Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                 

Keçmiş deputatın bankı "son nəfəsini dərir"... - GƏLİŞMƏ
Tarix: 18-01-2019, 14:47 | Çap et
[b]Keçmiş deputatın bankı "son nəfəsini dərir"...
Mətbuatda daha çox sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın bank kimi tanınan “AGBank”ın (əvvəlki adı “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyəti-red.) maliyyə durumunun nisbətən stabilləşdiyi məlum olub. “AzPolitika”nın məlumatına görə, bankın 2018-ci ilin nəticələrini əks etdirən hesabatı “AGBank”ın ili 5.4 milyon manat xalis gəlirlə başa vurduğunu göstərir.

Bununla yanaşı, bankın məcmu kapitalı 52,4 milyon manata çatdırılıb. Hansı ki, 2017-ci ilin yekunlarına görə, bu göstərici 44 milyon 573 min manat olub. Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum həddi 50 milyon manat müəyyən edilib. Son bir neçə ildə “AGBank” bu göstəriciyə nail ola bilmirdi.

Maraqlıdır ki, 2016-cı ildə 35 milyon 630 min manat, 2017-ci ildə 6 milyon 688 min manat ziyan edən “AGBank”ın ümumilikdə yığılmış zərəri 67 milyon 178 min manata çatmışdı. Ancaq ötən ilin yekununa görə, bank 5.4 milyon manat qazanc əldə edib və məcmu kapitalını da təxminən 8 milyon manat artırıb.

Hesabatdan aydın olur ki, bank il ərzində səhmlərin iki emissiyasını həyata keçirərək, nizamnamə kapitalını 1,6 milyon manat artırıb və 103,8 milyon manata çatdırıb.

Bankın rəsmi məlumatına görə, xərclərin optimallaşdırılması strategiyasına uyğun olaraq, 2017-ci illə müqayisədə inzibati xərclər 1,1 milyon manat, işçilərə çəkilən xərclər isə əvvəlki illə müqayisədə 10 faiz azaldılıb.

“AGBank”ın rəsmi göstəricilərinin nisbətən yaxşılaşdırılmasının nəyin hesabına əldə olunduğu məsələsinə toxunmaq istəmirik. Ancaq onu qeyd edə bilərik ki, görünür bankın rəhbərliyi göstəriciləri Mərkəzi Bankın tələblərinə uyğunlaşdıraraq, “AGBank”ın iflasın astanasında olması, bağlanacağı, yaxud başqa bankla birləşdiriləcəyinə dair xəbərlərin təsirini önləməyə çalışır.

Xüsusilə də 2015-ci ilin oktyabrında bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayevin deputat mandatının ləğv olunması, daha sonra mətbuatda onun havadarı kimi göstərilən Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması bu bankın başını “qara buludların” aldığından xəbər verirdi.

Xatırladaq ki, Ç.Əsədullayevin sabiq nazir E. Məhmudovla qohum olduğu xəbəri yayılsa da, o bunu təkzib edib. Ancaq dost olduqlarını gizlətməyib. Sitat: “Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla – Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq.

Yeri gəlmişkən, bəzi KİV-lər belə məlumat yaymışdı ki, Eldar Mahmudovun həyat yoldaşı bizim bankda guya bir neçə il ərzində məsləhətçi işləyib. Bu məlumat da həqiqətə uyğun deyil. Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi…”

Ç.Əsədullayev özünü Mahmudovun dostu kimi təqdim etsə də, çoxları onun sabiq nazirin himayəsinə sığınan bankir olduğuna inanırlar. Hansı fikir doğrudur, bilmirik.

Ancaq Ç.Əsədullayevin adının MTN-də yığılan “qara pulların” xarici banklara ötürülməsi məsələsində, həmçinin daha sonra Beynəlxalq Bankdakı proseslıərlə bağlı hallandırılması, hətta onun istintaqa cəlb edilməsinə dair xəbərlər bankın reputasiyasına və maliyyə durumuna təsirsiz ötüşə bilməzdi. Ancaq bütün bunlara rəğmən, ötən ilin yekunlarına dair hesabatda göstəricilərin yaxşılaşması E.Mahmudovun adamı kimi təqdim olunan Ç.Əsədullayevin bankının qismən də olsa dirçəlməyə başladığı təsəvvürünü yaradır.

Bununla yanaşı, “AzPolitika”da olan məlumata görə, bu ilin əvvəlindən etibarən bir çox dövlət qurumları və təhsil müəssisələri “AGBank”la əməkdaşlığı dayandırıb. Belə ki, maaş kartları bu banka aid olan bir çox qurumlar artıq başqa bankların xidmətlərindən istifadə etməyə başlayıblar və kartlar dəyişdirilib. Bu isə sözügedən banka münasibətin hansı vəziyyətdə olduğunun bariz nümunəsidir. Həmçinin, bu onu göstərir ki, yeni ildə “AGBank”ın öz göstəricilərini yaxşılaşdırması, yaxud heç olmasa maliyyə stabilliyini saxlaması asan olmayacaq.[b][/b]









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru