Qoşqar Təhməzli hökumətin təbliğatını necə alt-üst etdi? - AQTA haqda inanılmaz iddialar
Tarix: 24-05-2022, 09:37 | Çap et
Qida Təhlükəsizliyi Agentliyi ölkədə 2018-ci ildə hökumətin elan etdiyi yeni islahatlardan sonra özünü doğrulda bilməyən qurumlardan biri, yaxud birincisidir. Hakimiyyətin rəsmi təbliğatı ilə agentliyin özbaşına əməlləri hec bir halda uzlaşmır. Məsələn, hökumət iddia edir ki, ölkədə qida təhlükəsizliyi sahəsində ciddi işlər görülüb, amma AQTA tərəfindən sahibkarlara ciddi problemlər yaradıldığı məlum olur. Yəni Qoşqar Təhməzlinin sədri olduğu qurum hökumətin siyasətini və təbliğatını yerlə bir etməkdədir. İş adamlarının canını boğazına yığan agentlik MTN generallarından geri qalmırlar. DİA.AZ Anaxeber.info-ya istinadla bildirir ki, sahibkarlar pomidor məhsulunu belə xaricə çıxara bilmir, bu qurumun ucbatından. Vaxtilə iş adamlarından qeyri-qanuni pullar yığan, başlarına torba keçirib MTN-ə gətirib soyub buraxan E.Mahmudov çetesinin daha “mədəni” forması olan QTA işçiləri obyektlərdən, restoranlardan xərac yığmaqda ittiham edilirlər. Bir müddət əvvəl jurnalist Eynulla Fətullayev də yazmışdı ki, Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir: “Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”. Belə ki, Qoşqar Təhməzli pomidor ixracında qərəzli şəkildə maneələr təşkil edir, nəticə etibarı ilə monopoliyaya xidmət göstərir. Rusiyanı bəhanə edərək ölkə ərazisindən pomidor ixracına süni maneələr yaradılır. İş adamlarının sözlərinə görə, əslində, Rusiya faktoru bəhanədir. İş adamları Prezidentə real sübut təqdim edirlər. Onların dediyinə görə, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsələr də, Rusiyanın pomidor ixracına qoyduğu qadağanı ləğv etdiyini bildirsələr də, Agentlik onlara pomidor ixracına yenə problem yaradır. Ancaq göstərilən əsas fakt ondan ibarətdir ki, kvota məsələsini bəhanə edərək icazəsi olan istixanalara belə fito sertifikat verilməsini məhdudlaşdırırlar. Maraqlı olan odur ki, "Azfrut Promo" MMC istixanasından pomidor limitsiz ixrac edilir. Bəs, səbəb nədir, niyə ayrıseçkilik edilir? Sahibkarlar soruşurlar ki, başqa istixanalardan vaqon üçün daxili fito sertifikat alınarkən maneələr olduğu halda, nə üçün "Azfrut Promo" MMC-yə bu maneə tətbiq olunmur? İç adamlarının dediyinə görə, həmin istixana Qida Təhlükəsizliyi Agentliyinin himayəsindədir. Belə desək, sədr Qoşqar Təhməzlinin biznesinə daxildir və bu məmur konkret inhisarçılıq edir. Çünki gün ərzində ölkə ərazisindən ixrac edilən pomidor məhsulun 60 faizi həmin "Azfrut Promo" MMC-nin payına düşür. Bundan əlavə, deyilir ki, sözügedən qurumun bəzi regionlarda laboratoriya qıtlığı və ixraca maneə yaratması səbəbləri araşdırılmalıdır. Çünki həmin laboratoriya nümunələrini Bakıda müayinədən keçirilməsi sahibkarı bir-iki sutka geriyə salır. Qurumun özbaşınalıqları bununla bitmir. Anaxeber.info məlumat verir ki, mağazalarda satılan yerli ədviyyatların istifadə müddəti 3 il yazılır. Amma dünya standartlarında qəbul olunmuş normaya görə üyüdülmüş ədvaların istifadə müddəti 6 aydır. Sual yaranır, niyə Azərbaycanda 3 il ədvalar qeyri-soyuducu şəraitində satılır? Ancaq AQTA buna göz yumur və rəhbəri Qoşqar Təhməzli ədviyyatların saxlanma müddətini və şəraitini araşdırmır. Yaxud da qurumun əməkdaşları özlərinə sərf edən şəkildə "monitorinq" aparırlar. Bundan başqa, digər problemə diqqət edək və yenə AQTA faktoru önə çıxır: belə ki, Bakıda böyük marketlərdə heyvan üçün nəzərdə tutulmuş qara undan çörək bişirilir. Onu yeyən kimi baş ağrı verir, hətta yüngül zəhərlənmə qaçılmazdır. O halda nə üçün AQTA qida təhlükəsizliyimizə birbaşa aidiyyatı olan bu məsələni araşdırmır? Əhaliyə heyvan üçün nəzərdə tutulan undan çörək bişirilib satılır, Agentlik isə mürgüləyir. Bundan başqa, ölkəyə idxal edilən enerji içkiləri var, onlar gəncliyi məhv etməkdədir. Bura "Hell", "Bizon", "Red Bull" və digərləri daxildir. Bir müddət əvvəl təkliflər və çağırışlar da səsləndi ki, enerji içkilərinin ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır. Amma gündəmdən çıxdı. Həmçinin Azad İstehlakçılar Birliyi süd məhsullarının saxta olduğu faktlarını üzə çıxarır, amma AQTA bu problemə də məhəl qoymur. Həmçinin, AQTA kartof yetişdirən fermerlərin də başına oyun açır. Belə ki, kənddə kartof yetişdirən zavallı əsgər atası məhsulunu Rusiya bazarına çıxarmaq üçün Qoşqar Təhməzlinin "qıl" körpüsündən keçməlidir. Bütün bunlarla yanaşı Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin və qardaşlarının biznes şəbəkəsini təqdim edirik: 1. Qoşqar Təhməzli 2008-ci ilin fevralında 1000 manat nizamnamə kapitalı ilə NƏRİMANOV RAYONU, İSMAYIL HİDAYƏTZADƏ ev.MƏH., 1911 hüquqi ünvanında qeydiyyatdan keçmiş "MEDEKS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin həmtəsisçisidir. Şirkətin digər həmtəsisçisi Əhmədi Cavad İrəc oğludur. 2. Qoşqar Təhməzli digər şirkəti BÜRÜNC LARBA MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2006-cı ilin yanvarında qeydiyyatdan keçirib. Hüquqi ünvanı NƏSİMİ RAYONU, İZZƏT HƏMİDOV, ev 3-dür. 3. Onun təsisçisi olduğu YOSKOS KO. LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə bundan bir ay sonra, 2006-cı ilin fevralında qeydiyyata alınıb. Hüquqi ünvanı XƏTAİ RAYONU, YERYOMENKO, ev 15-dir. 4. Qoşqar Təhməzli 2008-ci ilin sentyabrında Izmirdə Türkiyə vətəndaşları Hacı Reşit Nacar və Zübeydə Nacarla ortaq İNTERNATİONAL GROUP NACAR ÖZEL SAĞLIK, EŞTETİK, CİHAZ, MEDİKAL, TEMİZLİK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkətini də qeydiyyatdan keçirib. Şirkət tibbi və estetik cihazların satışını həyata keçirib. Qoşqar Təhməzli 2012-ci ildə özünə aid hissələri Zübeydə Nacara sataraq şəriklikdən çıxıb. 5. Təhməzli özünə yeni ortaq taparaq bu ölkədə yeni şirkət açıb. ÖZEL KANON SAĞLIK LABORATUVAR MEDİKAL SİSTEMLERİ SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ isə 2012-ci il yanvarın 3-də 10 min lirə nizamnamə kapitalı ilə Oqtay Öztürk və Qoşqar Təhməzli tərəfindən təsis edilib. Şirkət Türkiyədə tibbi xidmətləri həyata keçirən xəstəxanlar, klninikalar, dispanserlər, doğum evləri və digər səhiyyə təsisatları açmaq, işlətmək hüququna sahibdir. 6. Qoşqar Təhməzlinin Oqtay Öztürklə şərikliyi Türkiyədəki bizneslə məhdudlaşmır, onlar 2011-ci ildə Gürcüstanda qeydiyyatdan keçmiş UNİVERSAL MEDİKAL GROUP-da şərikdirlər. 7. Təhməzlinin Slovakiyada və Ukraynadakı şirkəti ilə bağlı daha əvvəllər ətraflı yazmışdım. AQTA-ya rəhbər təyin edildikdən sonra cənab Təhməzlinin bu ölkələrdəki biznesini onun şəriki Cavidan İmanov idarə edir. Cavidan İmanov AMİP-in keçmiş Siyasi Şura üzvü, hazırda AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun oğludur. AQTA sədrinin şirkətdəki 80 faizlik pay hüququ onun adına rəsmiləşdirilib. Təhməzlinin Bratislavadakı şirkəti SAFFRAN S.R.O hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir. 8. Cavidan İmanov Qoşqar Təhməzlinin Ukraynadakı eyni adlı şirkətini də idarə edir və SAFFRAN-UKRAİNA LTD-nin (ТОВАР�?СТВО З ОБМЕЖЕНОЮ ВІДПОВІДАЛЬНІСТЮ "САФФРАН УКРАЇНА") 80 faizlik hissəsi onun adına rəsmiləşdirilib. Cavidan İmanov 2007-ci ildə qeydiyyatdan keçmiş LİMAN QRUP MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də qanuni təmsilçisidir. Qoşqar Təhməzlinin qardaşı oğlu Şahbaz Təhməzli "BİNƏ" MƏNZİL-TİKİNTİ KOOPERATİVİnin 5 təsisçisindən biridir. Şirkətin təsisçilərindən biri, eyni zamanda qanuni təmsilçisi Qoşqar Təhməzlinin qardaşı Ataş Təhməzli İlahi oğludur. Şirkət 2006-cı ilin aprelində 2400 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Hüquqi ünvanı XƏZƏR RAYONU, BİNƏ ŞTQ, M.Ə.SABİR, ev 111-dir. 10. Təhməzlilərə məxsus daha bir tikinti şirkəti 2004-cü ilin sentyabrında 1600 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş "LİDER" MƏNZİL-TİKİNTİ KOOPERATİVİdir. Hüquqi qeydiyyatı SUMQAYIT ŞƏHƏRİ, 6 MKR-da olan kooperativin qanuni təmsilçisi Şahbaz Təhməzli Ataş oğludur. Şirkət çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğuldur. 11. Şahbaz Təhməzli eyni zamanda 2010-cu ilin avqustunda 2000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş "BAŞARAN GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin iki həmtəsisçisindən biri və qanuni təmsilçisidir. Şirkətin digər həmtəsisçisi isə AQTA sədrinin digər qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbəri Fərhad Təhməzovun oğlu İsrafil Təhməzlidir. "Başaran Group"un hüquqi ünvanı NƏSİMİ RAYONU, CAVAD XAN, ev 11-də yerləşir. Şirkət Rusiya və Türkiyədən tikinti materiallarının, xüsusilə kafel-metlaxların idxalı ilə məşğuldur. 12. Həmin ünvanda Təhmzli qardaşlarının daha bir şirkət - "İPE GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qeydiyyatdadır. Şirkət 2015-ci ilin aprelində 500 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Şirkətin təsisçisi MİDA rəhbərinin oğlu İsrafil Təhməzli, qanuni təmsilçisi isə Fərhad Təhməzovun qardaşı oğlu Şahbaz Təhməzlidir. Şirkət Bakıda "Rahat Yaşam" proyektini həyata keçirir. Bura binaların idarə olunması, təhlükəsizlik, yaşıllaşdırma və texniki xidmətlər daxildir. Ofisi İsmayıl Hidayətzadə küçəsində yerləşir. MİDA rəhbəri səlahiyyətlərindən istifadə edərək çoxmənzilli yaşayış binalarının idarə olunmasını öz oğlunun şirkətinə yönəldir. Belə ki, Mənzil Məcəlləsinə əsaslanaraq mənzil tikinti kooperativlərini (MTK-lar) inşa etdikləri binaları dövlət təhvilinə verdikdən 1 ay ərzində binanı tərk etməyə məcbur edilir. Məcəlləyə görə həmin binaları ya sakinlərin özü, ya da sakinlərin təşəbbüsü ilə idarəedici şirkətlər tərəfindən idarə edilməlidirlər. Bu boşluqda İPE GROUP monopolist mövqeyə çıxmaqdadır. 13. MİDA-ya rəhbərlik edən Fərhad Təhməzov də qardaşı Qoşqar Təhməzlidən geri qalmayaraq Türkiyədə şirkət açıb. İLAHİ İNŞAAT TURİZM SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ (İlahi - Təhməzli qardaşlarının atasının adıdır) 2010-cu il mayın 18-də İstanbul Ticarət Sicili Məmurluğunda 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirilib. Şirkətin hissələrinin 60 faizi Fərhad Təhməzovun, 40 faizi isə Fərhad Təhməzovun qızı Fidan Təhməzlinin adına rəsmiləşdirilib. Şirkət turizm, inşaat və ticarət sektorunda fəaliyyət göstərir. Şirkətin ünvanı: KÜÇÜKBAKKALKÖY MAH.ÖNDER SOK. NO:10 D:14 ATAŞEHİR.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|