Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                 

Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir... - "Mənim özümə Bakıya şikayət yazdığım üçün “küçük” deyib"
Tarix: 17-05-2019, 11:03 | Çap et
Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir...
“İcra hakimiyyətindən məni “Kapitakbank”ın Saatlı rayon filialına göndərdilər. Dedilər, get, ordan maaş kartını götür. Soruşdum, mən harda işləyəcəm? Dedilər, kart veririk, hər ay da içində pul olacaq, get, başını saxla, iş yoxdur”. Saatlı sakini Vüsal Axundov danışır ki, 2015-ci ilin yanvar ayında hərbi xidmətdən qayıdandan sonra rayon Məşğulluq Mərkəzinə, yerli icra hakimiyyətinə iş üçün rəsmi müraciətlər edib. Bu qurumlardan müsbət cavab almadıqda ölkə başçısına və onun xanımına rayondakı işsizlik problemlərindən yazıb.

”Adamlar acından torpaqlarını satır”

“Adamlar acdır, elələri var ki, xəstəsini müalicə etdirmək üçün pay torpağını satıb. Adamlar acından qab-qacaqlarını, evinin əşyalarını aparıb Bakıda gedirlər. Mən də ölkə başçısına bunları yazıram. Özüm ailəliyəm, 10 aylıq körpəylə ortalıqda qalmışam. Yoldaşımın ayaqları qanqrenadır, çünki pulsuzluqdan əməliyyatı gecikib. Evim yoxdur, kirayədə qalıram, nə ünvanlı sosial yardım, nə başqa gəlirimiz var. 4 ildən çoxdur istədiyim işlə təmin olunmaqdır, onu da eləmirlər. İş üçün gedəndə şərləməklə hədələyib qovurlar. Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir, mənim özümə Bakıya şikayət yazdığım üçün “küçük” deyib, icra hakimiyyətinin qapısından qovub. Hələ bu, başçının leksikonundakı ən “abırlı” söyüşdür,” – Vüsal Axundov danışır.

Vüsal Axundovun deməsinə görə, məhz bundan sonra yerli icra hakimiyyəti ilə problemləri başlayıb:

“Bir dəfə icra hakimiyyətinə çağırdılar, dedirlər, sənə sonuncu xəbərdarlığımızdır, başçı sənin əlindən yığıb, yazmağı dayandır, yoxsa səni oğurluqla, narkotiklə atdıracaq həbsə… Nə İlham Əliyev, nə Mehriban Əliyeva səni çağırıb iş verən deyil, ancaq o dərəcəyə çatdırma ki, başçı sənə başqa “iş” verdirsin…”
“Həyat yoldaşımın cüzi maaşı kreditlərə ödənilir”

Vüsal Axundov 3 ay əvvələdək köhnə maşını ilə Saatlıdan Bakıya taksi xidməti göstərirmiş. Ancaq həyat yoldaşının səhhəti ağırlaşdıqca, müalicəyə pulu olmadığından maşını da satmalı olub. Orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən həyat yoldaşının cüzi maaşı isə bir neçə bankdan götürülmüş kreditlərin aylıq ödənişlərinə gedir:

“Sənətim traktorçuluqdur. Əlimdən elektrik, santexnik işləri gəlir. Ya məsələn, qaz idarəsində iş versin, boru daşıyım, işıq idarəsində iş versin, şunur daşıyım, su idarəsində iş versin, şlanq daşıyım… Axır ki, hər nə iş olur, fərq eləməz, təki körpəm ac qalmasın, evin kirayəsini verə bilim…”

“Kart var, maaş var, iş yoxdur”

Bu yaxınlarda Vüsal Axundovu yenə yerli icra hakimiyyətinə çağırıblar. Ona bildiriblər ki, iş yoxdur, ancaq maaş kartı var, götürsün və bir daha işsizliklə bağlı ölkə rəhbərliyinə şikayətlənməsin:

“Youtube kanalı vasitəsilə prezidentə növbəti video-müraciətimdən sonra – ötən həftə başçının köməkçisi Zaur Əsədov məni çağırıb dedi, get, “Kapitalbank”da sənin adına kart var, götür… Mən də “Kapitalbank”ın rayon şöbəsinə getdim, yaxınlaşıb dedim, burda mənim kartım olmalıdır. Kartı verdilər, dedim, bu nə kartdır? Dedilər, “DOST” İş Mərkəzinin verdiyi maaş kartıdır. Qalan şeyləri get, icra hakimiyyəti ilə aydınlaşdır. Kartda 173 manat vardı, gəldim icra hakimiyyətinə, Zaur Əsədova dedim, bəs mən harda işləyəcəm? Bu pulu mənə kim, niyə verir? Dedi, iş yoxdur, get, otur evində, hər ay maaşın köçürüləcək karta. Mayın 3-də kartdan 173 manatı çıxartdım, elə həmin gün yoldaşımı xəstəxanaya apardım. Ancaq mən belə “maaşı” istəmirəm. Mən iş tələb edirəm. Evdən çıxım, gedim, işləyim, çörəyimi zəhmətimlə qazanım”.
“Təklif olunan işlərdən imtina edib”

Dövlət Məşğulluq Mərkəzindən bildirilib ki, işlə bağlı müxtəlif qurumlara müraciət edən Vüsal Axundov Saatlı rayon Məşğulluq Mərkəzinə dəvət olunsa da, gəlməyib. Mərkəzin əməkdaşları Vüsal Axundovla telefon əlaqəsi yaradaraq ona 200 manat əməkhaqqısı olan Ağcəbədi Regional Meşə Təsərrüfatı Mərkəzində iş təklif ediblər. Bundan başqa, Vüsal Axundova “MKT Saatlı” Pambıq İstehsalı və Emalı Zavodunda günəmuzd əməkhaqqısı olan iş yerləri təklif ediblər. Ancaq Vüsal Axundov təklif olunan iş yerlərinin yaşadığı yerdən uzaqda yerləşdiyini səbəb gətirərək, hər iki işdən imtina edib: “Biz də Vüsal Axundova yeni iş yerləri ilə bağlı məlumat əldə etmək üçün rayon Məşğulluq Mərkəziylə mütəmadi əlaqə saxlamağını tövsiyə etmişik”.

Vüsal Axundova “DOST İş Mərkəzi” MMC-nin xətti ilə verilmiş maaş kartına gəlincə, mərkəzdən bildirilib ki, məsələni araşdıracaqlar.

Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Bu gün, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Bu gün, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Bu gün, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Bu gün, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Bu gün, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Bu gün, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Bu gün, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Bu gün, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Bu gün, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Bu gün, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru