Sumqayıt Texnologiyalar Parkı belə talan olunur – İş adamı maxinasiyalardan yazır
Tarix: 12-10-2022, 10:24 | Çap et
Azərbaycanın ixrac yönümlü ən böyük sənaye müəssisələrindən olan Sumqayıt Texnologiyalar Parkında(STP) yeni mənimsəmə faktlarının olması ilə bağlı məlumatlar yayılır.
DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, mediada STP-nin Təhcizat departamenti vasitəsi ilə həyata keçirilən maxinasiyalar barədə dəfələrlə məlumatlar yayılıb. Amma nədənsə, STP-də maxinasiyalar səngimir.
Redaksiyamıza daxil olan məlumatlara görə, son vaxtlar STP rədhbərliyi özünə yaxın olan şirkətlərlə işləməyə başlayıb. Məlumatda deyilir ki, STP-nin rəhbərliyində sonuncu dəyişiklikdən sonra absurd hadisələr baş verib:
“Bizim şirkət səkkiz ildən çoxdur ki, mütəmadi olaraq STP-yə müxtəlif məhsul və xidmətlər satmışıq. Sorğu göndərilirdi cavablayırdıq, sifariş almadığımız hallar olsa da, bir çox halda satış edə bilirdik. Yeni rəhbərlik gələndən sonra absurd hal o idi ki, satınalma rəhbəri olaraq yeni təyin edilmiş Seymur Hacıyev gələn kimi STP-nin çalışdığı bütün təchizatçılarla işi dayandırdı. BP və SOCAR kimi şirkətlərin belə tələb etmədiyi sənədlər istəməyə başladı. Soruşanda niyə belə edirsiniz, axı Azərbaycan heç kəs belə işləmir, qanunvericilik də tələb etmir. Seymur cavab verirdi ki, rəhbərlik belə istəyir, Azərbaycanda bizim kriteriyalara uyğun şirkətlər var və biz onlarla işləyəcik. Daha sonra rəhbərlik deyəndə Fuad Nəcəflini nəzərdə tutduğunu öyrəndik. Seymuru STP-yə Fuad Nəcəfli gətirdiyini və arxasında dayandığını dedilər. Və Seymur atdığı addımları Fuad ilə danışıb atırmış. Nəticədə STP yeni şirkətlərlə işləməyə başladı. Nədənsə bizdən tələb olunan sənədləri həmin şirkətlərdən istəmədilər. Bir müddət sonra bir neçə məhsul üçün bizə müraciət edib işləməyə başladılar. Yeganə təchizatçı biz olduğumuz üçün məcbur idilər. Amma bu dəfə bizdən əvvəl tələb etdikləri sənədləri istəmədilər.
Nəticə nə oldu? Nəticədə mediada Seymurun adı yeyinti ilə hallandı. Mediada 180 min yazılmışdı, amma məbləğ daha çox idi. Düzdür Seymur bu söhbətlərdən sonra işdən çıxarıldı, amma STP-nin satınalmasında heç nə dəyişmədi. Seymurdan sonra STP-nin satınalmasına Rövşən İsmayılov adlı menecer gətirdilər. Onunla ilk görüşlərimiz müsbət keçirdi, hətta bir sıra sifarişlər də ala bildik. Demək olar ki, Rövşənlə işləri normallaşdırmağa başlasaq da, bəzən razılaşdığımız satışlar ləğv olunurdu ki, rəhbərlik fikrini dəyişdi. Bu təkcə bizimlə baş vermirdi. Digər şirkətlərdə eyni problemlər var imiş. Bunu son zamanlar vəziyyəti bir-birimizlə müzakirə etdikdən sonra öyrəndik. Hətta bir dəfə STP-nin işçilərinin daşınması üçün tender elan etmişdi. Tenderdə haqlı olaraq bir şirkət qalib gəldi. Daha sonra ləğv edildiyi qərarı verildi ki, rəhbərlik başqa şirkəti məsləhət görübmüş. İlk qalib gələn şirkət haqlı olaraq şikayətçi olacağını bildirəndə STP bildirdi ki, hər iki tərəfi razı salmaq üçün xidməti iki şirkət arasında bölüşdürdülər. Daha sonra məlum oldu ki, ikinci şirkət rəhbərliyin tanışının şirkəti imiş.
Bundan başqa STP-nin balansında milyonlarla dəyəri olan məhsullar var idi. Bu məhsulların satışı qanundan kənar və STP-nin ziyanına, bəzi insanların isə şəxsi marağına uyğun həyata keçirilir. Məsələn, STP balansında olan HOWO markalı yük maşını üzərində hazırladığı betonqarışdıran avtomobilləri satışa çıxarmışdı. Bizim fəaliyyət sahəmiz olmadığı üçün dostumuza bu haqda məlumat verdik və o proseslərdə iştirak etməyə başladı. Maşınların ən azı 90-100 min bazar qiyməti olardı. Nəticədə betonqarışdıranların 45 min manata satıldığını öyrəndik. Dostumuzun və rəqiblərin təklifindən daha aşağı qiymətə. Maşınların ucuz qiymətə satılması absurd kimi görünsə də, alıcının rəhbərliyə yaxın adam olması hər şeyi izah edir.
Bu yaxınlarda yeni satınalma direktoru Rövşən İsmayilovu da işdən çıxardılar. Öyrəndik ki, STP-də daxili audit keçirilib və xidmətində boşluqlar olduğu üzə çıxıb.
STP-də yeyinti və talan olduğu açıq aydın görünür. Bunun səbəbi satınalma rəhbərləri olubsa, onlar niyə cəzalanmayıb? Satınalmada yeyinti və inventarların satışından problemlər olan şirkətdə satınalmadan məhsul şəxslərin belə tez-tez işdan uzaqlaşdırılması başqa suallar doğurur. Görünür, yeyinti və talanda əli olan rəhbərlik şahidləri aradan qaldırır.
Sual ola bilər ki, nəyə görə talan olduğunu düşünürük? Bəlkə səriştəsizlikdir? Baxın STP rəhbərliyindəki şəxslər hətta pandemiya dövründə də çəkinmədən zənglinləşdiklərini göstərirdilər. İnsanlar işini itirmək qorxusu ilə stress yaşadıqları halda bunlar 400-500 minlik avtomobil alıb heç kimdən çəkinmədən STP-nin ərazisinin içində narahat fəhlələrin gözü qarşısında park edirdilər. Özlərinə yeni evlər villalar alıblar…”.
Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Səslənən iddialarla bağlı STP rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
|