Vətən Müharibəsi dövründə Almaniyadakı səfirimiz nə işə yaradı? - İTTİHAM
Tarix: 20-11-2020, 16:18 | Çap et
DİA.AZ: - "İkinci Qarabağ (Vətən) müharibəsi Azərbaycanın dostlarını və düşmənlərini, o cümlədən gizli düşmənlərini üzə çıxardı. Təəsüf ki, Almaniyanın nümayiş etdirdiyi mövqe açıq-aşkar ermənipərəstdir və bu müharibədə Ermənistanın yanında olduğunu görməmək mümkün deyildir. Türkiyə üzərindən Ermənistana uçan alman hərbi yük təyyarəsinin geri qaytarılması, Almaniyanın Ermənistana 750 milyon avro həcmində maliyyə yardımı etməsi, Qarabağ müharibəsi kontekstində alman deputatlarının kütləvi şəkildə Dağlıq Qarabağa səfər etməsi, Almaniyanın xarici işlər naziri Hayko Massın Azərbaycana münasibətdə hədəyana bəyanatla çıxış etməsi və ya kansler Merkelin Prezident İlham Əliyevdən atəşkəsin dayandırılmasını təkid etməsi kimi faktları xatırlamaq kifayətdir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Daha sonra məalədə bildirilir: "Qeyd edirik ki, Almaniyada ictimai abu-hava da açıq-aşkar Azərbaycanımızın əleyhinədir. Azərbaycanımızın haqq səsi bu ölkədə, demək olar ki, heç eşidilmir. Müharibənin ilk günündən etibarən alman mətbuatı fasiləsiz şəkildə açıq-aşkar Ermənistanın tərəfini saxlayır, ermənilərin təbliğat ruporu rolunu oynayır. Belə acınacaqlı vəziyyət hələ də davam etməkdədir, anti-Azərbaycan eyforiya günü-gündən qızışmaqdadır.
Yuxarıda qeyd edilənlərin fonunda Azərbaycan adı çəkildikdə, rəsmi instansiya olaraq, gözlər Azərbaycanın və Ermənistanın Almaniyadakı səfirliklərinə zillənir; ictimai diqqət səfirlərin üzərinə yönəlir. Acı həqiqəti dərk etmək və etiraf etmək gərəkdir: Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan çox aktiv və uğurlu şəkildə Azərbaycan və Türkiyənin əleyhinə təbliğatı aparmaqda və bunu təşkil etməkdədir. Bunu Azərbaycanın səfiri Ramin Həsənov haqda demək mümkün deyildir. Erməni həmkarı Aşot Smbatyanla müqayisədə Ramin Həsənov aciz, fəaliyyətsiz və iştiraksızdır, sanki ətrafda baş verənlərin ona heç bir aidiyyəti yoxmuş... kiçik və tək-seyrək müsahibələrdən savayı, gözə çarpacaq bir faəliyyət müşahidə edilmir. Səfirliyimizin yarıtmaz fəaliyyətini görməmək mümkün deyildir.
Bu günlərdə Azərbaycan xalqı da fərqinə varmadan, səfir Ramin Həsənovun uğursuz fəaliyyətinin bir daha şahidi oldu; inanırıq ki, hər biriniz Almaniyanın mərkəzi ictimai televiziya kanalı “ARD”-nin cənab Prezident İlham Əliyevlə olan müsahibəsini (28.10.2020) xatırlayırsınız (nümunə üçün bax: https://azpolitika.info/?p=609676). “ARD” kanalı alman dövlətinin mərkəzi təbliğat maşınıdır, burada heç nə təsdüfən baş verə bilməz. Lakin, onun əməkdaşı cənab Prezidentlə müsahibəsində bütün ədəb-ərkanı bir qırağa qoyduğu bəs deyilmiş kimi, hələ bir açıqca erməni arqumentləri ilə çıxış edir, bununla da tamaşaçı kütləsinin beynini zəhərləməyə çalışırdı. Artıq yuxarıda qeyd etdiyiniz kimi, təkcə “ARD” kanalı deyil, toplam alman mətbuatı Azərbaycana düşmən mövqeyindədir. Sual olunur ki, “ARD” kanalı və ya digə alman mətbuat qurumları ilə səfirliyimiz indiyədək hansısa bir iş apara bilmişdirmi və ya onlara Azərbaycan həqiqətlərini aşılaya bilmişdirmi? Əgər səfir Həsənov sual edilənlərin öhdəsindən gələ bilmişdirsə, onda alman mətbuatı, ictimaiyyəti və dövlət dairələrində Azərbaycana qarşı radikal nifrət nəylə izah oluna bilər?
Səfir cənabları aidiyyəti üzrə alman ictimaiyyəti və mətbuatı ilə iş aparmaq əvəzinə, özünün yarıtmazlığını ört-basdır etmək məqsədi ilə Azərbaycan mətbuatında Almaniya-Azərbaycan münasibətlərinə dair yalan və şişirdilmiş məlumatlar yayamaqla məşğuldur. Səfir Həsənovun özü haqda yaydığı feyk xəbərlərdən biri də onun bu müharibənin qaynar çağında Almaniyanın Federal Mətbuat İdarəsinə məxsus konfrans zalında keçirdiyi mətbuat konfransıdır. Adıçəkilən mətbuat konfransı həqiqətən keçirilmişdir, amma necə keçmişdir... Rəsmi xronikanın daşıyıcısı olan “AZƏRTAC” dövlət xəbərlər agentliyin saytına yerləşdirilmiş video-reportajdan (https://video.azertag.az/site/video/105195) açıqca məlum olur ki, təxminən 150-200 nəfərlik zalda bütün stullar boşdur, cəmi dörd-beş nəfər gözə dəyir ki, bunlardan da biri mətbuatın idarəsinin texniki işçısi-fotoqrafdır, digər iki nəfər isə elə səfirliyin əməkdaşlarıdır, cəmi-cümlatanı bircə nəfər jurnalsit gözə dəyir, o da hansısa lokal qəzetlərdən birinin ştatdankənar əməkdaşıdır. Türk həmkarlarımız qeyd etdiyinə görə, bu zavallı şatdankənar müxbiri də ermənilər göndəribmiş... Qeyd edilənləri AZƏRTAC-ın veb-səhifəsindəki video-sujetdən aydın şəkildə seyr etmək mümkündür. Səfir həzrətlərinin səfir kürsüsündə əyləşdiyindən beşinci il keçir, bu beş ildə elə cəmi bir nəfər jurnalist tanıyır? Və ya əla-həzrətin səfirin mətbuat konfransına cəmi bir nəfərin təşrif buyurması nəyin göstəricisidir? Məlumatınız üçün qeyd edirik ki, Almaniyada təxminən hər gün 330 gündəlik və 17 həftəlik qəzet dərc edilir; 1600 jurnal nəşr edilir, 60-a yaxın televiziya kanalı, 300-dən çox radio mövcuddur. Bu ölkədə hər gün təxminən 13,5 milyon ədəd qəzet çap edilir. Almaniya, mətbuat bazarının həcminə görə, dünyada beşinci yeri tutur. Qeyd etdiyim statsitik məlumatlarla elə Almaniyanın Federal Mətbuat İdarəsinin statistik dərgisində tanış olmaq mümkündür: https://www.tatsachen-ueber-deutschland.de/ru/smi-i-kommunikaciya/gazety-i-zhurnaly
Kadrarxası bir məqamı da qeyd edək gərəkdir: tələm-tələsik Almaniydakı türklərə məxsus bir televiziya kanlaının nümayəndəsi yuxarıda qeyd edilən “mətbuat konfransı”na gəlir və o da məclisin qeyri-ciddi olduğunu anlayaraq, tez də buranı tərk edir, sonradan türk icması bu hadisəni məxsərəyə qoyub-gülürmüş... Təbii ki, bizlər, yəni Almanayada yaşayan Azərbaycanlıar da bu haqda eşitidik-gördük, bəzilərimiz istehzalı-istehzalı güldük, bəzilərimiz də kədərləndik, amma çox da heyrətlənmədik, çünki Ramin Həsənovun və rəhbərlik etdiyi səfirliyin fəaliyyətinə yaxşı bələdik, necə deyərlər, “pir mənimdir, kəramətinə də bələdəm”. Səfir həzrətləri və onun əməkdaşları ilə ünsiyyətdə olan həmvətənlərimizin əksər hissəsi onları acı istehza və ikrah hissləri ilə xatırlayırlar, səfirliyə “lal və kor adamlar cəmiyyəti” deyirlər... Çün ki səfirlikdə çalışan əməkdaşlar tədbirlərdə dovşan kimi küncə-bucağa gizlənirlər. Niyəsi də bəllidir: bəyzadələrin böyük əksəriyyəti yaşadıqları ölkədə danışılan dili-alman dilini bilməyirlər və ya yetərincə bilməyirlər. Səfirliyin konsulluq şöbəsi isə rüşvət yuvasıdır. Almaniyanın orta göbəyində, günün-günorta çağında kamerların altında sənədlərin arasında “şirinlik” vermək adət sayılır.
Azərbaycan mətbuatında Berlindəki səfirliyimiz haqda yayımlanmış materialların monitorinqini apardıq, materialların əksəriyyətinin mənbəyi səfirlikdir, məlumatlar şişirdilmişdir, çox hallarda isə yalandır. Qənaətimizcə, səfir həzrətləri bu cür və serial yalanlar yaymaqla özünün yarıtmaz və uğursuz fəaliyyətini gizlətməyə cəhd edir. Bilmək maraqlı olardı, Bakıda əyləşən bəyzadə və xanım-əfəndilərin burada baş verənlərdən xəbərləri vardırmı? Baş verənləri görmürlərmi, eşitmirlərmi? Əgər baş verənlərdən xəbərləri vardırsa, onda niyə süküt edirlər? Yoxsa səfirin daydaylarından- Xələf Xələfovdan və Əli Əhmədovdan ehtiyat edirlər?
Görəsən, Azərbaycanımızın xaricdəki nümayəndəliklərinin mətbuat üzə fəaliyyətinə nəzarət edən qurumun-Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi və onun rəhbəri Leyla Abdullayeva, obrazlı şəkildə desək, hara baxır?
Səfir cənablarına da, onu himayə edən bəyzadə və xanım-əfəndilərə də sual edirik: Azərbaycanımızın taleyüklü günlərində belə bir fiaskoya, həm də biabrçı fiaskoya nə ad vermək olar?
Səfir Ramin Həsənovun yarıtmaz fəaliyyəti nəticəsində yaranan boşluqları Ermənistanın səfiri Aşot Smbatyan uğurla doldurmaqda davam edir. Yeri gəlmişkən, erməni icması da bu haqda Alman-erməni Cəmiyyətinin (DAG) facebook səhifəsində status paylaşaraq, Ramin Həsənovu və onun fiasko-konfransını məxsərəyə qoyublar (əlavə edilir).
Dəyərli həmkarlar, bu yazının müəlliflik hüququnu Sizlərə həvalə edirəm, yəni bunu öz mətbu orqanlarınızda dərc edə bilərsiniz, istifadə edə bilərsiniz. Hörmətlə, “Almaniyada yaşayan Azərbaycanlı Jurnalistlərin Dərnəyi”
P.S.: müvafiq materialı hazırladığımız zaman, Almaniyanın xarici işlər naziri Hayko Maas Alman Federal Hökumətinin Dağlıq Qarabağın erməni icmasına daha iki milyon avro humanitar yardım ayırması bəlli olmuşdur (29.10.2020). Baxaq görək, Ramin Həsənov bu haqda da danışmaq istəyirmi, yəqin bu dəfə də “mənə dəxli yoxdur” deyəcək..." diaaz.space olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
|