Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                 

“Həyat yoldaşım İlham Məmmədov və İmran Eyvazzadənin sifarişi ilə qətlə yetirilib” - ŞOK İTTİHAMLAR
Tarix: 1-02-2022, 11:32 | Çap et
“Həyat yoldaşım İlham Məmmədov və İmran Eyvazzadənin sifarişi ilə qətlə yetirilib”
Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, ev 23 B, mənzil 42 ünvanda qeydiyyatda olan, hazırda Almaniyada yaşayan Səlimova Nərgiz və Seyidova Nərminə Dianət qızları tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olduğu haqda məlumat vermişdik. Qəzetimizdə dər olunan “Aqil Əliyevin vəfatından sonra onun gəmisini kimlər ələr keçirib… - 1500 tonluq “Drafa” Dərbənddə gizli şəkildə satılıb, bu faktın yeganə şahidi olan Dianət Səlimov isə qətlə yetirilib” sərlövhəli yazıda şikayətçilər iddia edirdilər ki, ataları A.Əliyevin şirkətində işləyən İlham Məmmədov və İmran Eyvazzadənin sifarişi ilə qətlə yetirilib.

Bu gün isə həmin ünvanda yaşayan, mərhumun həyat yoldaşı Səlimova Tamilla Con qızı tərəfindən redaksiyamıza daxil olan şikayət məktubu ilə oxucularımızı tanış edirik. Qeyd edək ki, şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, DTX rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb:

“Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Mən Bakı şəhərində doğulmuşam, ali təhsilliyəm, uzun müddət 23 nömrəli məktəbdə direktor müavini vəzifəsində işləmişəm. İki qız anasıyam. Bunları qeyd etməkdə məqsədim odur ki, Sizdən xahiş edirəm, mənim ailəmin acı taleyinə, 14 il bundan öncə İlham Məmmədovun sifarışilə İMRAN EYVAZZADƏ VƏ ONUN BACISININ ƏRİ NƏRİMAN-TELMAN ƏLİYEV QARDAŞLARI TƏRƏFİNDƏN törədilmiş və örtbasdır edilmiş QƏTL hadisəsinin üstünün açılmasına biganə qalmayasınız.

Bildirirəm ki, həyat yoldaşım mərhum Səlimov Dianət İsmayıl oğlu 1958-ci ildə Bakı şəhərində döğulmuşdur, Əliyev İlqar Aqil oğlu ilə bir həyətdə - bir məhəllədə böyüyüb boya-başa çatmışdır. Elə bu səbəblərə görə də 1993-cü ildən mərhum Aqil Əliyevin rəhbərliyi altında “RİYAD” şadlıq evinin administratoru kimi çalışmış, sonradan Aqil Əliyev tərəfindən təsis edilmiş “EKO-SERVİS” firmasında işləmişdir. Həyat yoldaşım eyni zamanda firmanın (25% payçısı) təsisçilərindən biri olmuşdur. Heç vaxt unuda bilmərik, o dövrdə mərhum Aqil Əliyevin sayəsində ailəmiz yaxşı yaşamışdır. Sonradan həyat yoldaşım Dəyanət Səlimov Aqil Əliyevin gıstərişi ilə “Eko-Servis” firmasına məxsus kapitan Həmid İsmaylov adına DRAFA gəmisində işləmiş, işlərə nəzarət etmişdir.

Aqil Əliyev 08 mart 2006-cı ildə vəfat etdikdən sonra, mərhumun qırxı çıxmamış həyat yoldaşımı - Dianət Səlimovu mərhum Aqil Əliyevin yanında işləyən, hal-hazırda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş və barəsində istintaq aparılan “RİYAD Şirkətlər Qurupu”nun rəhbəri İlham Məmmədov və “Eko-Servis” firmasının direktoru İmran Eyvazzadə gözümçıxdıya salmışlar.

Aqil Əliyevin vəfatından təxminən 10-15 gün sonra həyat yoldaşım qanı qara halda evə gələrək bildirdi ki, işlədiyi gəmi dənizdən yoxa çıxmışdır. Bir neçə gündən sonra isə bildirdi ki, Aqil Əliyevin hüzr mərasimindən, insanların başının yasa qarışmasından istifadə edən İlham Məmmədovun göstərişi ilə İmran Eyvazzadə və imranın bacısının əri Telman-Nəriman qardaşları tərəfindən DRAFA gəmisi qanunsuz yollarla Xəzər Dənizinin Azərbaycana aid sularından gizlincə çıxarılaraq, Rusiya Federasiyasının Maxaçkala şəhərində 1.400.000 ABŞ dollarına Rusiya Fedarasiyasında əsli məlum olan vətəndaşa satılmışdır.

Gəminin satılmasına “Eko-Servis” firmasının təsisçilərinin heç birinin - nə mərhum Aqil Əliyevin, nə də həyat yoldaşım Dəyanət Səlimovun notarial razılığı olmamışdır.

Həhayət, gəminin qanunsuz olaraq ölkədən çıxarılmasına, gizlindən satılmasına öz etirazını bildirən və sonda gəminin satışından öz payına düşən pulu tələb edən həyat yoldaşım Dianət Səlimov 07.11.2008 -ci il tarixdə İlham Məmmədovun sifarişi ilə, İmran Eyvazzadə və bacısının əri Nəriman -Telman Əliyev qardaşları tərəfindən qətlə yetirilmişdir.

İlham Məmmədov və İmran Eyvazzadə yaxşı başa düşürdülər ki, Dianət Səlimova payına düşən pulu versələr, hətta Dianəti istədiyi kimi razı salsalar belə, o, heç vaxt mərhum Aqil Əliyevin malına-mülkünə, onun varisi İlqar Əliyevə xəyanət etməyəcəkdir. İlham Məmmədovun, İmran Eyvazzadənin və İmranın bacısının əri Nəriman-Telman qardaşlarının törətdiyi cinayətin və etdikləri xəyanətin üstünü geci-tezi açacaqdır. Elə buna görə də Dianət Səlimovun aradan götürülməsinə, qətlə yetrilməsinə sifarış vedilər və Dianətin QƏTLİNİ başa çatdırdılar.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Siz təsəvvür edin, qəfildən evin həyətində həyat yoldaşım sifarişlə qətlə yetrilir, himayəmdə iki qız uşağı (balaca qızım 16 yaşında), başımı itirmişəm, bir tərəfdən də qətlin aifarişçiləri İlham Məmmədov, İmran Eyvazzadə, Nəriman-Telman qardaşları, qonum-qonuşunun vasitəsilə, evə edilən nəməlum zənglərlə xəbərdarlıq edirlər ki, başqa cür danışsa, onuda qızlarını da belə bir aqibət gözləyəcəkdir. Bütün bünlara baxmayaraq yenə də bildirirdim ki, Dianət Səlimov gəminin pulunun üstündə öldürülmüşdür.

Onu da diqqətinizə çatdırıram ki, İlham Məmmədovun, İmran Eyvazzadənin və Nəriman-Telman qardaşlarının qorxusundan qızlarımı pasport alan kimi Azərbaycandan çıxarmışam, qızlarım o gündən indiyə kimi Almaniyada yaşayırlar. Qorxularından vətənə - Bakıya gələ bilmirlər.

Çox təssüflər olsun ki, qətlin sifarişçiləri İlham Məmmədov və İmran Eyvazzadə gəminin satışından Dəyanətin payına düşən puldan “qabağa” verib, mənim həyat yoldaşımın qanını batırdılar.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Mən Sizlərə həyat yoldaşım Dianət Səlimovun qətlinin sifarışçisi İlham Məmmədovdan danışıram ki, o, DRAFA gəmisindən başqa, mərhum Aqil Əliyevin digər əmlaklarını da gizlindən ələ keçirərək mənimsəməkdə, mütəşəkkil dəstə- birlik yaratmaqda, hakim ailənin malına-əmlakına xəyanət eməkdə, mənimsəməkdə, şəxslərin əmlaklarını hədə-qorxu gələrək, aldadaraq ələ keçirməkdə və s. əməllərdə suçlanaraq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdir və hal-hazırda barəsində istintaq aparılır.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Mən Sizlərə o İmran Eyvazzadədən danışıram ki, İlham Məmmədovun göstərişı ilə, Aqil Əliyevin 40-ı çıxmamış DRAFA gəmisini gizlindən Azərbaycan Respublikasına məxsus Xəzər dənizinin sularından çıxarmış və satmışdır. Həyat yoldaşım Dianət Səlimovun qətlə yetrilməsi planını hazırlamışdır və bacısının əri Telman-Nəriman Əliyev qardaşlarının əli ilə həyata keçırmişdir.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Mən Sizələrə o İlham Məmmədovdan və İmran Eyvazzadədən danışıram ki, familiyaları Əliyev olan Telman-Nəriman qardaşlarını hər yerdə Aqil Əliyevin və İlqar Əliyevin şəcərəsindən olan kimi təqdim edirdilər.

Nəriman-Telman Əliyev qardaşları barədə hüquq mühafizə orqanlarına dəfələrlə məlumat verməyimə baxmayaraq, nə o vaxtlarda, nə də bu günə kimi bir dəfə də olsun onları çağırıb dindirməmişlər. Nəriman-Telman Əliyev qardaşlarının istintaq orqanları tərəfindən bu günə kimi dindirilməməsi, hətta onların istintaqda yayındırılması, gizlədilməsi həyat yoldaşımın həqiqətən də onlar tərəfindən öldürülməsinə sübutdur. Ancaq nədənsə bu günə kimi İlham Məmmədovun təşkilatçılığı ilə yaradılmış və başçılıq etdiyi mütəşəkkil dəstənin fəal üzvü, “Eko-Servis” firmasının, “ İlqar 7.T “ MMC-nin və “EKO -SERVİS KO ” MMC-nin direktoru, İlham Məmmədovla, Nəriman-Telman Əliyev qardaşları ilə birgə DRAFA gəmisinin gizlindən satışını həyata keçirmiş, gəminin satışından əldə edilmiş 1.400.000 ABŞ dollarını mənimsəmiş, bu günə kimi üstü açılmayan bir çox cinayətləri birgə törətmiş, Aqil Əliyevin Tovuz rayonunda olan və “EKO -SERVİS KO ” MMC-yə məxsus olan bütün malını-mülkünü ələ keçirərək mənimsəmiş, daima hakim ailəyə xəyanət etmiş, Dəyanət Səlimovun birbaşa qətlinin sifarişçısi Eyvazzadə İmran Cahad oğlu və onun bu işlərdə birbaşa əli və iştirakı olan bacısının əri Nəriman və qardaşı Telman hələ də həbs edilməmişdir, azadlıqda gəzirlər.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Atalarının qətlinin sifarişçıləri barədə Almanıyada yaşayan qızlarım da Sizə müraciət etmişlər və bu gündə müraciət etməkdə davam edirlər. Mən özüm də Baş Prokurorluğa və DTX-ya müraciət etmişəm.

Bütün bunlara baxmayaraq Sizlərdən bir daha xahış edirəm :

1. Mənim həyat yoldaşımın- Dianət Səlimovun qətlinin sifarışçisi, Aqil Əliyevin vəfatından sonra, qanunsuz yollarla, ona məxsus 3(üç) böyük şirkətin - “Eko-Servis” firmasının, “EKO -SERVIS KO ” MMC-nin və “İlqar 7T.” MMC-nin hüquqi sənədlərini ələ keçirərək, saxta möhür və ştampını hazırlatdırmış, şirkətlərin təsisçilərinin, təmsilçilərinin səlahiyyətlərini mənimsəmiş, hər yerdə özünü direktoru kimi elan etmiş, şirkətlərin bütün əmlaklarını, təsisçilərin xəbəri və razılığı olmadan gizlindən ələ keçirərək mənimsəmiş, hər yerdə Aqli Əliyevin və İlqar Əliyevin adının qabağından öz imzasını atmış və yaxud da Aqil Əliyevin və İlqar Əliyevin imzalarını saxtalaşdıraraq idarə və təşkilatlara onların adından rəsmi müraciətlər etmiş, bütün bu kimi qanunsuz hərəkətlərə ona icazənin, Aqil Əliyev öldükdən sonra, guya Cənab Prezident İlham Əliyev tərəfindən verildiyini bildirmiş, “Eko-Servis” firmasına məxsus DRAFA gəmisinin gizlindən, qanunsuz yollarla satışını həyata keçirmiş, Aqil Əliyevin Tovuz rayonunda olan və “EKO -SERVİS KO ” MMC-yə məxsus olan bütün malını-mülkünü ələ keçirərək mənimsəmiş, daima hakim ailəyə xəyanət etmiş, Dəyanət Səlimovun bir başa qətlinin sifarişını həyata keçirmiş Eyvazzadə İmran Cahad oğlunun və onun, bu işlərdə birbaşa əli və iştirakı olan qohumları Nəriman-Telman Əliyev qardaşlarının müəyyən edilib məssuliyyətə cəlb edilməsinə və mənim DTX tərəfindən zərərçəkmiş qismində tanınmağım üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına şəxsən göstəriş verəsiniz.

“Həyat yoldaşım İlham Məmmədov və İmran Eyvazzadənin sifarişi ilə qətlə yetirilib”

2. 14 il bundan qabaq İlham Məmmədovun sifarişi əsasında, İmran Eyvazzadə və önun bacısının əri, Telman və qardaşı Nəriman tərəfindən törədilmiş, başa çatdırılmış və əsil həqiqətdə bu günə kimi üstü ört-basdır edilmış, cinayətin izini itirmək üçün sonda cinayəti yalandan müəyyən qədər pulun müqabilində böynuna götürmüş Muxtarov Firuz İsa oğlunun da Cəzaçəkmə Müəssisəsində müəmmalı çəkildə öldürülməsi və bu kimi cinayət faktlarının üstünün açılması üçün – 14 il bundan qabaq saxta, əsassız əsaslarla bağlanılmış CİNAYƏT İŞİNİN YENİDƏN TƏZƏLƏNMƏSİNƏ göstəriş verəsiniz.

Bu işi sona qədər nəzarətdə saxlamağınızı Sizlərdən şəxsən xahiş edirəm”.

Redaksiyadan: Yazıda adları keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//hurriyyet.az//












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru