Büdcə təşkilatlarının “büdcədənkənar vəsaiti”: Bu pul göydən düşməyib ki... - Əcəb bəhanə tapıblar...
Tarix: 10-03-2021, 10:33 | Çap et
Azərbaycanda Dövlət Gömrük Komitəsinə (DGK) yeni inzibati bina tikilir. Bu barədə Komitə sədri Səfər Mehdiyev açıqlama verib. Deyib ki, yeni inzibati binanın tikintisi DGK-nın büdcədənkənar fondu hesabına maliyyələşir: “Binanın tikintisi Gömrük Komitəsinin büdcədənkənar fondu hesabına maliyyələşsə də, fonda daxil olan gəlirlərə və xərclərə Maliyyə Nazirliyi tərəfindən nəzarət var”.
Bundan əvvəl Mərkəzi Bank sədri Elman Rüstəmov da bildirmişdi ki, rəhbərlik etdiyi qurumun yeni inzibati binasının tikintisi büdcədənkənar vəsait hesabına həyata keçirilir: “Mərkəzi Bankın yeni binasının tikintisi onun öz vəsaitləri hesabına həyata keçiriləcək. Bank bunun üçün büdcədən heç bir əlavə vəsait almayıb. Yeni inzibati binanın inşa olunması 4-5 il ərzində baş tutacaq”.
Qeyd edək ki, Mərkəzi Bankın yeni inzibati binası 218 milyon avroya başa gələcək. Belə ki, Mərkəzi Bankın yeni binası Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti (Tekfen İnşaat ve Tesisat A.Ş.) tərəfindən inşa ediləcək. “Tekfen Holding” tərəfindən təqdim edilən tender sənədində binanın tikintisinə dair müqavilə imzalanıb.
DGK-nın inzibati binasının hansı məbləğə başa gələcəyi dəqiq bilinmir. AYNA-nın bu barədə sorğusuna Komitədən cavab verilməyib.
Maraqlı məsələ isə odur ki, dövlət qurumlarının yeni binasının tikintisi ilə bağlı bir açıqlama verilir – bina büdcədənkənar vəsait hesabına inşa olunur. Sual edilir: Axı, dövlət qurumunun büdcədənkənar vəsaiti hardandır?
Məsələ ilə bağlı AYNA-ya danışan deputat Rüfət Quliyev deyib ki, Azərbaycanda dövlət qurumları üçün yeni inzibati binaların tikintisinə ehtiyac var. Onun sözlərinə görə, bu, paytaxtımızın görünüşünün dəyişməsinə müsbət təsir edir: “Xaricdən gələn qonaqlar, dövlət adamları, turistlər şəhərin gözəlliyinə fikir verir. Burada digər məqsəd - dövlət qurumlarını inzibati binalarını şəhərin mərkəzindən bir qədər uzaqlaşdırmaqdır. Heydər Əliyev prospektində o qədər də sıxlıq yoxdur, ərazi genişdir. Bununla həm tıxacların qarşısı alınır, həm insanların rahat hərəkəti təmin edilir, həm də paytaxtımızda müasir görünüşlü binalar inşa olunur”.
“Eyni zamanda, binalarda darısqallıq məsələsi də var. Məsələn, Gömrük Komitəsinin binası SSRİ vaxtında Kommunist Partiyasının Rayon Partiya Komitəsinin binası idi. Yəni, partiya komitəsinin binası hara, nazirlik səviyyəli bir komitənin binası hara? Burada işçi sayını, şöbələri və s. nəzərə almaq lazımdır. Görünür, Komitə üçün hazırkı bina ölçü baxımından balacadır. Ona görə də, Komitə üçün yeni binanın tikilməsini dəstəkləyirəm. Hesab edirəm ki, dövlət orqanlarının binaları mərkəzdən uzaqlaşdırılmalıdır”, - həmsöhbətimiz bildirib.
Qaldı ki, bu binaların hansı vəsait hesabına tikildiyinə, millət vəkili qeyd edib ki, bu barədə şərh verə bilməz: “Gərək, hansı dövlət qurumu bina tikirsə, buna sərf olunan vəsaitin mənbəyini də açıqlasın. Yəni, mənbə hardandır, büdcədənkənar vəsait ora necə daxil olub? Bunu məndən yox, həmin dövlət qurumundan soruşmaq lazımdır”.
“Bazar iqtisadiyyatında dövlət qurumlarının büdcədənkənar fondları yaradılır, müəyyən vəsait oraya keçirilir. Mən deyə bilmərəm, o vəsaiti kimlər keçirirlər. Məsələ burasındadır ki, nə olur-olsun, hər şey şəffaf olmalıdır. Açıqlasınlar ki, inzibati bina üçün fondumuzda filan qədər vəsait var, bu vəsait filan mənbələr hesabına təmin olunub. Yoxsa ki, kor-koranə olmaz. Fonda vəsait göydən düşmədi ki... Yaxşı olar, buna Gömrük Komitəsi tam şəkildə aydınlıq gətirsin”, - deyə R.Quliyev vurğulayıb.
Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya deyib ki, dövlət qurumları bizneslə məşğul olmadığı üçün onların büdcədənkənar vəsaitlərinin olması da absurddur: ““Gömrük xidməti haqqı” adlı uydurulmuş ödəniş növü var. Özlərindən yaratdıqları “Gömrük xidməti haqqı” anlayışına əsasən, gömrük deklorasiyasını doldurarkən, vətəndaşdan 30 manata qədər əlavə vəsait alırlar. Bunun qanuni əsasının olub-olmadığını dəqiq bilmirəm. Amma iqtisadi baxımdan bu, absurddur. Onsuz da gömrük xidmətini dövlət göstərir. Belədirsə, o zaman hansı əsasla vətəndaşdan ayrıca gömrük xidmətinə görə haqq alınmalıdır?!”
“O zaman olardı ki, bir neçə özəl şirkət gömrük xidməti göstərərdi, xidmətinin də haqqını istəyərdi. Vətəndaşın, iş adamının başqa alternativi yoxdur ki, rüsumları Dövlət Gömrük Komitəsi vasitəsilə yox, özəl şirkətdə rəsmiləşdirsin. “Gömrük xidməti” adı altında Komitənin vəsait toplaması qanunsuz və yanlışdır. Çox güman ki, hörmətli Səfər Mehdiyev büdcədənkənar vəsait dedikdə, “Gömrük xidməti haqqı” adı ilə yığılan vəsaiti nəzərdə tutur”, - deyə ekspert bildirib.
İqtisadçının qənaətincə, bunu büdcədənkənar vəsait adlandırmaq da doğru deyil: “Sabah Milli Məclis, Nazirlər Kabineti qərar versə ki, “Gömrük xidməti haqqı” ləğv edilsin, yaxud da həmin vəsait büdcəyə köçürülsün, o zaman Gömrük Komitəsi nə deyəcək?”.
“Hesab edirəm ki, “bina büdcədənkənar vəsait hesabına tikilir, fondun vəsaiti ilə tikilir” deyilməsi, söz oyunudur. İstər Mərkəzi Bank sədri olsun, istərsə də Gömrük Komitəsinin sədri olsun, belə açıqlamalar verməklə ictimai rəyi sakitləşdirmək istəyirlər. Hər iki dövlət qurumunun istənilən qazancı büdcədənkənar ola bilməz. Çünki onların kommersiya fəaliyyəti göstərmək səlahiyyətləri yoxdur”, - deyə N.Cəfərli fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|