ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                 

“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…” - Şəkidə NARAZILIQ...
Tarix: 2-11-2021, 10:02 | Çap et
“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…”
Şəkinin Fazıl kəndində yaşayan Məmmədovlar ailəsində həm ərin, həm də arvadın qardaşları 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində həlak olub. 44 yaşlı Fərhad Məmmədov deyir ki, bu ölkənin ərazi bütövlüyü uğrunda iki əzizini qurban vermiş bu ailə acınacaqlı vəziyyətdədir.

“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…”

Fərhad Məmmədov məmur özbaşınalığından gileylənir. İddia edir ki, işsizlik, ailənin dolanışıq problemləri bir tərəfdən, məmurların münasibəti da digər tərəfdən onu intihar həddinə çatdırıb. O, xüsusən Şəki Şəhər İcra Hakimiyyəti başçısının həm Fazıl, həm də İbrahimkənd üzrə nümayəndəsi İlqar Məmmədovdan gileylənir. İddia edir ki, 13 ildən çoxdur icra nümayəndəsi işləyən İlqar Məmmədovun davranışlarına görə əziyyət çəkirlər:

“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…”

Fərhad Məmmədovun ölkə başçısına müraciəti

“Bizə qarşı açıq-aşkar qərəzli davranır. İş üçün müraciət edirəm, başqalarına iş tapılır, mənə yox. İş üçün dövlət orqanlarına onlarla müraciətdən, icra başçısının müavinlərindən birinin 6 dəfə qəbuluna olandan sonra “Dost Xidməti” xətti ilə iki aylıq işə cəlb olundum. Buna görə də cəmi 21 manat maaş aldım. Fazıl kəndində ancaq bizə qaz sayğacı qoyulub, bir də qardaşımgilə. Mən qaz sayğacı qoyulmasının əleyhinə deyiləm, ayrı-seçkiliyə, qərəzə etiraz edirəm. Hətta 1992-ci ildə şəhid olan qardaşıma görə dövlətin verdiyi 11 min manat üçün sənədlərin əldə olunmasına belə, o qədər problem yaradıldı ki…”

Məmmədovlar ailəsilə icra nümayəndəsi arasında gərgin münasibətlərin səbəbi torpaq mübahisəsindən qaynaqlanır. Ailə iddia edir ki, icra nümayəndəsi onlara məxsus torpaq sahəsini zəbt edib:

“Söhbət 1 hektar 48 sot torpaqdan gedir. Biz icra nümayəndəsini o torpaqdan çıxara bilmirik. Bütün mümkün dövlət orqanlarına müraciət eləmişəm, xeyri yoxdur. İcra nümayəndəsi bacımdan torpaq alıb. O ərazinin yanında da iki qardaşın – bizim torpağımız var. İcra nümayəndəsi bacımdan aldığı torpağın gözünə bizimkiləri də qatıb, oranı zəbt eləyib. O torpağın bizim olduğunu sübut edən, notarial qaydada təsdiqlənmiş sənədim də var”.

“Şəkidən səsimi eşitdirə bilmirəm”

Fərhad Məmmədov dövlət orqanlarına ünvanladığı şikayət məktublarının obyektiv, hərtərəfli araşdırılmamasından da şikayətlənir. Deyir ki, məmur özbaşınalığından əziyyət çəkən vətəndaşların şikayətləri düzgün araşdırılsa, günahkarlar cəzalandırılsa, başqa məmurları da insanların haqqını pozmaqdan çəkindirər:

“Şəkidən səsimi də eşitdirə bilmirəm. İlqar Məmmədov mənə deyir ki, “get, kimə istəyirsən, şikayət elə”. Heç kimdən çəkinmir. Bu da səbəbsiz deyil. Çünki görür ki, ondan edilən şikayətlərə baxılmır. Bizim ailə bu ölkənin uğrunda iki şəhid verib. Lazım olsa, bundan sonra da Vətən üçün canımızdan keçməyə hazırıq. Mənə ən çox pis təsir eləyən məmurların biganəliyi, hörmətsizliyidir. Məmur özbaşınalığından artıq intihar həddinə çatmışam…”

İcra nümayəndəsi təzminat tələb edir

İcra nümayəndəsi İlqar Məmmədov isə əksinə, Məmmədovların ona məxsus torpaq sahəsinə qanunsuz müdaxilə etdiyini bildirir. O, bununla əlaqədar məhkəməyə də üz tutub. Hazırda icra nümayəndəsinin Fərhad və Bəxtiyar Məmmədov qardaşlarına qarşı iddia ərizəsinə Şəki Şəhər Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyilə baxılır. İlqar Məmmədov torpaq sahəsindən istifadəyə maneələr yaradıldığını vurğulayaraq, həmin maneələrin aradan qaldırılmasını, qardaşların ona təzminat ödəməsini tələb edir. Bu mübahisə ilə əlaqədar may ayından başlayan məhkəmə prosesi hələ də davam edir.

“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…”

Fərhad Məmmədovun Baş Prokurora müraciəti

Fərhad Məmmədovun 2 ay ərzində cəmi 21 manat əməkhaqqı alması haqda şikayətinə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, o, cəmi iki gün işləyib və buna uyğun da əməkhaqqı yazılıb. Fərhad Məmmədov isə 2 gün işləməsi haqda iddianın həqiqətə uyğun olmadığını deyir.
İcra nümayəndəsi İlqar Məmmədovdan İbrahimkəndin bir qrup sakini də narazıdır. Kənd sakinləri toplaşıb məktub imzalayaraq, müxtəlif dövlət orqanlarına, o cümlədən Prezident İlham Əliyevə şikayət ünvanlayıblar. Prezident Administrasiyası da şikayəti araşdırılması üçün Şəki Şəhər İcra Hakimiyyətinə göndərilib.

İcra başçısının birinci müavini Həsən Həsənov Meydan TV-yə bildirib ki, istər Fazıl kəndindən Fərhad Məmmədovun, istərsə də İbrahimkənd sakinlərinin müraciətlərində göstərdikləri şikayətlər yerində araşdırılıb:

“Kənd sakinləri Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi səviyyəsində qəbul edilib. Kənd sakinlərinin şikayətləri dinlənilib. Araşdırmanın nəticəsi barədə onlara rəsmi cavab verilib”.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru