İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” .....                     Sərhəd razılaşmasının şifrələri .....                     “Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... .....                     Oğlunu vuran ata məhkəmə qarşısında .....                     Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ .....                     3 aya 12 min KXDR əsgəri məhv olacaq .....                     Bu kəndlər Azərbaycana qaytarılır .....                     Texniki Baxış Şöbəsinə rəis təyin edildi .....                     İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır .....                     Niyam Salami dələduzluqda ittiham olunur .....                     O da anası ilə birgə ağır cəza almışdı .....                     ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Öz aləmlərində Rubeni sığortalayırlar... .....                     "Ərdoğandan kömək istədik" .....                     Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" .....                     ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... .....                     Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... .....                     Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? .....                     Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir .....                     Məktəblərə internet çəkilməsi 17,5 milyon manata .....                     Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... .....                     Bakıda çəkisi 6 kq olan uşaq doğulub .....                     SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? .....                     Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib .....                     Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin .....                     Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi .....                     Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... .....                     Diplomlu işsizlər... .....                     İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb .....                     "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." .....                     "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." .....                     Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? .....                     Paşinyan sübut etməyə çalışır ki... .....                     FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... .....                     Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı .....                     "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" .....                     Arxitektura Komitəsinin nə marağı var ki... .....                 

Gizli biznesin QARA OYUNLARI - Klublarımız futbolçuların transfer qiymətlərini niyə gizlədirlər?
Tarix: 5-08-2017, 14:51 | Çap et
Gizli biznesin QARA OYUNLARI
İdmançıların, xüsusilə də futbolçuların transfer qiymətləri həmişə maraq kəsb edən mövzu olub. Adətən dünya mətbuatında bu cür xəbərlərə tez-tez rast gələ bilirik. Lakin Azərbaycanda vəziyyət belə deyil. Hazırda ölkədə kifayət qədər peşəkar klublar fəaliyyət göstərir və müxtəlif transferlər reallaşdırırlar. Buna baxmayaraq biz transfer məbləğləri haqqında hər hansı məlumat əldə edə bilmirik.

Bunun səbəbi nədir? Transfer qiymətləri niyə gizli saxlanılır?

"Klublar məmurların himayəsi altında olur"

DİA.AZ xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda futbol klubları biznes təfəkküründən uzaqdır:

"Dünyada idman klublarının əksəriyyəti kommersiya qurumu kimi fəaliyyət göstərir. Çoxu səhmdar cəmiyyətdir və minlərlə, on minlərlə səhmləri var. Təbii ki, bunlar cəmiyyətə, bazara açıq şəkildə fəaliyyət göstərməyə borcludurlar. Klublar səhmdar cəmiyyəti olduğu üçün transferlərlə bağlı hər hansı anlaşma olduğu halda bunu mətbuat vasitəsilə ictimaiyyətə açıqlayırlar.

Azərbaycan isə klublar çox təəssüf ki, normal biznes təfəkkürü ilə fəaliyyət göstərmir. Ən yaxşı halda hansısa bir şirkətin sponsorluğu altında çalışır. Bəzən isə bizneslə birbaşa əlaqəsi olan şəxslərin, məmurların himayəsi altında olurlar. Bu səbəbdən də çox qapalı şəkildə fəaliyyət göstərirlər. Cəmiyyətə həm transferlərlə, həm də, ümumiyyətlə, gəlirlər və ya xərclərlə bağlı doğru-dürüst məlumatlar verilmir.

Amma dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da azarkeşlər öz dəstəklədikləri klubun transfer bazarında necə fəaliyyət göstərdiyini, hansı oyunçularla danışıqlar apardığını, nə qədər qonorar aldıqlarını bilməlidirlər və bu, onların haqqıdır".

"Ölkəmizdə dünyada qəbul olunmuş oyun qaydaları formalaşmayıb"

Ekspertin fikrincə, yalnız Avrokuboklara düşən klubların gəliri haqqında az da olsa, məlumat əldə etmək mümkündür:

"Komandalar, furbol klubları biznes qurumu kimi fəaliyyət göstərmir. Avrokuboklara düşməyən klubların gəlirləri haqqında, ümumiyyətlə, məlumat yoxdur. Avrokuboklarda iştirak edən aparıcı klublarımızın oyunlarda qalib gəldikdə və ya tur atladıqda nə qədər vəsait əldə etdiyi haqqında məlumatı hansısa beynəlxalq futbol qurumları, Avropa Futbol Federasiyası vasitəsilə ala bilirik.

Amma klublar çox qapalı fəaliyyət göstərir. Bu da təəssüf doğuran haldır. Çünki futbol artıq uzun müddətdir ki, böyük biznesə çevrilib, şirkətlər kimi idarə olunur və böyük gəlirlər gətirir. Dünyada elə futbol klubları var ki, onun dəyəri milyardlarla ölçülür. Bu da iqtisadi canlanma yaradan əsas faktorlardan biridir. Məsələn, sırf "Barselona"nın oyununa baxmaq üçün gələn turistlər il ərzində azı 2 milyard dollara yaxın vəsait xərcləyirlər. Yəni bu, böyük biznesdir. Azərbaycanda isə kublar biznes təfəkküründən uzaq olduğu üçün bütün məlumatlar gizli saxlanılır. Bu da doğru yanaşma deyil".

"Azərbaycanda heç kim bir transfer qiymətini dəqiq deyə bilməz"

"CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətli transfer məsələsinin hər zaman aktual olduğunu vurğulayıb:

"Əslində, bu sahədə hər şey qaydasında olsaydı, məsələ belə aktual olmazdı. Azərbaycanda peşəkar futbol fəaliyyətinin bünövrəsi qoyulandan indiyə qədər belə hallar bizdə baş alıb gedir. Yəni şəffaflıq baxımından bizdə bu sahədə ciddi qüsurlar var. Hər kəsə gün kimi aydındır ki, şəffaflığın olmaması nəyə xidmət edir. Çünki burada söhbət vergi ödənişləri, maliyyə məsələlərindən gedir. Məsələn, son günlər Neymarın transfer məsələsi ilə bağlı kifayət qədər böyük məbləğdən söz açılır və bu sirr saxlanılmır. Amma Azərbaycanda heç kim bir transfer qiymətini belə, dəqiq deyə bilməz. Klublar adətən bunu maliyyə sirri ilə əlaqələndirirlər. Oyunçudan transferlə bağlı bir şey soruşduqda isə menecer və ya kluba yönləndirir. Burada məsələ tərəflərin ümumi razılığı ilə gizli saxlanılır".

"Klubları kimlər idarə edir..."

R.Binnətli müvafiq qurumların da hər hansı tədbir görmədiyini vurğulayıb:

"Bir yerdə ki şəffaflıq qorunmur, bu, şübhələrə səbəb ola bilər. Əgər heç bir qanun pozuntusu və ya qara niyyət yoxdursa, o zaman nəyə görə bu məsələ gizli saxlanılmalıdır? Belə hallar varsa, deməli, heç də xoşməramlı məqsədlər güdülmür. Əslində, bunun bir ucu da inzibati, hüquqi məsələlərə dayanır. Görürsünüz, bəzən məşhur futbolçuların vergi ödənişində nə qədər pozuntular aşkarlanır və neçə ildən sonra üzə çıxır. Ancaq bizdə bu, qara xəttlə keçən məsələdir. Yenə də deyirəm, bu, tərəflərin razılığı ilə baş verir. Amma bizdən asılı olmayan səbəblər olduğu üçün hələ ki bu məsələnin həlli mümkün kimi görünmür.

Görünür, klublar yuxarıdan idarə olunur. Vergi orqanları da çəkilib kənarda durmasa və bu işin monitorinqi aparılsa, transfer məbləğləri haqqında məlumatlar çox asan formada ortaya çıxar. Amma onlar da bunu etmir. Nəticə olaraq deyə bilərik ki, zəncirin əhatə dairəsi çox genişdir".

"1 milyonu ötüb keçən transferlər...."

"Hazırda bizim yaxşı klublarımız mövcuddur və onların büdcəsi milyonlarla ölçülür, 1 milyonu ötüb keçən transferlər reallaşır. Amma bu ağızdan-ağıza gəzən təxmini rəqəmlərdir. Kifayət qədər yaxşı oyunçuları transfer etmisiniz, çox gözəl. Amma transfer məbləğini kiçiltmək və ya bunu ictimaiyyətdən gizlətmək düzgün deyil. Necə ki, biz dünyanın bütün klub transferləri ilə bağlı xəbər tuta bilirik, bu, ölkəmizə də aid olmalıdır. Bir jurnalist kimi Azərbaycanda reallaşan transferlər haqqında dəqiq informasiya ala bilmirik. Birbaşa bu işə cavabdeh olan qurumlar da məsələnin arxasınca düşmürlər. Transfer məbləğləri hələ də qaranlıq qalır".

"İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir"

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov bildirib ki, transfer qiymətlərinin açıqlanmaması maliyyə şəffaflığına kölgə salan məsələdir:

"Bir çox ölkələrdə normal klublar transfer məbləğlərini açıqlayırlar. Amma bizdə təəssüf ki, belə bir prosedur olmayıb. Eyni zamanda ictimaiyyətə açıqlanan qiymətlərlə rəsmi qiymətlər arasında da hər zaman uçurum olub. Hər halda, məbləğlərin açıqlanması şəffaflıq göstəricisidir. İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir. Görünür, müəyyən problemlər mövcuddur.

Azərbaycanda hər şey göstərildiyi kimi olmur, daha çox transfer qiymətləri qarşılıqlı razılaşma ilə gizli saxlanılır. Ümumiyyətlə, bu, birbaşa maliyyə şəfaflığının olmadığına dəlalət edir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” - “Halal narkotranzit”?
Bu gün, 11:19
Sərhəd razılaşmasının şifrələri - Bakının planı nədir, İrəvan nə istəyir?
Bu gün, 11:14
“Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... - TƏFƏRRÜAT
Bu gün, 11:10
Oğlunu vuran ata məhkəmə qarşısında
Bu gün, 10:59
Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ - FOTO
Bu gün, 10:55
3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Bu gün, 10:50
Bu kəndlər Azərbaycana qaytarılır - Abramyan
Bu gün, 10:46
Texniki Baxış Şöbəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 10:43
İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38
Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34
O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29
ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23
Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22
"Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20
Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17
"Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14
ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06
Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59
Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57
Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37
Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26
SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11
Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00
Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59
Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56
İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41
"Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28
Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26
Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25
FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20
Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18
"Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15
Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08
`Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00
Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15
"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11
ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38
Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru