Azərbaycan Dövlət Pedaqoji Kolleci narazılıq ünvanına çevrilib... - Rüşvət məsələsi...
Tarix: 24-12-2015, 11:43 | Çap et
Redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, Nurlana Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kollecin fəaliyyətinin son vaxtlar ölkə mətbuatında tez-tez ictimai müzakirələrə çıxarılmasının da yeganə səbəbi, məhz kollecin rəhbərliyi tərəfindən burada bir çox özbaşınalıqlara rəvac verilməsidir. Qeyd edək ki, hazırda kollecdə ibtidai sinif müəllimi, əmək hazırlığı və texnologiya, xarici dil, ailə və ev təhsili, təsviri incəsənət və rəsmxətt, ilkin hərbi və fiziki hazırlıq, informatika, qeyri-azərbaycan məktəblərində Azərbaycan dili müəllimi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Ölkənin ən qocaman təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Kolleci mövcud olduğu illər ərzində xalqın maariflənməsi işinə öz gözəl tövhələrini vermişdir. Kollec fəaliyyət göstərdiyi müdətdə on minlərlə müəllim yetişdirmişdir. Lakin əldə etdiyimiz məlumatlara görə, hazırda bu kollecin ötən dövrlərdə əldə etdiyi uğurları təkrarlamağa heç bir potensialı qalmayıb. Açıqlamalarda vurğulanır ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alan tələbələrin bütün imtahanlara hazırlıq prosesi ilk növbədə tələb olunan vəsaitin hazırlanması ilə müşayiət olunur. Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən abu-hava öz gərginliyi ilə diqqəti cəlb edir.
Yeri gəlmişkən, elə dünən redaksiyamıza daxil olan yeni məlumatda da kollecdə artıq növbəti qış sessiya imtahanları üçün pul yığımına start verildiyi bildirilir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd olunduğu kimi, bir çox mütəxəssislərin fikrinə görə, kollec bu gün öz əsas funksiyasını layiqincə yerinə yetirərək, ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlaya bilmir. Buna səbəb kimi isə yenə də kollecin direktoru Nurlana Əliyevanın öz işində yol verdiyi bir sıra nöqsanlar göstərilir. Həmçinin açıqlamalarda bildirilir ki, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Tələbələr bildirirlər ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Yaxşı oxuyanlar üçün məbləğ 250-300 manat, oxumayanlar üçün 350-400 manatdır. Bundan başqa da, məlumatlarda bildirilir ki, Nurlana xanımın davamiyyətin aşağı salınmasında xüsusi marağı var. Belə ki, dərslərə gələn tələbələr imtahan sessiyasını “uğurla” başa vurmaq üçün 400 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat dəyərində müəyyənləşdirilib. Xatırladaq ki, bir müddət bundan əvvəl Təhsil Nazirliyində Nurlana Əliyevanın təqaüdə çıxarılması ilə bağlı məsələyə də baxılmışdır. Ən azından, son 25 ili bu təhsil müəssisəsinə rəhbərlik edən kollec direktorunun yaşı buna tam əsas verir. Lakin bu məsələnin TN-də hətta bir deyil, iki dəfə müzakirə olunmasına baxmayaraq, hər dəfə müəyyən şəxslər müvafiq qərarın qəbul olunmasına müdaxilə edərək, bunun qarşısını almış və Nurlana Əliyevanın vəzifədə qalmasını təmin edə biliblər...
Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
• Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35 |
|
|
|
• Rəqsanənin keçmiş sevgilisi qarət edildi - FOTO
Bu gün, 12:34 |
|
|
|
• Mətanət Manafova vəfat etdi
Bu gün, 12:30 |
|
|
|
• Ali məktəbə qəbulda 5 fəndən imtahan NƏYƏ LAZIMDIR? – Deputatdan TƏKLİF
Bu gün, 12:28 |
|
|
|
• Yardımlı Rayon İcra Hakimiyyəti 225 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:22 |
|
|
|
• İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə qadağa qoyulub - BU DA FAKT!
Bu gün, 12:04 |
|
|
|
• Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan riskli addım atdı – “Ağır nəticələri olacaq”
Bu gün, 11:59 |
|
|
|
• Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır - KİV
Bu gün, 11:52 |
|
|
|
• YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ... - Bir-birilərinə zidd qərarlar verirlər...
Bu gün, 11:48 |
|
|
|
• İsa Həbibbəyli bu vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:40 |
|
|
|
• Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü - BAKIDA AİLƏ FACİƏSİ
Bu gün, 11:33 |
|
|
|
• Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub - ƏMR
Bu gün, 11:31 |
|
|
|
• Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
Bu gün, 11:29 |
|
|
|
• Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... - GİLEY
Bu gün, 11:27 |
|
|
|
• İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” - “Halal narkotranzit”?
Bu gün, 11:19 |
|
|
|
• Sərhəd razılaşmasının şifrələri - Bakının planı nədir, İrəvan nə istəyir?
Bu gün, 11:14 |
|
|
|
• “Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• Oğlunu vuran ata məhkəmə qarşısında
Bu gün, 10:59 |
|
|
|
• Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ - FOTO
Bu gün, 10:55 |
|
|
|
• 3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Bu gün, 10:50 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır - Abramyan
Bu gün, 10:46 |
|
|
|
• Texniki Baxış Şöbəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 10:43 |
|
|
|
• İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38 |
|
|
|
• Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34 |
|
|
|
• O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29 |
|
|
|
• ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26 |
|
|
|
• Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23 |
|
|
|
• Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• "Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20 |
|
|
|
• Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17 |
|
|
|
• "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14 |
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
|