Mahir Quliyev Biləsuvarın dizini yerə gətirib... - Sahibkarlar QAN AĞLAYIR
Tarix: 16-08-2017, 10:58 | Çap et
Biləsuvar rayonunun İsmətli kənd sakini Ağayev İxtiyar Ağakərim oğlu tərəfindən “Gündəm Xəbərin” elektron poçtuna göndərilən və əslində həyacan təbili çalmağa əsas verən şikayət ərizəsinin məzmunu ilə tanış olduqda, sanki dəhşətə gəldik. Şikayətçi yazmış olduğu ərizəsində qeyd edir ki, “ölkə rəhbəri cənab İlham Əliyevin 28 mart 2017-ci il tarixdə Saatlı rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirdiyi respublika müşavirəsində verdiyi tapşırıqlar, bu gün Biləsuvar rayonunda yerinə yetirilmir. Çünki, cənab Prezident həmin müşavirədə çıxışı zamanı bildirdi ki, “mənim üçün pambıqçılığın inkişaf etdirilməsi ilk növbədə sosial layihədir, sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”. Həmçinin ölkə rəhbəri həmin müşavirədə onu da vurğuladı ki, “pambığın əkini, yetişdirilməsi və toplanıb təhvil verilməsi ilə əlaqədar bütün işləri, müvafiq qurumlar operativ şəkildə həll etməlidirlər. Pambıq əkən fermerlərə hər cür köməklik vaxtında çatdırılmalıdır”. Bəli, ölkə rəhbərinin tarixi çıxışından və verdiyi tapşırıqlardan ruhlanan Aran rayonlarında, o cümlədən Biləsuvarda da əhali böyük həvəslə pambıq əkininə qoşuldular. Bizim ailə də, digər ailələr kimi 4,5 ha pay torpağı sahəsində pambıq əkdi. Əkdiyimiz pambıq sahəsinin 2,5 ha hissəsi Çərçili adlanan ərazidə yerləşməsinə baxmayaraq, ümumi müşahidələr bol məhsulun olmasından xəbər verir. Əkin sahələri bizimlə qonşu olan fermerlərlə bərabər biz də, pambığı çıxışdan sonra yalnız bir dəfə suvarmışıq. Çox təəssüflər olsun ki, həmin vaxtdan düz 38 gün keçir. Bu gün minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz pambıq sahələri məhv olmaq üzrədir. Problemin həlli ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti başçısının və Suvarma Sistemləri İdarəsi rəisinin qəbulunda dəfələrlə olsaq da, adı çəkilən vəzifə sahibləri bizə heç bir halda köməklik göstərmədilər. Kənd Təsərrüfatı Nazirliyi ilə bərabər, Meliorasiya və Su Təsərrüfatı ASC-nin qaynar xəttinə etdiyimiz müraciətlərin isə, heç bir nəticəsi yoxdur. Yəni, həmin qurumların səlahiyətliləri problemi həll etmək əvəzinə, problemin həlli ilə bağlı bizə boş-boş vədlər verirlər. Vaxt isə ötüb keçir, pambıq sahələrimiz susuzluqdan yanıb məhv olur, güllər yerə tökülür.
Cənab Prezident müşavirədə göstəriş verib onu da tapşırdı ki, “sakinlərin pambıq sahələri əkib qazanc əldə etmələri üçün, hər kəsə lazımi şərait yaradılsın”. Ölkə rəhbəri demədi ki, rayonun vəzifəli şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və s. su mənbələrinə yaxın yüzlərlə, minlərlə hektar torpaq sahələrini əksinlər və suvarma sularını öz əkin sahələrinə yönəltsinlər. Sıravi vətəndaşlar da başlarına döyə-döyə qalsınlar. Bütün bunlardan əlavə, ölkə rəhbəri cənab İlham Əliyev müşavirədə belə bir tapşırıq da verdi ki, əkin sahələrinə gedən yollar təmir olunsun, yay-tarla düşərgələri yaradılsın və digər əhəmiyyət kəsb edən addımlar da atılsın. Verilmiş belə bir tapşırığın varlığına baxayaraq, Biləsuvarda əkin sahələrinə gedən yollar sovet dönəmindən bu günə kimi bir dəfə də olsun təmir olunmayıb. Bəlkə də kağız üzərində dəfələrlə təmir işləri aparılıb, ayrılan vəsaitlər mənimsənilib, yəni bu haqda məlumatlı olmadığım üçün nəsə deyə bilmərəm. Rayonun əkin sahələrinə gedən yollar sanki NATO hərbi təyyarələri, raketləri tərəfindən dağıdılan, tarmar edilən Əfqanıstanın, Suriyanın, Yəmənin, Liviyanın yollarına bənzəyir. Günün isti vaxtlarında daldalanmağa kölgəlik yer tapa bilmirik. Bir sözlə, ancaq oğurlamağı, soyğunçuluğu, qarətçilik etməyi mükəmməl bacaran məmurlar, bu gün bizi pis günə qoyublar. Vəziyyət belə bir formada davam edərsə, o halda nəinki respublikamızda kənd təsərrüfatı sahəsi inkişaf edəcək, əksinə tamamilə məhv olub sıradan da çıxacaq. Saxta statistika ilə ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edib, sanki “piyli rəqəm”slərlə əhalini doyuzduracaqlar. Yalnız ağ kağız parçaları üzərində respublikamız kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Hollandiyanı, Yeni Zellandiyanı, İsraili və s. ötüb keçəcək. Reallıqda isə, əhali ciddi ehtiyac içərisində yaşayacaq. İşinin öhdəsindən gələ bilməyən, vətəndaşlara kölə kimi baxan məmurlar arxayındırlar ki, bu gün öz hüquqlarını tələb edən sadə vətəndaşların səsi Prezidentə çatmayacaq. Ona görə də istədiklərini edirlər. Amma mən o hala da inanıram ki, əllərindən heç bir iş gəlməyən, iş bacaranlara da mane olan məmurların əlindən, tezliklə bizi ölkə rəhbəri xilas edəcək”. Bütün bunlar onu söyləməyə əsas verir ki, bu gün Biləsuvarda nəinki pambıqçılıqla məşğul olanlara kömək əli uzadılır, hətta ölkə rəhbəri cənab İlham Əliyevin vermiş olduğu tapşırıqlara məhəl belə qoyulmur. Daha xoşagəlməz hal odur ki, pambıq əkib-səpənlərə qarşı bu cür münasibət, ögey yanaşma tərzi və s. problemin həllinə birbaşa cavabdehlik daşıyan vəzifə sahibləri tərəfindən sərgilənir. İH-nin başçısı Mahir Quliyevin və digərlərin atdıqları addımlar isə, sanki problemlərin üstünə yeni bir problemlər gətirməkdədir. Mövzunu diqqətdə saxlayacağıq. "Gündəm Xəbər"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü - BAKIDA AİLƏ FACİƏSİ
Bu gün, 11:33 |
|
|
|
• Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub - ƏMR
Bu gün, 11:31 |
|
|
|
• Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
Bu gün, 11:29 |
|
|
|
• Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... - GİLEY
Bu gün, 11:27 |
|
|
|
• İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” - “Halal narkotranzit”?
Bu gün, 11:19 |
|
|
|
• Sərhəd razılaşmasının şifrələri - Bakının planı nədir, İrəvan nə istəyir?
Bu gün, 11:14 |
|
|
|
• “Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• Oğlunu vuran ata məhkəmə qarşısında
Bu gün, 10:59 |
|
|
|
• Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ - FOTO
Bu gün, 10:55 |
|
|
|
• 3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Bu gün, 10:50 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır - Abramyan
Bu gün, 10:46 |
|
|
|
• Texniki Baxış Şöbəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 10:43 |
|
|
|
• İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38 |
|
|
|
• Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34 |
|
|
|
• O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29 |
|
|
|
• ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26 |
|
|
|
• Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23 |
|
|
|
• Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• "Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20 |
|
|
|
• Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17 |
|
|
|
• "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14 |
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59 |
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
• Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51 |
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
|