“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır .....                     Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... .....                     Yeni qayda test üsulunu ləğv edəcək? .....                     Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər .....                     Ermənistan eyforiyadadır .....                     İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi .....                     Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək .....                     “Rəsul öz müəlliminə aşiq olur!” .....                     Yeni dələduzluq üsulu yayılıb .....                     “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... .....                     Bəxtiyar Mikayılova .....                     Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI .....                     Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... .....                     Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi .....                     Havanın arabir yağıntılı olacağı gözlənilir .....                     Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu .....                     Rəqsanənin keçmiş sevgilisi qarət edildi .....                     Mətanət Manafova vəfat etdi .....                     Ali məktəbə qəbulda 5 fəndən imtahan NƏYƏ LAZIMDIR? .....                     Yardımlı Rayon İcra Hakimiyyəti 225 min manatı nəyə xərcləyəcək? .....                     İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə qadağa qoyulub .....                     Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır .....                     Ermənistan riskli addım atdı .....                     Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır .....                     YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ... .....                     İsa Həbibbəyli bu vəzifəsindən azad edildi .....                     Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü .....                     Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub .....                     Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib .....                     Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... .....                     İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” .....                     Sərhəd razılaşmasının şifrələri .....                     “Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... .....                     Oğlunu vuran ata məhkəmə qarşısında .....                     Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ .....                     3 aya 12 min KXDR əsgəri məhv olacaq .....                     Bu kəndlər Azərbaycana qaytarılır .....                     Texniki Baxış Şöbəsinə rəis təyin edildi .....                     İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır .....                     Niyam Salami dələduzluqda ittiham olunur .....                 

Bizi kim səfərbər edir? - Azərbaycan 400 minlik ordu çıxara bilər, amma…
Tarix: 30-11-2015, 10:12 | Çap et
Bizi kim səfərbər edir?
DİA.AZ: - Bu gün Azərbaycanı çox təhlükəli oyunlara çəkmək istəyirlər. Bu bir faktdır. Regionumuz qaynayır. Azərbaycanla həmsərhəd olan və açıq müharibə şəraitində olmayan elə bir dövlətin mövcud olmaması da durumumuzun gərginliyindən, Azərbaycana düşmən kənar güclərin hər an ölkəmizdə təxribat yaratamağa həvəsli görünməyindən xəbər verir.

Dünya ilə anlaşa bilməyən İranın, Rusiya ilə sözü çəp gələn Türkiyənin, Ukraynada, Moldovada, Gürcüstanda, Ermənistanda, Suriyada və daha bir neçə ünvanda açıq savaşda olan Rusiyanın, torpaqlarının tən yarısı işğal altında olan Gürcüstanın hazırki durumları və Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş Ermənistanın enində-sonunda Qarabağın hesabını vermək zorunda qalması faktları belə deməyə asas yaradır ki, bütün çevrəsi qana çalxalanan Azərbaycan nəinki silahını əlindən yerə qoymamalıdır, hər an böyük miqyaslı savaşlara hazır olmalıdır.

Əslində bu gün Azərbaycanı idarə edən qüvvələr də qeyd olunan məqamın tam fərqindədirlər. Son çıxışlarında prezident İlham Əliyevin vəziyyətin günü-gündən pisləşməsindən, siyasi münasibətlərin hərbi münaqişələrə çevrilməsindən ifadə etdiyi narahatçılıqlar da belə deməyə əsas yaradır.

Azərbaycan gərginliklərə hazır olmaq zorundadır. Və bu zorunluğun səbəbi bu gün Azərbaycan hakimiyyətinin də daha çevik və mobil bir komandaya çevrilməsini zəruriləşdiririr. Məhz bu zərurətin nəticəsi idi ki, Azərbaycanda ordunun başına Zakir Həsənov kimi bir fiqur gətirildi.

Nazir təyin olunandan sonra Azərbaycanın ilk olaraq müdafiə sisteminin yararlılığını gözdən keçirən və ardından da Müdafiə Nazirliyinin ənənəvi ürkək xarakterini dəyişərək MÜDAFİƏ YOX, HÜCUM NAZİRLİYİ mahiyyətinə söykənən quruculuq işlərinə baş vuran Zakir Həsənov qısa müddət ərzində dövlətin ordumuza xərclədiyi milyardların gözlənilən nəticəliliyini təmin etmiş oldu.

Halbuki buna qədər Azərbaycanda elə bir təəssürat yaranırdı ki, xərclənən milyardlar heç bir dəyişikliyə səbəb olmayıb. Zakir Həsənov isə milyardların hesabını verərək bu gün Azərbaycan ordusunu təkcə müdafiə qabiliyyətli yx, həm də real nəticəyə vara biləcək hücum keyfiyyətli bir möhtəşəm orduya çevirib.

Bütün bunlar məhz Zakir Həsənovun şəxsi xüsusiyyətlərinin də təzahürü kimi qəbul olunmalıdır. Prezidentin, Ali Baş Komandanın əm rvə tapşırıqları buna qədər də icra olunurdu. Amma hansı keyfiyyətdə… Məhz fərdi keyfiyyətlər də verilən göstərişlərin icrasının səviyyəsində özünü qabarıq formada göstərir.

Təbii ki, belə bir şəraitdə, yəni bütün çevrəsi qaynayan, qana susayan bir geosiyasi ünvanda yerləşən Azərbaycanın Zakir Həsənov kimi hərb naziri ilə yürüməsi uğurlu seçimdir. Amma əskiklərimiz də yox deyil, bunlar xüsusi olaraq vurğulanmalıdır…

Bu gün ordu quruculuğunun ibtidaisi, əlifbası hesab olunan səfərbərlik sistemi demək olar ki, yarıtmaz bir durumdadır. Əslində 2012-ci ildə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətinin ilk günlərindəncə naşı əllərdə olduğunu nümayiş etdirdi. Dövlət Miqrasiya Xidmətinin rəhbərliyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə transfer olunan Arzu Rəhimov bu gün hansı məsuliyyəti daşıdığının bəlkə də tam olaraq fərqində deyil.

Bu bir faktdır ki, qurum yeni yaradılanda ölkənin hərbi çağırış sistemində rəsmən bir xaos yaşanıldı. Belə ki, vaxtında çağırışçıları hərbi hissələrə cəlb edə bilməyən Arzu Rəhimov hərbi xidmət müddəti bitmiş hərbi qulluqçuların bir neçə müddət sonra buraxılmasına səbəb olmasını «yuxarılara» hansı formada izah etdi…. bundan xəbərsizik. Amma xəbərimiz var ki, məhz bu naşılığı səbəbindən Arzu Rəhimov ilk xəbərdarlıq siqnalını almış oldu.

Sonradan özünün miqrasiya xidmətindəki keyfiyyətlərini yeni iş yerində ttbiq etməyə başlayan Arzu Rəhimov mühüm strateji bir görəvi daşıdığının yenə də fərqinə vara bilmədi. Nəticədə qosqoca general-leytenantın sürücüsünün, yaxınlarının adları milyonluq rüşvət skandalında hallandı.

Ona bunu da bağışladılar. Halbuki bağışlanmamalı idi. Çünki ordu quruculuğunun əlifbası siyasətində istənilən bir axsaqlığımız özünü mütləq döyüş meydanında hiss etdirəcək və zaman-zaman Arzu Rəhimova edilən güzəştlər daha ciddi problemlərə nədən ola bilərdi ki, oldu da.

Bu da bir faktdır ki, Zakir Həsənov müdafiə sisteminin çevikliyini yoxlama məqsədilə ehtiyatda olan hərbçilərin çağırışının təşkili zamanı da məhz tam istədiklərini həyata keçirə bilməmişdi. Buna səbəb isə Arzu Rəhimovun üzərinə düşən işin öhdəsindən layiqiencə gələ bilməməsi idi.

Bəli, Arzu Rəhimov Zakir Həsənovun gördüyü mükəmməl işə elə bir ciddi zərbə vurdu ki, Azərbaycan ordusunun istənilən ekstremal şəraitdə hansı qabiliyyəti ortaya qoya bilməsi haqda tam təsəvvürlərə hələ də malik ola bilməmişik.

Nə etməli? Təbii ki, bu gün bütün çevrəsi qan içində olan və özünün də bir Qarabağ haqq-hesabı olan Azərbaycan üçün Zakir Həsənov kimi bir çevik nazir necə uğurlu tapıntıdırsa, Arzu Rəhimov kimi yarıtmaz xidmət rəisi o qədər uğursuz kadrdır və Azərbaycanın öz hədəflərinə doğru yürüməsində rəsmən əyləc rolunu oynamaqdadır.

Bizə əyləc yox, bu gün Zakir Həsənovu tamamlayacaq, Ali Baş Komandanın əm rvə göstərişlərinin icrasında onun fəaliyyətinə sürət keyfiyyəti qatacaq bir səfərbərlik sistemi lazımdır.

Bu gün ola bilsin ki, hazırki hərbi heyətlə atşəksə durumunu yola verə bilirik. Sabah meydana 300-400 min əsgərin çıxarılması zərurəti yarana bilər. Bu zərurətin təmin edilməsində isə Arzu Rəhimov kimi biriləri qaldıqca, hədəflərimizə doğru yürüməiyimzin özü arzu olaraq qalacaq…

DİA.AZ Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48
Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41
Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39
Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38
Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35
Rəqsanənin keçmiş sevgilisi qarət edildi - FOTO
Bu gün, 12:34
Mətanət Manafova vəfat etdi
Bu gün, 12:30
Ali məktəbə qəbulda 5 fəndən imtahan NƏYƏ LAZIMDIR? – Deputatdan TƏKLİF
Bu gün, 12:28
Yardımlı Rayon İcra Hakimiyyəti 225 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:22
İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə qadağa qoyulub - BU DA FAKT!
Bu gün, 12:04
Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır
Bu gün, 12:00
Ermənistan riskli addım atdı – “Ağır nəticələri olacaq”
Bu gün, 11:59
Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır - KİV
Bu gün, 11:52
YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ... - Bir-birilərinə zidd qərarlar verirlər...
Bu gün, 11:48
İsa Həbibbəyli bu vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:40
Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü - BAKIDA AİLƏ FACİƏSİ
Bu gün, 11:33
Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub - ƏMR
Bu gün, 11:31
Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
Bu gün, 11:29
Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... - GİLEY
Bu gün, 11:27
İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” - “Halal narkotranzit”?
Bu gün, 11:19
Sərhəd razılaşmasının şifrələri - Bakının planı nədir, İrəvan nə istəyir?
Bu gün, 11:14
“Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... - TƏFƏRRÜAT
Bu gün, 11:10
Oğlunu vuran ata məhkəmə qarşısında
Bu gün, 10:59
Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ - FOTO
Bu gün, 10:55
3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Bu gün, 10:50
Bu kəndlər Azərbaycana qaytarılır - Abramyan
Bu gün, 10:46
Texniki Baxış Şöbəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 10:43
İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38
Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34
O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29
ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23
Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22
"Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20
Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17
"Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14
ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06
Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru