Torpaq hüququnu pozan inzibati orqanlar məhkəməyə öhdəlik icra etdirirlər - NARAZILIQ!
Tarix: 12-05-2021, 17:01 | Çap et
DİA.AZ: - "Torpaq -daşınmaz mülkiyyət hüququ Konstitusiyasının 13-cü və 29 -cu maddələri ilə doğrulanan əsas insan və vətəndaş hüquqlarındandır. Hamı kimi, torpaq uğrunda canını-qanını verən Qarabağ qazilərinin DƏ torpaq sahəsi əldə etmək hüququ var və hətta savaş adamlarına özəl imtiyazlar normativ -hüquqi aktlarla doğrulanıb. “Torpaq islahatı haqqında” 16.07.1996 tarixli 155-lQ saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə, qazilərə əlavə bir torpaq payı verilir, 19-cu maddəyə görə, fərdi yaşayış evinin tikintisi üçün isə bir dəfə pulsuz bələdiyyədən torpaq ayılır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "“Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991 tarixli 36 saylı Qanunun 12-ci maddəsinin 2-ci bəndinə görə, hərbi xidmətdən əlilliyinə görə buraxılmış hərbi qulluqçulara seçdikləri yerdə torpaq sahəsi növbədənkənar verilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15.03.2002 tarixli 274-IIQ saylı Əsasnamənin 13-1.1 maddəsinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə. .. torpaq sahələri bir dəfə pulsuz verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001 tarixli 160-llQ saylı Qanunun 9.1 maddəsinə əsasən, bələdiyyə ərazisində azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahələri hərracdan və müsabiqədən kənar verilir. Sadaladıqlarımız maddi hüququ doğrulayır, qalır prosessual hüquq, yəni bu maddi hüququn həyata keçirilməsi qaydası .
Bakı şəhərində 1974-cü ildən yaşayan , son on ildə Nərimanov rayonunda qeydiyyatda olan Qarabağ qazisi ailəsi kimi Nərimanov bələdiyyəsinə on il olar torpaq sahəsi ayrılması haqqında ərizə verib, ali dövlət hakimiyyəti orqanları, BŞİH və müvafiq RİH-dən qanunla qorunan hüququmun təminatını dilədim. Ali dövlət hakimiyyəti orqanlarından, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ( bu qurum hal-hazıra kimi qanuni hüququmun müdafiəsindədir) BŞİH -ə, RİH-ə daxil olan müraciətlərimə cavab olaraq ərazinin tikinti -planlaşdırma idarəsinin müdiri İlqar Əliyev (BŞİH), RİH-in 1-ci müavini Şahmar İbadov (hazırda Yusif Sadıqov) on illərlə qanunu qəsdən yanlış izah və tətbiq edərək, hüquqa qadağa qoydular. Onu da vurğulayaq ki, BŞİH -də başçı dəyişsə də, hüquqa qadağa hələ də qüvvədədir. İlqar Əliyevin qanunsuz cavablarını indi Elgün Həbibullayev təkrarlayır.
Qanunvericiliyin tələblərinə görə, ən geci 15 günə cavab verməyə borclu olan Nərimanov bələdiyyəsi cavab vermədiyindən 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsində (BİİM) iddia qaldırıb , Nəsib bəy Yusifbəyli küçəsinin sonu, Fətəli Xan Xoyski-1 ünvanının arasındakı istifadəsiz boş torpaq sahəsinin on nəfərlik ailənin başçısına verilməsi öhdəliyinin cavabdeh Nərimanov bələdiyyəsinin üzərinə qoyulmasını tələb etdim. 2019-cu ilin əvvəlində hakim Rüstəm Kərimlinin sədrliyi ilə keçirilən ilk iclasda cavabdehin nümayəndəsi bildirdi ki, həmin torpaq sahəsi bələdiyyənin ərazisində yerləşsə də, hansısa hüquqi şəxsindir; bu səbəbdən qaziyə verilə bilməz. Bunun saxtalıq olduğunu bildirib, məhkəmədən və məhkəmə-hüquq orqanlarından məhkəməyə saxta sənəd təqdim edilməsinə hüquqi qiymət verilməsini istəyəndə , cavabdeh və məhkəmə heç bir sənəd təqdim edilmədiyini bildirdilər. Növbəti 31.05.2019 tarixli iclas başlanan kimi hakim torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi üçün (?) (ƏMDK-ya) ekspertiza təyin etdiyini bildirdi. Ha müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinin bələdiyyəyə aid olması haqqında məktublarını xatırlatsam da, köməyi olmadı . Ay yarımdan sonrakı iclas açılanda ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin torpaqların monitorinqi və yer quruluşu şöbəsinin aparıcı məsləhətçisi İ. Şərifovun (müavin Rafiq Süleymanovun müşayiətedici məktubu ilə ) bir cümləlik “sahənin dövlət torpağı” olması haqqında möhürsüz -ştampsız “rəy”i cavabdehin nümayəndəsi tərəfindən iddiaçı Qarabağ qazisinə verildi. Belə anlaşıldı ki, hakim cavabdehə sərfedici “rəyi” almağı tapşırıb. Təbii ki, MPM-in 265.4 maddəsinə əsasən, məhkəməyə, saxta sənəd tərtib edilib verilməsinə görə, xüsusi
qərardadla prokurora xəbər verilməsi haqqında və birbaşa hüquq -mühafizə orqanlarına müraciət etdim. Rüstəm Kərimli öncə cavabdehi dəyişməyi təklif etdi, “rəyçi”nin məhkəməyə dəvət edilməli olduğunu deyəndə isə iclası ertələyib, sonra heç bir əsas olmadan iddia üzrə icraata xitam verdi. Şikayətimi Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Vidadi Məmmədov) təmin etdi və 2 BİİM ləğv edildiyindən işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərdi. Rüstəm Kərimli Sabunçu rayon məhkəməsinə təyinat aldığından və qərardadı ləğv edilən hakimin yenidən həmin işə hakimlik etməsinin qanuna zidd olmasından, işə başqa hakimin baxacağı gözlənilirdi. Heç demə, cavabdeh hakim Nərimanov bələdiyyəsindən öhdəlik götürübmüş ! (?) Əcəb məhkəmədir, əcəb islahatdır, hakim öhdəlik qoymaq əvəzinə, öhdəlik götürür!
Bir il qabaq - 23.06.2020-ci ildə telefonuma Bakı İnzibati Məhkəməsindən hakim Rüstəm Kərimlinin “sms” bildirişi ilə 15.07.2020 -ci ildə Nərimanov bələdiyyəsinə qarşı iddia üzrə iclasa çağırılanda dövlətin və onun başçısının məhkəmə -hüquq sistemində qeyri-prosessual münasibətlərin yolverilməzliyi haqqında aktlarına əməl olunmaması gerçəkliyi ilə üzüldüm. Təsəvvür edin, “Məhkəmələr və hakimlər haqqında” 10.06.1997 tarixli 310-IQ saylı Qanunun 86-cı və 97-1-ci maddələrinə əsasən, Rüstəm Kərimli Ədliyyə Nazirliyinin araçılığı ilə (məhz!) Bakı İnzibati Məhkəməsinə ezam olunub və məhz qərardadı ləğv edilən iş üzrə hakim təyin edilib ! (?) Halbuki, həmin qanunun 16-cı maddəsində, MPM-in 18 və 19-cu maddələrində olduğu kimi, yazılıb ki, birinci instansiya , apellyasiya və kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Bəs Bakı İnzibati Məhkəməsinin sədri işləri “təsadüfi” necə bölüb ki, Qarabağ qazisinin Nərimanov bələdiyyəsinə qarşı iddiası üzrə qərardadı ləğv edilən, başqa məhkəmədən ezam olunmuş Rüstəm Kərimli “təsadüfən” iş üzrə hakim təyin edilib? Açıq -aşkar görünür ki , burada təsadüfdən söhbət gedə bilməz, Nərimanov bələdiyyəsi hakimdən qeyri-prosessual öhdəliyin icrasını tələb edir! Hakim də götürdüyü öhdəliyi icra edərək, işi icraatına götürüb, ört-basdır edir! “Məhkəmələr və hakimlər haqqında” Qanunun 17-ci maddəsinə görə isə, məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında , yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında qeyri-prosessual münasibətlər yolverilməzdir.
Sonda 10 ilin hakiminin və öhdəlik götürdüyü bələdiyyənin diqqətinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinin 2-ci cümləsini çatdırırıq : “ Bələdiyyələr , bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda, dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır”. Bələdiyyələrin bu səlahiyyəti “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.8 maddəsində də doğrulanıb. Yəni, Tağı müəllimin “metrosu”nun bərk gedən çağında dediyi kimi , burcutmağın yeri yoxdur, torpaq sahəsi dövlətə məxsus olsa da, Qarabağ qazisinə verilməlidir, olmasa da".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|