"Hədə-qorxu ilə işdən azad olundum" - İTTİHAM VAR!
Tarix: 16-08-2023, 12:30 | Çap et
 FHN-nin mayor rütbəli əməkdaşı Qobustan rayonunda yerləşən "Diri baba" türbəsinə öz "kadrlarını" hansısa yollarla təyin etdirib, türbədə Abidə mühafizəçisi vəzifəsində işləyən köhnə işçiyə isə əsassız böhtanlarla və təzyiqlərlə istefa ərizəsi yazdırılıb. Turizm Agentliyinin nəzdində olan "Diri Baba" türbəsinin işçilərini qohumluq, tanışlıq münasibətlərinə görə bu sahəyə tamamilə yad olan biri - FHN əməkdaşı "hansısa yollarla" işə düzəldib. İndi isə Qobustan rayonundakı "Diri Baba" türbəsində Turizm Agentliyinin yox, mayor rütbəli Cavid Məmmədovun "kadrları"nın sözü keçir. Onlar istənilən şəxsi çox rahatlıqla işindən qovur, istədiklərini isə işə götürə bilirlər. DİA.AZ-ın məlumatına görə, problemlə əlaqədar Bizimyol.info-ya müraciət ünvanlayan vətəndaş bildirib ki, məsələ ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət edib və hüququnun bərpası üçün ən yuxarı instansiyalara qədər müraciət edəcək. Zərərçəkmişin müraciət mətnini oxucularla bölüşürük:
"Mən, Babaşov Nasib Namik oğlu, 14.06.2021-ci ildən 07.06.2022-ci ilədək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Qobustan rayonu üzrə Abidə Mühafizəçisi vəzifəsini icra edirdim. İşlədiyim müddətdə ölkə əhmiyyətli "Diri Baba" türbəsi də tabeliyimdə olub . 23.09 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən "Diri Baba" türbəsində təmir işləri başladıldı. Həmin bərpa işlərində mən yaxından iştirak və köməklik göstərmişəm.
Bu əməksevərliyimi dəyərləndirərək Dövlət Turizm Agentliyinin rəhbərliyi tərəfindən mənə onlarla birlikdə işləmək təklif olundu. Mən də iş təklifini qəbul etdim. 09.06.2022-ci ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Abidələrin mühafizəsi və İdarə edilməsi sektorunun Abidə mühafizəçisi təyin edildim. İşlədiyim müddətdə daim öz işimə məsuliyyətlə yanaşmışam, işimin öhdəsindən layiqincə gəlmişəm. Həmin "Diri baba" türbəsində sektor müdiri vəzifəsini Qobustan şəhər Fövqalədə Hallar Nazirliyinin əməkdaşı, mayor rütbəli Cavid Məmmədovun tanışı tərəfindən işə götürülən Yusif Məmmədov, bələdçi vəzifəsini isə Cavid Məmmədovun bacısı Şəhla Məmmədova icra edir. Yusif Məmmədov tərəfindən işə götürülən və eyni zamanda yaxın dostu olan Mirzəliyev Mirzənin qanunsuzluq hallarına yol verdiyinin şahidi oldum və bunu Yusif Məmmədova bildirdim. Bu hal Mirzəliyev Mirzənin işdən çıxarılmasına səbəb oldu. Yusif Məmmədov həmin uzaqlaşdırılan şəxsin qisasını məndən almaq üçün digər özünə qohum olan işçilərə məndən heç bir doğruluq əks etdirməyən şikayət ərizəsi yazdıraraq rəhbərliyə təqdim edib.
23.05.2023 tarixində Qoruqları İdarəetmə Mərkəzinin rəhbəri Murad Ağabəyli tərəfindən Turizm Agentliyinin baş idarəsinə çağırıldım. Qoruqları İdarəetmə Mərkəzinin rəhbəri Murad Ağabəyli işdən imtina ərizəmi yazmağımı, əks halda əmək kitabçasını qaralayacağını bildirdi. Nəticədə 23.05.2023 tarixində hədə-qorxu ilə yazdığım ərizəmlə işdən azad olundum. Hazırda işsizəm və ailəmi, 2 övladımı dolandırmaqda çətinlik çəkirəm".
Qeyd edək ki, Nasib Babaşovun redaksiyamıza verdiyi məlumata görə, Əmək Müfəttişliyindən ona rəsmi məktubla bildirilib ki, Turizm Agentliyi 192.4-cü maddə ilə inzibati qaydada cərimələnib. Maraqlıdır ki, işçi öz müraciətində böhtanla işindən uzaqlaşdırıldığını qeyd etsə də, Əmək Müfəttişliyi Dövlət Turizm Agentliyini maaşla əlaqədar cərimələyib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58 |
|
|
|
|