![MƏTBƏƏÇİLƏR ÇOX SAXLANILMADI MƏTBƏƏÇİLƏR ÇOX SAXLANILMADI](/uploads/posts/2012-06/1339052765_loqo_parlayan-gunesh.jpg)
“PARLAYAN GÜNƏŞ”İN İŞÇİLƏRİ AZADLIĞA BURAXILIB
“İslamazeri.az” saytının məlumatına görə, “Parlayan Günəş” nəşriyyatının əməkdaşları Nurman Şahmərdanlı, İsmayıl Süleymanov, Qabil Şahmərdanov, həmçinin Rizvan İsmayılov iyunun 6-sı saat 23:15 radələrində azadlığa çıxıblar.
Nəşriyyat işçiləri İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ittiham olunmuşdular. İyunun 1-də Nizami Rayon Məhkəməsi onları 5 sutkalıq inzibati həbs cəzasına məhkum etmişdi. Onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanırdı.