Xaçmazdan yoldaş Təhməzova MƏKTUB VAR... - NARAZILIQ!
Tarix: 29-08-2023, 09:51 | Çap et
Redaksiyamıza Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvanlanmış növbəti müraciəti daxil olub. Sayqılı oxucularımıza da məlum olduğu kimi Validə xanım bu istiqamətdəki müraciətlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisəyə rəhbərliyin susmasından, heç bir araşdırma aparılıb, müvafiq ölçü götürülməməsindən bəhs edir. Artıqm mövzu ilə bağlı bu beşinci müraciətdir ki, ictimailəşdiririk. Sonuncu yazı “Qoşqar Təhməzlinin eşitmək istəmədiyi ANA HAYQIRTISI!: Bu hadisələr məhz Sizin Agentlikdə baş verir…-TƏFƏRRÜAT” adlanırdı. Bu arada biz də “Yenixeber.org” olaraq maraqlı reaksiyalarla qarşılaşdıq… Validə xanımın müraciətlərində yer alan iddialarla bağlı adları hallanan tərəfləri, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini öyrənmək istədik. (Zatən ilk müraciətdən buna çalışırdıq. Red.) Bu ayın 10-da qurumun mətbuat xidmətinin təklif etdiyi elektron poçtlara hörmətli Qoşqar Təhməzlinin adına sorğu ünvanladıq. O gün bu gün, bu dövlət qurumundan heç bir cavab gəlmir(?)
Mətbuat xidmətinin rəhbəri bizimlə telefon söhbətində sorğumuzun İnformasiya təminatı və innovativ hallar şöbəsinin müdiri Mansur Piriyev tərəfindən cavablandırılmalı olduğunu bildirdi və onunla əlaqə saxlamağımızı təklif etdi. Hörmətli Mansur müəllimdən də bir söz eşidə bilmədik. Mobil telefonuna dəfələrlə zəng etsək də…
Əslində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin də, ayrı-ayrı məsul şəxslərinin də vətəndaş etirazına, media sorğusuna susması, sayqısızlığı təəccübülü deyil. Bu başqa bir yazımızın mövzusu olsun, hələlik isə Validə xanımın növbəti müraciətini oxuyun:
Ay AQTA-nın rəhbəri cənab Qoşqar Təhməzli, artıq 8 aydır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi – yəni Siz Agentliyin Quba-Xaçmaz Regional Bölməsində, keçmiş iş yerində iş otağında işçilərin gözü qarşısında sektor müdiri tərəfindən oğlumun təhqir edilməsini və sonunda yumruqla vurulmasını “araşdırıb” nəticəyə gəlib, qərar qəbul edə bilmirsiniz!!! Məhkəmə qətnaməsi ilə təsdiq olunmuş bu fakta Agentlik nədənsə(?) heç cür inana bilmir ki, bilmir! Agentliyin rəhbərliyi 8 aydır ki, bu neqativ hadisəni araşdırıb, qurtara bilmir. Mən aylardır ki, hətta bu eybəcər hadisənin baş verməsini belə Agentliyə “sübut edə bilmirəm”. Agentliyin rəhbərliyi gözlərini yumub, qulaqlarını qapayıb, mən də aylardır sübut etməyə çalışıram ki, “qatıq ağdır”. Günümüzə, güzəranımıza baxın! Bu cür soyuqqanlı, etinasız, vətəndaşlara biganə kadrlar biz sadə vətəndaşların taleyi və əsəbləri ilə oynayırlar!!! Maraqlıdır, Agentliyin rəhbərliyi vətəndaşların müraciətlərinin hamısınamı belə etalon, standart və namüəyyən cümlə birləşmələri ilə cavablandırırlar?! Agentliyin bütün işçilərimi bu formada kodlaşdırılıb? Nə olardı ki, işçilərinizi proqramlaşdırarkən bir azacıq da duyarlılıq, ədalətlilik qatqısı da əlavə edərdiniz! Maraqlıdır, siz işçilərinizi rəhbər vəzifələrə təyin edərkən, onlar necə aşınmalara məruz qalırlar ki, bu yerləri mənimsəyən şəxslər vəzifəyə keçən kimi tabeliyindəki işçilərə qənim kəsilirlər, onları təhqir etməkdən zövq alırlar?! Cənab Qoşqar Təhməzli, siz rəhbər vəzifəyə təyin etdiyiniz kadrlarınıza əlavə olaraq döymək, söymək sertifikatımı verirsiniz? Həmin “sertifikata” əsaslanaraqmı bu kadrlarınız tabeliyindəki işçilərə qəddarlıq edirlər? Bəlkə bizim – sadə vətəndaşların xəbəri yoxdur. Bəlkə doğrudan da kadrlarınıza belə sertifikat verirsiniz? Əksinədirsə, bəs niyə onlar – rəhbər kadrlarınız – Quba – Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev, sektor müdiri, inzibati şöbənin müdiri Elçin Rüstəmov-lar tabeliklərində olan işçilərin alçaldılmasına, təhqir olunmasına adi hal kimi münasibət göstərirlər? Rəhbər işçinin tabeliyindəki işçini təhqir edib, döyməsinə münbit şərait yaradır, döyən sektor müdirini müdafiə edib, döyülənə isə əlavə olaraq mənəvi əzab verməkdən zövq alırlar? Siz niyə hansısa məsələn “Eqometr” şkalası ilə təyin etdiyiniz rəhbər kadrların mənəmlik eqolarını ölçmürsünüz?! Bu kadrların eqolarını ölçən hansısa “Eqometr” cihaz ixtira olmuş olsa, yəqin ki, həmin cihazın şkalası yüklənmədən partlamaq həddinə gəlib çata bilərdi. Bu rəhbər kadrlarda belə fikir formalaşıb: “tabeliyindəki işçiləri təhqir etmək, hətta döymək olar. İşçinin həddi nədir müdirinə cavab qaytarsın, hüquqlarını, şərəfini müdafiə etsin”! Bu vəzifəli kadrların gözlərini xüsusi linza ilə elə qapayıblar ki, özlərindən olmayan, vəzifəcə aşağıda işləyən işçilərə 2-ci dərəcəli mənsublar kimi baxırlar. Görəsən hansı sehr, qüvvə bu haqsız sahiblərin gözlərindən bu əyri linzaları qoparacaq?! Bəlkə onda “dəmir qapı bilər ki, taxta qapı nə çəkir”!!! P.S.: Cənab Qoşqar Təhməzli, zəhmət olmasa, oğlumun sizin rəhbərlik etdiyiniz AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində 28.12.2022-ci il tarixində iş vaxtı, iş yerində döyülməsinə cavabdeh şəxslərin cəzalandırılması tələbi ilə əlaqədar göndərdiyim müraciət – şikayətlərə cavab verərkən 8 aydan bəri yazdığınız “araşdırırıq” kəlməsindən istifadə etməyin. Mümkünsə, bundan belə cavab verərkən işçilərinizi əlavə söz ehtiyatı ilə zənginləşdirib, proqramlaşdırın. Belə də cavablarınız Sizin baxış açınızdan daha rəngarəng olar. //Yenixeber.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
|