Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində ŞÜBHƏLİ MƏQAMLAR... - İTTİHAM VAR!
Tarix: 7-02-2022, 09:56 | Çap et
Azərbaycan təhsilində baş verən ilginc hadisələr barəsində kifayət qədər yazılıb. Bu sahəni tənqid etmək üçün münəccimliyə, tədqiqatçılığa ehtiyac yoxdur. Necə deyərlər, görünən dağa bələdçi lazım olmur. Amma rastlaşdığım hadisə məni bu sətirləri yazmağa vadar etdi. Yazdım ki, çox hörmətli Təhsil nazirimiz Emin Əmrullayev, Texniki Universitetin rektoru Vilayət Vəliyev də məsələdən hali olsunlar. Çünki yazacaqlarım təhsil adına bir utanc, Azərbaycan vətəndaşı üçün isə rüsvayçılıqdır. Rüşvət almaq da, korrupsioner olmaq da mümkündür-insan xisləti bu xüsusiyyətlərdən xali deyil. Amma öz dövlətinə, onun qazisinə nifrət bəsləmək, milli kimliyini pərdələyərək genetik köklərinin qisasını almaq heç bir mizan-tərəziyə uyğun gəlmir.
Beləliklə baş verənləri bəzək-düzəksiz, sadə el dilində diqqətinizə çatdırıram ki, siz də bu rüsvayçılıqdan, xalqımıza qarşı baş qaldıran milli nifrətdən xəbərdar olasınız. Qələm əhli olan dostumuzla xəbər tutduq ki, aprel döyüşçüsü olan qardaşımızın Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alan övladının kəsirləri var. Bir döyüşçü qardaşımız qarşısında mənəvi borcumuzu azacıq da olsa ödəmək istəyi ilə onun özünün xəbəri belə olmadan yaranmış borcu ödəmək və tələbə övladımızın imtahanlara qatılmasına şərait yaratmaq istədik. Ən azından tələbə övladımızın atası cəbhədə olarkən keçirdiyi mənəvi iztirabların onun təhsil almasında hansı problemlər yaratdığını müəllimlərindən daha yaxşı anlayırıq. Əlqərəz, yollandıq Kollecə və qapının ağzında bizi qarşılayan mühafizəçiyə gəlişimizin məqsədini və direktor Bəxtiyar Bəxtiyarovla görüşmək istədiyimizi söylədik. Mühafizəçi Bəxtiyar müəllimin gəlişimzdən xeyli bəxtiyar olacağını söyləyərək təəssüflə qeyd etdi ki, direktor burda yoxdur, nazirlikdədir və sabah gəlməyimizi məsləhət gördü. Geri qayıdaraq Kollecin binasından bir az aralanmışdıq ki, mühafizəçi qaçaraq gəldi ki, bəs direktor olmasa da müavini Üzeyir müəllim buradadır və sizi o qəbul edəcək. Romanlarda deyildiyi kimi elə nə oldusa da bundan sonra oldu. Geri dönərək Tədris işləri üzrə direktor müavini Üzeyir Salehzadə ilə görüşdük. Gəlişimizin məqsədini ona söyləyəndə Üzeyirin (inciməsin müəllim deməyəcəyəm) mimikası, jestləri qəflətən dəyişdi. Nə qədər pərdələməyə çalışsa da onda xalqımıza, qazilərə qarşı olan pataloji nifrəti elə ilk andaca sezdik. Çünki nifrət onun baxışlarında alovlanaraq sözlərindən od kimi tökülürdü. Bir döyüşçü övladına kömək etmək istədiyimizi eşidən kimi Salehzadə Üzeyir necə əsəbləşdisə bizi gah reketçilikdə, gah da qanunları pozmaqda ittiham etməyə başladı. Anlamadıq ki, bir müharibə iştirakçısına, qəhrəman döyüşçü övladına kömək etməyin reketçiliklə nə əlaqəsi var. Üzeyirin HAYqırtısına bayaqdan nazirlikdə olduğu söylənilən Bəxtiyar müəllim kabinetindən çıxdı və hadisənin məğzindən xəbər tutmamış müavinisayaq üzərimizə hücuma keçdi. Onu birtəhər sakitləşdirərək gəlişimizin məramını anlatdıq. İnsafən Bəxtiyar müəllim bizi dinləyəndən sonra tələbələrin gəlməsini və onlara kömək ediləcəyini bildirdi. Amma artıq necə deyərlər, olan olmuşdu və Üzeyirin bulandırdığı suyu Bəxtiyar müəllimin sözləri durulda bilmədi. Bir təhsil ocağında qazilərə olan bu münasibət məni sadəcə olaraq dəhşətə gətirmişdi. Apardığım qısa araşdırmadan sonra baş verənlərin məğzini anladım. Aldığım xəbərlərə görə, Üzeyirin xalqımıza və qazilərimizə qarşı olan nifrətinin kökündə onun Hadrutdan rədd edilən qohumlarının təəssübkeşliyi dayanır. Görünür, qəhrəman Azərbaycan əsgərinin qazandığı möhtəşəm qələbə və Hadrutun azadlığı genetik kodları süni milli kimliyindən güclü olan Üzeyiri hələ də rahat buraxmır. Bu səbəbdən də qazi adını eşidən kimi HAYqırtısı bütün Kollecə yayılır. Üzümü hüquq-mühafizə orqanları, təhlükəsizlik xidmətinin əməkdaşlarına tutaraq bu faktın araşdırılmasını xahiş edirəm. Böyük bir təhsil ocağında xalqımıza qarşı düşmən münasibət bəsləyən birisinin rəhbər mövqedə əyləşməsi, at oynatması, qazilərimizə fürsət düşən kimi əlindən gələn pisliyi etməsi hansı məntiqə sığır? Bəs deyilmi belə hallara göz yumduğumuz? Məncə Təhsil nazirliyi və Texniki Universitet rəhbərliyi də baş verənlərə qəti münasibət açıqlamalıdır. Ən azından bütün bunlarda onların da mənəvi və hüquqi məsuliyyəti vardır. Hansı haqla qəlbində xalqımıza nifrət hissi bəsləyən, 44 gün ərzində məğlub olaraq haqlı cəzasına çatan qohumlarının ədavətini aparan birisi balalarımızın gələcəyinə balta çalmalıdır? Bəs olmadımı bu qədər unutqan, soyuqqanlı olduğumuz ? İndi söz sizindir, cənab yetkililər. Bizsə məsələni diqqətdə saxlamaqda davam edəcəyik !
Nicat Mahmudov Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|