Neçənci mərtəbədən mənzil alsaq, zəlzələ zamanı daha təhlükəsiz olar? .....                     Qadağan edilən yemək xaş deyil, kəllə-paçadır .....                     "Yeni raket sınağı rəqiblərimizi çəkindirmək məqsədi daşıyır" .....                     Fransanın casus şəbəkəsi nələrə cəhd edib? .....                     Sosial şəbəkədə tanış olduğu kişini evə gətirir, əri və başqa bir kişi isə... .....                     Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib .....                     Azərbaycan 16 min manata 6 baş eşşək aldı .....                     "Zevs" ləqəbli yutuberdən şikayət var: "İnsanları yeni üsulla aldadır" .....                     "O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." .....                     “Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı .....                     “Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” .....                     Zülfiyyə Xanbabayevadan ilin ilk layihəsi! .....                     Mərkəz Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə .....                     Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib .....                     Ermənistan sülh əleyhinə silahlanır .....                     ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... .....                     Azərbaycan İdman Akademiyası deputata məxsus olduğu bildirilən şirkətdən avadanlıq alır .....                     Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb .....                     SOCAR-da ALAÇİY KADR İSLAHATLARI... .....                     Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib .....                     Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir .....                     Ermənistanda məhbus dilini kəsib .....                     Mollalardan daha bir təxribat: .....                     Bakı və İrəvan razılığa gələ bilər, amma... .....                     “Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...” .....                     Sabiq nazir müavininə ağır itki .....                     Laçın istiqamətindəki erməni təxribatının ŞOK SƏBƏBİ: .....                     Müzəffər Pirizadənin TROL DƏSTƏSİ... .....                     Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib .....                     Ülvin Əliyev və Fuad İsayev yüksək vəzifəyə TƏYİN OLUNDULAR .....                     Paşinyan xalqını hələ də inandıra bilmir .....                     Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək .....                     `Azercell`də işlənmiş nömrəni təzə adı ilə sırıyırlar... .....                     “Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən .....                     Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ... .....                     İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur... .....                     Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır .....                     Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR .....                     Su müharibələri genişlənir: ilk qalib Bakıdır! .....                     Döşək üstündə bayraq qaldıranların "lotu"luğu... .....                 

Tibbimizin yırtığı: Onurğa sütununda korrupsiya əməliyyatları - ARAŞDIRMA
Tarix: 9-09-2024, 10:54 | Çap et
Tibbimizin yırtığı: Onurğa sütununda korrupsiya əməliyyatları
Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) sistemi tətbiq olunana qədər insanlar aylarla, illərlə hansısa xəstəliklə yaşayırdılar. Xüsusən də cərrahi müdaxilənin vacib olduğu xəstəliklərdən əziyyət çəkənlər. Çünki xəstəxanalarda, əsasən də özəl klinikalarda tibbi müayinə və əməliyyat xərcləri yüksək idi. Çoxlarının bu xərcləri qarşılamaq imkanı olmurdu.
Ancaq İTS-nin tətbiqindən, sığorta zərfinin genişlənməsindən sonra vəziyyət xeyli dəyişib və səhiyyə xidmətinin əlçatanlığı getdikcə daha da artır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu ilin mayında açıqladığı "2023-cü il üzrə fəaliyyətə dair hesabat" da dediklərimizi təsdiq edir. Belə ki, ötən il dövlət tibb müəssisələrinə 5 milyon şəxs 22 milyondan çox müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 50%-i icbari tibbi sığortadan yararlanıb. İTS-nin tətbiq olunduğu tibb müəssisələri üzrə 2023-cü il ərzində 33%-i (1 664 080 ) uşaq olmaqla (0-17 yaş) 5 011 538 vətəndaş tibbi xidmətlərdən faydalanıb. 2022-ci il ilə müqayisədə bu göstərici 10% artıb.
İTS-nin tətbiqi ilə icra olunan cərrahiyyə əməliyyatlarının sayında da artım müşahidə olunur. 2022-ci illə müqayisədə 2023-cü ildə cərrahi əməliyyatların sayı da 10% artıb.

İTS-nin bir çox insanlara sağlamlıqlarını yaxşılaşdırmaq imkanı yaratdığına dair başqa arqument və rəqəmlər də gətirmək olar. Amma buna ehtiyac yoxdur. Çünki yeni sistemin tətbiqinin müsbət nəticələrini heç kim inkar etmir. Ancaq təəssüf ki, İTS ilə bilavasitə cərrahiyyə əməliyyatlarının icrası zamanı bir çox qanunsuz, hətta deyərdik ki, dələduzluq əməllərinə yol verilir ki, bu da yalnız həkimlərin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin, icbari sığortaya cavabdeh qurumların gördüyü işə kölgə salır.
Bəs, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Onların belə neqativ hallara münasibəti necədir?
Bu barədə bir qədər sonra...
DƏLƏDUZLUĞUN İMPLANT SƏVİYYƏSİ
Hələliksə həmin neqativ halların yalnız biri barədə danışmaq istəyirik.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda cərrahiyə əməliyyatlarının sayı ildən-ilə artır. Son vaxtlar cərrahların ən çox həyata keçirdiyi əməliyyatlardan biri də fəqərələrarası disk yırtığının aradan qaldırılması ilə bağlıdır.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, İTS sistemində əsas qanunsuzluqlardan biri bu əməliyyatın icrası zamanı həyata keçirilir.
Belə ki, cərrahlar icbari tibbi sığorta ilə əməliyyata gələn pasiyentlərə fiksasiya əməliyyatı edirlər. Yəni əməliyyatdan əlavə pasiyentlərin fəqərələri arasına implant yerləşdirirlər.
Məsələ burasındadır ki, bu implantlardan xüsusi göstərişlə, yalnız zəruri hallarda istifadə olunmalıdır.

Mütəxəssislərin bildirdiyinə görə, pasiyentin fəqərəsinə implant yalnız instabil hallar müşahidə oldunduqda, yaxud belə bir halın yaranacağına dair ciddi əlamətlər olduqda icazə verilir.
Dəhşətlisi odur ki, hazırda Azərbaycandakı dövlət xəstəxanalarının əksəriyyətində ağına-bozuna baxmadan, kimə gəldi fiksasiya əməliyyatı edirlər.
Təbii olaraq, sual yaranır: Həkimlər niyə bu addımı atırlar? Ehtiyac olmadığı halda niyə fəqərələrarası disk yırtığı əməliyyatı ilə kifayətlənmir, əlavə olaraq, fiksasiya əməliyyatı icra edib pasiyentin fəqərələri arasına implant qoyurlar?
Əldə etdiyimiz məlumata görə, bunun sığortalı xəstələrə şamil olunması təsadüfi deyil. Belə ki, sığorta ödənişi ilə əməliyyat zamanı həkim anlayır ki, pasiyentdən əlavə pul ala bilməyəcək. Ona görə də o, belə bir dələduzluğa əl atır. Xəstəyə bildirir ki, sizə implant qoymalıyıq, implantın pulunu isə sığorta ödəmir, onu özünüz verərsiniz. Hər xəstədən 1000 manat alan həkim onun 500-nü implant üçün ödəyir, 500-nü isə cibinə qoyur. Bununla da ayda 10-20 əməliyyat edən həkim maaşdan əlavə 5-10 min manat qazanc əldə edir.
Beləliklə, əlavə qazanc naminə fəqərələrarası disk yırtığı əməliyyat üçün müraciət edən pasiyentləri ucdantutma fiksasiya əməliyyatı edirlər.

HƏKİMLƏRİ DƏLƏDUZLUĞA MƏCBUR EDƏN AMİL
Qeyd edək ki, rəsmi statistika da son vaxtlar icbari tibbi sığorta hesabına fəqərələrarası disk yırtığı əməliyyatlarının sayının artdığını göstərir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya bildirilib ki, təkcə 2024-cü ilin ilk 6 ayı ərzində 2014 sayda fəqərələrarası disk yırtığı əməliyyatı icra olunub:
"Bunlardan 792-si TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, 1222-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində həkim göstərişi əsasında aparılıb".
Göründüyü kimi, ildə təqribən 4 mindən artıq fəqərələrarası disk yırtığı əməliyyatı İTS ödənişləri ilə ya dövlət xəstəxanalarında, ya da Agentliklə müqaviləsi olan klinikalarda həyata keçirilir.

Maraqlıdır, bəs İTS-nin dövlət xəsətxanalarında işləyən cərrahlar niyə bu dələduzluğa əl atırlar?
Araşdırmalarımız zamanı bu sualın cavabı da aydın oldu. Proses barədə bilgili olan həkimlərdən aldığımız məlumata görə, sözügedən əməliyyatların xeyli hissəsi məhz dövlət xəstəxanaları və ya İTS ilə müqaviləsi olan klinikalara yönləndirilir:
"Həkimlərə deyirlər ki, gedib özəl klinikalarda işləməyin, gəlin dövlətdə işləyin, sizə əməliyyat verəcəyik. İşə cəlb olunanlara fiks maaş verirlər. Məsələn, hazırda uzman həkimlərə 5-8 min manat arası maaş verilir. Adi həkimlərə isə 1100-1400 manat. O da baxır hansı sahənin həkimidir. Çoxtapılan həkimdirsə, ona 1100 manatdan artıq maaş vermirlər. Xəstədən də xüsusi hallar xaric pul almağa qoymurlar. Həkim də baxır ki, 1 əməliyyatdan ona 17-25 manat bonus yazılır. Ona görə də heç kim 17-25 manata görə xəstə ilə üz-üzə qalmaq istəmir. Çünki bu riskə dəymir. Deyək ki, 1100 manat maaş alan cərrah ayda lap 100 əməliyyat edir. 20 manatdan götürsək, maaşdan əlavə 2000 manat bonus alır. Ümumilikdə aylıq qazancı 3000-3500 manat olur. O da düşünür ki, 12 il əziyyət çəkib 3-4 minə görə oxumamışam ki... Ona görə də belə həkimlər xəstə yaxınlarını aldadıb guya, xəstənin fiksasiya əməliyyatına ehtiyacı olduğunu bildirilər".
İndi isə qayıdaq yuxarıda qoyduğumuz suallara: TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Pasiyentin müvafiq tibbi göstəriş arasında əməliyyat olunmasına kim nəzarət etməlidir?
Məsələ ilə bağlı hər iki dövlət qurumuna sorğu ünvanladıq, davamı olacaq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neçənci mərtəbədən mənzil alsaq, zəlzələ zamanı daha təhlükəsiz olar? - "Düşünürlər ki, birinci mərtəbədə yaşayıram, düşüb qaçaram"
Bu gün, 12:04
Qadağan edilən yemək xaş deyil, kəllə-paçadır - İLGİNC
Bu gün, 12:00
"Yeni raket sınağı rəqiblərimizi çəkindirmək məqsədi daşıyır" - Kim Çen İn
Bu gün, 11:58
Fransanın casus şəbəkəsi nələrə cəhd edib? - Məhkəmə prosesində yeni məqamlar
Bu gün, 11:57
Sosial şəbəkədə tanış olduğu kişini evə gətirir, əri və başqa bir kişi isə... - MƏHKƏMƏ
Bu gün, 11:43
Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 11:42
Azərbaycan 16 min manata 6 baş eşşək aldı - Hər bir eşşək 2.663 manata başa gəlib
Bu gün, 11:40
"Zevs" ləqəbli yutuberdən şikayət var: "İnsanları yeni üsulla aldadır" - TƏFƏRRÜAT
Bu gün, 11:34
"O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." - Sosial yardımı isə...
Bu gün, 11:20
“Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı - MƏHKƏMƏ BAŞLADI
Bu gün, 11:17
“Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” - ŞƏHİD ATASI GİLEYLƏNİR
Bu gün, 11:15
Zülfiyyə Xanbabayevadan ilin ilk layihəsi! - VİDEO
Bu gün, 11:06
Mərkəz Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib
Bu gün, 11:04
Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 11:03
Ermənistan sülh əleyhinə silahlanır - Prezidentdən 2025 XƏBƏRDARLIĞI!
Bu gün, 11:02
ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:55
Azərbaycan İdman Akademiyası deputata məxsus olduğu bildirilən şirkətdən avadanlıq alır - 250 min xərcləyəcək
Bu gün, 10:49
Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb
Bu gün, 10:48
SOCAR-da ALAÇİY KADR İSLAHATLARI... - Araşdırma aparıldığı deyilsə də...
Bu gün, 10:45
Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:38
Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir - İLGİNC FAKTLAR...
Bu gün, 10:35
Ermənistanda məhbus dilini kəsib
Bu gün, 10:32
Mollalardan daha bir təxribat: - Bu dəfə də Bakı və Ankara “hədəf” alınıb
Bu gün, 10:30
Bakı və İrəvan razılığa gələ bilər, amma... – “Qaranlıq” sülh perspektivi
Bu gün, 10:27
“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Bu gün, 10:23
Sabiq nazir müavininə ağır itki
Bu gün, 10:16
Laçın istiqamətindəki erməni təxribatının ŞOK SƏBƏBİ: - 5-ci kolon...
Bu gün, 10:14
Müzəffər Pirizadənin TROL DƏSTƏSİ... ONA KÖMƏK OLA BİLƏCƏKMİ?
Bu gün, 10:09
Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 09:51
Ülvin Əliyev və Fuad İsayev yüksək vəzifəyə TƏYİN OLUNDULAR - ƏMR
Bu gün, 09:49
Paşinyan xalqını hələ də inandıra bilmir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:38
Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək – Avetisyan
Bu gün, 09:34
`Azercell`də işlənmiş nömrəni təzə adı ilə sırıyırlar... - ETİRAZ
Bu gün, 09:31
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:23
Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ... - ƏMƏKHAQQI DAVASI...
Bu gün, 09:20
İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur... - Ekspert danışır...
Bu gün, 09:10
Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır - Başqa yolu yoxdur...
Bu gün, 09:06
Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR - MÜRACİƏT
Bu gün, 08:58
Su müharibələri genişlənir: ilk qalib Bakıdır! – Növbəti döyüş burada başladı
Bu gün, 08:53
Döşək üstündə bayraq qaldıranların "lotu"luğu... - AXI NİYƏ?..
Bu gün, 08:51
Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası
Bu gün, 08:50
Qəzadan sonrakı iki dezinformasiya… - elə bir həssas dönəmdəyik ki...
Bu gün, 08:47
AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU - “G1”
Bu gün, 08:45
Daha bir qazi adam bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:42
Hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var - NƏ ETMƏLİ?
Bu gün, 08:37
İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb - Məktəblini döydüyü üçün vəzifədən çıxarılmışdı
Bu gün, 07:38
"Azərbaycan Dəmir Yolları"nda qanunsuzluq, yoxsa... - Departament rəhbəri məhkəməyə üz tutub
Bu gün, 07:35
“Ermənistan kartı”, Makronun “cığallığı” və “qaz savaşı” - İNCƏLƏMƏ
Bu gün, 07:17
Trampın hakimiyyəti müharibələr və xaos gətirəcək? - Yeni dünya xəritəsi cızılır
Bu gün, 07:14
Petrosyan etirafı ilə Sarkisyan və Köçəryanın qəbrini qazmış oldu - FAKT BUDUR!
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru