"Hacı Qalib mənə 2 milyondan çox zərər vurub" - İTTİHAM
Tarix: 18-10-2018, 12:07 | Çap et
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası, sabiq deputat hacı Qalib Salahzadə barəsində aparılan araşdırmanı və açılan cinayət işini ona qarşı qüvvələrin məqsədli kampaniyası hesab edir. O, oğlunun həbsini də bunun tərkib hissəsi sayır.
Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərini yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə ifadə verib.
Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi davam etdirilir.
Baş Prokurorluqda əmlakının dağıdılması ilə bağlı cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib.
Keçmiş deputat portalımıza müsahibəsində şikayətçi olan Seymur Quliyevi ona böhtan atmaqda günahlandırmışdı və vətəndaşın əmlakını ələ keçirmədiyini bildirmişdi.
S.Quliyev isə AzEuroNews.com-a müsahibəsində hacı Qaliblə mülkiyyət mübahisəsinin detallarını açıqlayıb. Müsahibəni təqdim edirik:
– Seymur müəllim, Bilgəhdəki bağ evi sizə dədə-babadan qalıb yoxsa almısınız?
– Mən 2004-cü ildə Bilgəh kardioloji sanatoriyasının yaxınlığında, dənizkənarında torpaq sahəsini alqı-satqı ilə almışam. Bu ərazi “Zəfəran” sovxozunun balansında olub.
1994-cü ildən rəsmi çıxarışı var. Yəni, torpaq ayırma sənədində yazılıb ki, “Zəfəran” sovxozunun yeridir, sadəcə qayalıq yerdir, zəfəran əkini üçün yararsız sahədir. Ona görə, əvvəlcə sərəncamla Münəvvər xanıma verilib. O da Babazadə Nazim adlı şəxsə satıb.
Sonra mən almışam. Notarial sənəddə ərazi 20 sotdur, ümumilikdə istifadəmdə 25 sot olub. Bir sözlə, tam qanuni sənədlərlə bu massivi almışam.
– Yəni, torpağı alanda ortalığa kimsə çıxmayıb, narazılıq edən olmamışdı?
– Xeyr, heç bir problem olmadı, pulumuzu verib ərazini aldıq, çıxarışı aldıq. Mən də layihəni götürdüm, oranın relyefi çox möhtəşəmdir, qayalığın üstündə kompleks tikməyə başladım.
Burada hovuz, bilyard salonu eləmişəm, yüzlərlə ağac əkmişəm, yəni çox gözəl bir layihə inşa etdik. Mən hardan bilim ki, bu qədər xərc çəkəndən illər sonra Qalib Salahzadə adlı biri gəlib yerimi qəsb edəcək?!
– Hacı Qalibin bu yerə iddiası nə vaxt baş qaldırdı?
– Deməli, 2011-ci ilin sonunda mənə Sabunçu Rayon Polisindən təhqiqatçı zəng etdi ki, bu mülkiyyət Rəhilə Salahzadadədir, sizdən şikayətçidir. Açığı, çaşıb qaldım, dedim ki, bəlkə səhv salırsınız, başqa Seymur Quliyevdir?
Telefonda təhqiqatçı bütün bioqrafiyamı, ünvanımı deyəndə gördüm ki, heç bir yanlışlıq yoxdur. Guya 3 nəfərlə silahlı basqın eləmişəm, Rəhilə Salahzadənin evini zəbt eləmişəm. Mən vəkilimə müraciət etdim ki, araşdırsın.
Sonra bizə bələdiyyə sənədi göstərdilər ki, bu yer 316 milyona Rəhiləyə satılıb. Onun mədaxil qəbzləri də var. Bu qəbzləri “Tərəqqi” adında bir şirkət verib. Siz saxtakarlığa baxın ki, 2005-də təsis olunmuş şirkət Rəhilə xanıma 2002-ci ildə qəbz verə bilib. Absurddur, komediyadır.
– Rəhilə Salahzadə kimdir?
– Hacı Qalibin rəhmətə gedən qardaşının həyat yoldaşıdır. Biz əvəvlcə başa düşmədik ki, bu nə məsələdir. Sabunçu polisi də işi bağladı.
Ondan sonra işi alıb Bakı şəhər Baş Polis İdarəsinə, ordan da Respublika Prokurorluğuna verilib. Mən cənab Baş prokuror Zakir Qaralovun qəbulunda da olmuşam.
Sonra araşdırma getdiyi vaxtda bizim bağban Rafiq Hüseynov mənə zəng etdi. Deməli. Qonşum Nurid Əliyevlə aramızda formal bir taxta hasar var, yəni çəpər çəkməmişik. Bağban telefonda dedi ki, hacı Qalib gəlib, ikimizin arasına hasar çəkib, ərazidə fəhlələr işəyirlər.
Mən də dərhal Bilgəhə getdim, fikirləşdim bəlkə qonşum Nurid Əliyev yerini satıb. Amma çölə çıxanda Qalib Salahzadəni gördüm. Dedim ki, bu nə məsələdir? Qayıtdı ki, mən tikmişəm, sən kimsən, bəs buralar mənimdir. Dedim necə yəni sənindir? Mənim əlimdə sənədlərim var, burda kompleks tikmişəm.
Dedi ki, mənə heç nə edə bilməzlər, get kimə istəyirsən de. İstəyirsən prezidentə, istəyirsən spikerə müraciət elə. Təsəvvür edirsiniz bu necə adamdır? Nə qanunları, nə dövlət rəhbərliyini sayır.
– Siz ona qədər hacı Qalibi tanıyırdınız?
– Hacı Qalib adlı adamı eşitmişdim. Amma kimdir bilmirdim. İlk dəfə həmin hasar çəkilən günü onu görmüşəm. Məhkəmə proseslərində də demişəm ki, heç bir qərəzimiz, ədavətimiz yoxdur. O gün görmüşəm, şikayətçi olmuşam.
Həmin gün hasar çəkdi, mühafizə polisi qoydu, bizi öz halal torpağımıza girməyə qoymadı, ordakı hovuz dağıldı, ağaclar qırıldı, hamısı da dekorativ idi.
2011-ci ildən başlayan bu məsələnin araşdırması getdi, 2012-ci ildə məhkəmə gedəndə Hacıbala Abutalıbov sərəncam verdi ki, Nurid Əliyevlə mənim torpağım olan bütün bu 50 sotluq, yəni iki hektar ərazi “İnşaat servis” törəmə şirkətinə verilib.
Mən şirkətə yaxınlaşdım, ordan bildirildi ki, bizlik deyil, biz haramçılıq istəmərik, birbaşa hacı Qaliblikdir. Bundan sonra o vaxtkı Torpaq və Xəritəçəkmə Komitəsinə və Əmlak Komitəsinə sorğu verdik. Bizim mülkiyyət hüquqlarımız tanındı, Abutalıbovun sərəncamı 2 saylı İnzibati-İqtisad Məhkəməsində ləğv olundu. Sonra qərardan şikayət edən olmadı.
Sonra sərəncamın ləğvi ilə bağlı Xatirə Salahzadə məhkəməyə üz tutdu. “İnşaat servis” şirləti özünə “kupça” çıxardı ki, alqı-satqı edərək bu 2 hektar yeri Xatirə Salahzadəyə verir.
Biz bununla bağlı məhkəmə iddiası qaldırdıq, apelyasiya məhkəməsi ədalətli qərar çıxardı. Ali Məhkəmə də qərarı qüvvədə saxladı. Bu iş Konstitusiya Məhkəməsinə qədər uzandı. O da qərarı qüvvədə saxladı.
Bir sözlə, “İnşaat servis”in də, Xatirənin də çıxarışını apelyasiya ləğv etdi. Amma bu günə qədər bu ərazi hacı Qalibin nəzarətindədir, məhkəmə qərarlarını icra eləmir, həmin yeri avtopark edib, 125 maşınlıq yer var, pul qazanır.
Mən onunla görüşəndə də deyir ki, sən kimsən, buralar mənimdir. 2016-c ildə isə yekun məhkəmə qərarı olub. Məhkəmə gedə-gedə evimi dağıtdı. Qalib Salahzadə üçün qanun yoxdur.
– Siz həmin mülkiyyətə nə qədər vəsait xərcləmisiz, yəni sizə neçə min zərər dəyib?
– Əvvəla onu deyim ki, bu işdə qonşum Nurid Əliyevlə bir gedirik, bütün məhkəmə işlərində eyni mübarizə aparmışıq. Sadəcə işləri ilə əlaqədar xaricdə olur, başı qarışıqdır, mənə zəng edib ki, Bakıya gəlib bu işlərlə məşğul olacaq.
Məbləğə gəlincə, hələ 2012-ci ildə yaxınlıqdakı 9 mərtəbələrin sökülməsi vardı. Bağımıza baxan adam dedi ki, gəlib bura da baxıblar, ola bilsin plana düşsün.
Mən də audit şirkətində qiymətləndirmə elədim. Hələ o zaman torpaqsız tikili kompleksimə 2 milyon, 460 min manat qiymət qoydular. Əslində, az pul qoydular. Orada hovuzlar, palmalar var, başqa yerə 5 milyon qoymuşdular. Səbəbi budur ki, birdən mülkü banka girov qoysan mübahisə yaranmasın.
Onu da əlavə eləyim ki, sorğu verdik, məlum oldu bu ərazi Bilgəh bələdiyyəsinin olmayıb. Amma Qalib Salahzadə məhkəmə qərarlarını, qanunları tapdalayıb, bu günə kimi yerimizi qaytarmır. Ona görə müraciətim əsasında cinayət işi başlanıb, prokurorluq araşdırma aparır.
Biz tələb edirik ki, Rəhilə Salahzadə niyə dindirilmir? Bu hacı Qalib necə adamdır? Deyir ki, mən 28 dəfə həccə ziyarətə getmişəm, amma bizim haqqımıza girib torpağımızı ələ keçirib.
Mən prezidentdən, daxili işlər nazirindən, baş prokurordan, ölkə rəhbərliyindən xahiş edirəm ki, bu məsələnin obyektiv həllinə göstəriş versinlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
|