İsmayıllı hadisələri bir çox oxucumuzun yadından çıxmayıb. Ələkbərovların rayondakı rüşvətxorluq, saymazyanalıq və dərəbəyliklə müşayiət olunan “fəaliyyəti” insanların səbir kasasını daşırmış, nəticədə ölkəmizin dünya gündəmində də müzakirə olunmasına gətirib çıxaran iğtişaşlar baş vermişdi. Dövlət başçısı İlham Əliyev həmin hadisələrdən sonra, rayondakı vəziyyəti müsbət istiqamətdə dəyişmək məqsədi ilə, İsmayıllıda doğulan, rayon camaatına yaxşı tanış olan Mirdaməd Sadıqovu ora RİH başçısı təyin etmişdi. Məlumatlardan belə görünür ki, çoxumuzun təcrübəli kadr və insaflı pedaqoq kimi ümidlər bəslədiyimiz M.Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib. Xüsusilə də, Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait “yeməsi” barədə iddialar var. Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi “tender qalibi” kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən “VAFİ-Region” MMC şirkətinin “qabaqcıl” yerini indi “İsmayıllı Tikinti – 27” ASC tutub. Məsələnin maraqlı tərəfi ondadır ki, M.Sadıqovun “etibarlı” şirkəti kimi tanınan bu şirkət də “VAFİ-Region” MMC ilə eyni ünvanda qeydiyyatdadır. Lakin bundan əvvəl də mətbuatın araşdırmaları nəticəsində məlum olmuşdu ki, bu ünvanda, yəni M.Orucov-100 ünvanında Ruhiya Cavadova adlı vətəndaş yaşayır və heç bir şirkətlə əlaqəsi yoxdur. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, “İsmayıllı Tkinti-27” ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır. Belə ki, “İsmayıllı Tkinti-27” ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib. Həmçinin Sadıqovun sevimli “icraçı”ları arasında “Ağçay-48” və “ÜlviMİ” adlı MMC-lərin də adı çəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan – Aslanov küçəsi 17 göstərilib. Rayonda “siyam əkizləri” kimi yada salınan bu şirkətlər İsmayıllı şəhərində və kəndlərdə bağçaların, körpələr evlərinin tikintisi və əsaslı təmirinə cəlb olunur, müxtəlif “abadlaşdırma” layihələrinin əsas oyunçusuna çevrilirlər. Görünür ki, bu şirkətlər ya Sadıqovun yaxın çevrəsinə məxsusdur, ya da yeni icra başçısı rayona “adaptasiya” olmaq məqsədi ilə bəzi şəxslərin “biznes”inə yol açmağa qərar verib. RİH və kəndlərin icra nümayəndəliklərinin sifarişi ilə həyata keçirilən ərzaq alqı-satqısı isə ancaq və ancaq “N-L” MMC (Rəhbəri Rafiq Dadaşov) ilə görülür ki, bu da, açıq-aşkar “otkat” əməliyyatından xəbər verir. Belə ki, ənənəvi “otkat” əməliyyatlarında dövlət sifarişi kimi nəzərdə tutulan məhsullar dəyərindən baha qiymətə müəyyən bir şirkətdən alınır, sonra isə həmin pullar dövlət məmuru ilə işbazlar arasında bölüşdürülür. İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov və onun yaxın çevrəsinin rayonda nəinki tikinti, bütün sahələrdə monopoliya yaratdığı, “sahibkarlığın inkişafı”nı ancaq dar çevrədə apardığı da qeyd olunur. Belə ki, məlumat verən mənbə İsmayıllıda iş görmək, yeni obyektlər açıb işsizlik səviyyəsini azaltmaq istəyən sahibkarlara “xüsusi seçim”lə yanaşıldığını, bu işlərin ancaq müəyyən qrupun icazəsi və xeyir-duası ilə baş tutduğunu bildirib. Mənbə bildirir ki, başqa rayonlardan olan, xüsusilə də, qaçqın və məcburi köçkünlərin rayonda hər hansı biznes fəaliyyəti yaratmasına imkan verilmir, hətta RİH başçısı özü də dəfələrlə “gəlmələr” ifadəsi işlədərək, qaçqın və məcburi köçkünlərə qarşı ögey yanaşma nümayiş etdirir. M.Sadıqovun dövlət büdcəsindən tikinti və abadlaşdırma üçün milyonlarla vəsaiti təkbaşına yemədiyini, rayonda möhkəmlənmiş kriminal mahiyyətli insanlarla bölüşdüyünü deyən mənbə əlavə edib ki, İsmayıllıda əhalinin sosial inkişafı üçün ciddi işlər görülmür, sadəcə insanların başını qatmaq üçün “kosmetik təmir”ə əsaslanan müxtəlif “abadlaşdırma” layihələrində müvəqqəti iş yerləri açılır. Buna görə də, M.Sadıqov “ortaq məxrəc”i tapdığını güman edir, lakin sahibkarlığın diskriminasiyaya məruz qalması, işsizliyin isə günü-gündən artması tamam başqa şeylərdən xəbər verir. Araşdırmalarımız davam edir, M.Sadıqov və onun başqa qaranlıq işləri barədə də, növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
• Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35 |
|
|
|
• Rəqsanənin keçmiş sevgilisi qarət edildi - FOTO
Bu gün, 12:34 |
|
|
|
• Mətanət Manafova vəfat etdi
Bu gün, 12:30 |
|
|
|
• Ali məktəbə qəbulda 5 fəndən imtahan NƏYƏ LAZIMDIR? – Deputatdan TƏKLİF
Bu gün, 12:28 |
|
|
|
• Yardımlı Rayon İcra Hakimiyyəti 225 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:22 |
|
|
|
• İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə qadağa qoyulub - BU DA FAKT!
Bu gün, 12:04 |
|
|
|
• Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan riskli addım atdı – “Ağır nəticələri olacaq”
Bu gün, 11:59 |
|
|
|
• Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır - KİV
Bu gün, 11:52 |
|
|
|
• YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ... - Bir-birilərinə zidd qərarlar verirlər...
Bu gün, 11:48 |
|
|
|
• İsa Həbibbəyli bu vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:40 |
|
|
|
• Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü - BAKIDA AİLƏ FACİƏSİ
Bu gün, 11:33 |
|
|
|
• Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub - ƏMR
Bu gün, 11:31 |
|
|
|
• Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
Bu gün, 11:29 |
|
|
|
• Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... - GİLEY
Bu gün, 11:27 |
|
|
|
• İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” - “Halal narkotranzit”?
Bu gün, 11:19 |
|
|
|
• Sərhəd razılaşmasının şifrələri - Bakının planı nədir, İrəvan nə istəyir?
Bu gün, 11:14 |
|
|
|
• “Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• Oğlunu vuran ata məhkəmə qarşısında
Bu gün, 10:59 |
|
|
|
• Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ - FOTO
Bu gün, 10:55 |
|
|
|
• 3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Bu gün, 10:50 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır - Abramyan
Bu gün, 10:46 |
|
|
|
• Texniki Baxış Şöbəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 10:43 |
|
|
|
• İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38 |
|
|
|
• Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34 |
|
|
|
• O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29 |
|
|
|
• ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26 |
|
|
|
• Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23 |
|
|
|
• Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• "Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20 |
|
|
|
• Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17 |
|
|
|
• "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14 |
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59 |
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
|