Zamirə Hacıyevanın Azərbaycana qaytarılmasını kimlər istəmir? - “Onların çoxu vəzifədədir”
Tarix: 27-09-2019, 12:24 | Çap et
Xəbər verdiyimiz kimi, ötən gün Londonda Azərbaycanın tələbi əsasında Zamirə Hacıyevanın ekstradisiyası üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın London müxbirinin verdiyi xəbərə görə, Westminister Magistrates məhkəməsində keçirilən iclasda qərar açıqlanıb. Məhkəmə Z. Hacıyevanın Azərbaycana ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Azərbaycan hökumətini təmsil edən vəkil isə qərardan apelyasiya şikayəti verəcəklərini bildirib. Bəs görəsən Azərbaycan tərəfi bu qədər oğurlanmış vəsaiti və onu xərcləyən Zamirə Hacıyevanı niyə qaytara bilmir. Bu məsələdə bizə nə mane olur?
Bununla bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlama verib. O, məsələni belə izah edib:
“Onun Azərbaycana gətirilmə ehtimalı çox azdır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Gəlin, obyektivdən başlayaq. Birincisi, Azərbaycan tərəfi sübut etməlidir ki, Zamirə Hacıyeva Azərbaycana zərər vurub və cinayətkardır. Zamirə Hacıyeva Azərbaycanda heç bir vəzifə tutmayıb. Nəinki dövlət, heç özəl qurumlarda belə vəzifə tutmayıb. O yalnız Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşıdır. Təbii ki, biz hamımız başa düşürük ki, o vəsaitləri talayan, mənimsəyən Cahangir Hacıyevdir. Yəni biz sübut etməliyik ki, Zamirə Hacıyevanın da bu əməldə günahı var. Əlbəttə, siz də, mən də, geniş ictimaiyyət də başa düşür ki, Zamirə Hacıyeva uşaq deyil. O başa düşür ki, əri neft maqnatı deyil ki, o qədər gəliri olsun və arvadına o qədər pul versin. Əlbəttə, başa düşür ki, bu, cinayətkar yolla əldə edilən vəsaitdir. Amma bunu sübut etmək çətindir. Biz gərək sübut edək ki, ərinin arvadına verdiyi pulu arvadı bilirdi ki, bu qanuni yolla əldə edilən vəsait deyil. Əlbəttə ki, bunu sübut etmək olar. Mən hesab edirəm ki, olar. Amma çətindir. Bunun üçün iki şey lazımdır. Birincisi, savadlı hüquqşünaslar lazımdır. Yəni bank işini, bank qanunvericiliyini, iqtisadiyyatı bilən hüquqşunas...
Azərbaycanda belə hüquqşünaslar isə barmaqla sayılacaq qədərdir. Xüsusilə də, hüquq mühafizə orqanlarında belə şəxslər, demək olar ki, yoxdur. Mən bunu niyə belə dəqiq deyirəm? Çünki hüquq mühafizə orqanlarının iqtisadi sahədə apardığı cinayət işlərinin səviyyəsi bərbaddır. Mən özüm vəkil kimi bəzi vətəndaşları müdafiə edirəm. Görürəm ki, hüquq mühafizə orqanları, xüsusilə də prokrorluq işlçilərinin, bu barədə ümumiyyətlə anlayışları yoxdur. Hətta bəzən vətəndaş günahkar olanda belə onu əsaslandıra bilmirlər. Amma buna baxmayaraq, bizim məhkəmələrdə onsuz da, prokurorluq nə deyirsə, həbs edilir. Belə olan təqdirdə bunlar da fikirləşirlər ki, bunlar hər şeyi bilir, bunlardan yoxdur. Bizdə sən heç bir əsas gətirmədən vətəndaşı içəri saldıra bilərsən. (Gülür) Amma bunu gedib İngiltərə məhkəməsində sübut etmək lazımdır ağıllı-başlı. Bu bir. Məsələnin bir tərəfidir ki, kim gedib bunu orada əsaslandırıb İngiltərə məhkəməsinə təqdim edəcək.
Tutaq ki, azərbaycanlılar getmədi oraya, xaricdən, elə İngiltərənin özündən bu işə mütəxəssislər cəlb etdik. Müsal üçün deyək. Amma burada ikinci amil ortaya çıxır. İngiltərə məhkəməsi deyəcək ki, biz uşaq, sadəlövh deyilik. Yəni o boyda bankda bu qədər pulu bir nəfər tək başına çıxara bilməz. Mən özüm uzun illər – 10 ildən çox bank sistemində işləmişəm. Mən gözəl bilirəm ki, bankda idarəetmə sistemi var, xüsusilə də dövlət bankında. Cahangir Hacıyevin o pulları oradan çıxarmağı üçün azı 100-200 nəfər imzalamalı, rəy verməli idi və sair.
Yəni İngiltərə məhkəməsi deyəcək ki, həmin şəxslər haqqında da məlumat verin da. Yəni tam obyektiv baxılmalıdır axı. Həmin şəxsləri çoxu bu gün vəzifə də tuturlar, hələ Beynəlxalq Bankda da işləyirlər var və məsuliyyətə də cəlb olunmayıblar. Biz bu məsələni tam açıqlığı ilə Britaniya məhkəməsinə təqdim etsək, gərək hər şeyi açıq deyək. Təbii ki, bunu da açıqlığı ilə deməyə Azərbaycanda çox adam mane olur. Çünki öz adları da çıxacaq. Bu, məsələlərin obyektiv tərəfi”. Ə. Həsənov İngiltərə tərəfinin də Zamirə Hacıyevanı Azərbaycana vermək istmədiyini deyib:
“Subyektiv tərəfi isə, yəni Azərbaycana aid olmayan, ingilislərə aid olan məsələ... İngilislər Zamirə Hacıyevanı bizə niyə versinlər ki? İngilislərə onu vermək maraqlı deyil. Çünki onun başqa əmlakları da var axı. Ona deyəcəklər ki, ay xanım, getmə, qal. Biz səni vermirik. İngiltərədə, İngiltərədən kənarda, Fransda, hadada nəyin varsa, ver bizə. Yəni həmin vəsaitləri özləri alırlar. Onu bizə niyə versinlər ki? Buna görə də bizim arqumentlərimiz başdan keçən, tutarlı olmalıdır ki, onu bizə versinlər. Bunun da səbəbini bayaq dedim ki, bizdə niyə olmur”.
O, Azərbaycan tərəfinin qərardan apelyasiya şikayəti verəcəkləri ilə bağlı da danışıb:
“Amma mən inanıram ki, bizdən dövlətin ən yüksək səviyyələrindən istək var ki, bu işi sona çatdıraq, Zamirə Hacıyevanı qaytaraq, Azərbaycandan çıxarılan pulları qaytaraq. Amma bu işin icraçıları var da bizdə. Onlara da müəyyən təsirlər var da. Bu işdə adlarının çıxmasını istəməyən şəxslər buna imkan verməyəcəklər. Cahangir Hacıyev o qədər pulu bankdan çıxaranda elə dövlət orqanları görmürdü, bilmirdi? Görürdülər, amma rüşvətlərini alırdılar, susurdular. İndi də adlarının ortaya çıxmasını istəmirlər. Apelyasiya şikayəti vermələri də təbiidir. Gəlib deyəcəklər ki, bu məsələdə axıra kimi çalışdıq. Gözdən pərdə asmaq kimi... Buna görə də bu işi dürüst peşəkarlara tapşırmaq lazımdır”.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılmışdı. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
|