Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                 

TƏBİB-də Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir? - İLGİNC FAKTLAR
Tarix: 17-03-2022, 12:04 | Çap et
TƏBİB-də Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir?
Hamıya məlum olduğu kimi son illər Azərbaycanda səhiyyə sisteminin beynəlxalq standartlar səviyyəsində qurulması məqsədi ilə bir neçə Dövlət Proqramı təsdiq olundu və zaman-zaman bu proqramlar həyata keçirildi. Müasir dövrdə səhiyyənin inkişafına və ən müasir ləvazimatlarla təchiz olunması məqsədilə bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin yeni formalarının tətbiq edilməsi, habelə yeni təsərrüfat mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər öz nəticəsini verdimi?

Azərbaycanda “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması səhiyyə sistemində aparılan islahatların tərkib hissəsi oldu. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. Prezident İlham Əliyevin 2018-ci ilin dekabrında imzaladığı fərman da məhz ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi daşıyırdı.

Bundan sonra respublikamızın şəhər və rayonlarında fəaliyyətdə olan bir çox tibb müəssisəsi Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildi. Bunların arasında elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, təcili tibbi yardım müəssisələri, ambulator-poliklinikalar, poliklinikalar və digər müəssisələrlə yanaşı Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazası da yer alıb. Səhiyyə Nazirliyinin alınaraq TƏBİB-ə verilən tibb müəssisələrinin konkret sahələr üzrə insanların sağlamlığının qorunmasına, müayinə və müalicəsinə xidmət etdiyini hər birimiz bilirik. Bəs Xüsusi Tibbi Təchizat Bazasının Səhiyyə Nazirliyinin tərkibindəki funksiyası nədən ibarət olub?

Sözügedən qurumun istər Səhiyyə Nazirliyinin tərkibində, istərsə də TƏBİB-in tərkibindəki fəaliyyətini araşdırarkən ətraflı heç bir məlumat əldə edə bilmədik. Qeyd edək ki, Azərbaycanda bir çox nazirliklərin təchizat idarələri,bazaları mövcuddur ki, onların funksiyalarına büdcə vəsaiti hesabına aid olduqları nazirliklərə tabeli obyektlərin təmir-tikintisi, bərpası, zəruri olan mal-materialların alınması, xidmətlərin göstərilməsi və sair daxildir. Amma bizə məlum olduğuna görə səhiyyə müəssisələri təmir, bərpa, təsərrüfat materialların alınmasını və xidmətlərin göstərilməsini satınalmalar yolu ilə həyata keçirir. TƏBİB-ə tabeli Xüsusi Tibbi Təchizat Bazası da bu kimi xidmətləri satınalmalar yolu ilə həyata keçirir. Amma necə?

Aktualinfo.org dövlət satınalmalarının vahid internet portalı üzərindən ( TƏBİB-ə tabe olmasına baxmayaraq Səhiyyə Nazirliyinin qurumu kimi göstərilir) Xüsusi Tibbi Təchizat Bazası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışdır. Məlum oldu ki, burada keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilib, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməyib, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələr naməlum səbəblərdən ictimaiyyətə açıqlanmayıb.

Məsələn Xüsusi Tibbi Təchizat Bazası tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, dəftərxana və təsərrüfat malları, tikinti materialları üzrə 11.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun, tikinti materialları üzrə 21.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun, dəftərxana və təsərrüfat malları üzrə 09.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Xüsusi Tibbi Təchizat Bazasının Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Təchizat Bazası tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.

Xüsusilə qeyd etmək istərdik ki, apardığımız araşdırmalar zamanı TƏBİB-ə tabeli Xüsusi Tibbi Təchizat Bazası Tender Komissiyasının keçirdiyi tender və kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasında ümumiyyətlə heç bir məlumat yerləşdirilmədiyini müəyyən etdik.

Bu nəzarətsizlik haradan qaynaqlanır? Təbii ki, Xüsusi Tibbi Təchizat Bazasının tabe olduğu TƏBİB-dən və onun üst qurumu olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən. Son vaxtlar yaradılmış bu hər iki qurumun fəaliyyəti ilə dövrü mətbuatda çoxsaylı məlumatlar yayılmaqdadır. Elə ictimaiyyət arasında da bu qurumların fəaliyyəti qənaətbəxş hesab edilmir.

Dövrü mətbuat yazır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev rəhbərlik etdiyi qurumlar tərəfindən keçirilən tenderlərdən külli miqdarda pul qazanır. İstər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, istərsə də TƏBİB-in keçirdiyi tenderlərə bir çox məsələlərə görə vəsaitlər ayrılır. Buraya tibbi avadanlıqların alınması, təmir-tikinti ilə yanaşı, xəstəxanaların pulsuz təchiz edildiyi dərman vasitələri də daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin açıqlamasına görə 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə qaldırılıb. Bütün bunları isə Dövlət Agentliyi ilə TƏBİB həyata keçirir ki, tenderlərin qalibi daim eyni şirkətlər olur. Onda sual yaranır. Bəs Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir?

Respublikanın tibb müəssisələrini lazımı mal materiallrla təchiz etmək, yoxsa gizli yollarla tender və kotirovka sorğuları adı altında ayrılan vəsaitləri naməlum istiqamətlərə yönəltmək? Çox istərdik TƏBİB bunlara aydınlıq gətirsin. Biz cəhd etdik, sorğumuza belə cavab vermədilər. Sözügedən qurumun keçirdiyi tender və kotirovka sorğuları barədə məlumatlar nə üçün ictimaiyyətə açıqlanmır, gizli saxlanılır. Burada məqsəd nədir?
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru