23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                 

ELÇİBƏYİN YIXILDIĞI GÜN
Tarix: 4-06-2012, 13:04 | Çap et
ELÇİBƏYİN YIXILDIĞI GÜN

GƏNCƏ QİYAMINI DOĞURAN SƏBƏBLƏR NƏ İDİ?

1993-cü ilin iyununda Gəncədə və bütünlükdə Azərbaycanda nə baş verdiyini tam dərk etmək üçün mütləq bir neçə suala dəqiq cavab tapılmalıdır. Beləliklə birinci sual:

Bu qiyam idi, yoxsa nə?

Bu hadisənin necə adlandırılması, onun mahiyyətinin dərk edilməsi üçün çox əhəmiyyətlidir. Həmin hadisəyə hələ də birmənalı hüquqi qiymət verilməyib. Hərçənd o vaxtlar hakimiyyətdə, indi isə müxalifətdə olan qüvvələr Gəncədə baş verənləri elə ilk gündən qiyam, dövlət çevrilişi adlandırıblar:

«Əslində bunu iyun qiyamı adlandırmaq lazımdır»,- o zaman parlamentin sədri olmuş, Müsavat partiyasının başqanı İsa Qəmbər belə deyir.

Ancaq bu hadisələrdən sonra hakimiyyətə gələn qüvvələr qiyam sözünün işlədilməsinə bir müddət yasaq qoydular. Bu o dövr idi ki, Gəncədə hökumətə qarşı silahlı itaətsizlik göstərmiş 709 saylı hərbi hissənin mütləq söz sahibi Sürət Hüseynovu, yenicə prezident seçilən Heydər Əliyev baş nazir təyin etmişdi.

Ancaq 1994-cü ilin oktyabrında Gəncədə baş verən oxşar hadisənin qarşısının alınması və Sürət Hüseynovun vəzifədən çıxarılması ilə də qiyam sözünə qoyulan yasaq yumşaldıldı.

O vaxt deputat istintaq komissiyasının işləməsi üçün əlverişli şərait olmadığından bu hadisəyə açıq və birmənalı hüquqi qiymət verilmədi.

Müstəqil hüquqşünasların fikrincə 1993-cü ilin iyununda baş verənlərin qiyam adlandırılması üçün daha ciddi əsaslar var.Hələ 1992-ci ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi. O, nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi. Həmin dövrdə dövlət müşaviri işləyən Arif Hacılı belə xatırlayır:

«Sürət Hüseynov dedi ki, əgər Qarabağda komandanlıq mənə verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Sürət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə bu sərəncamı verdi. Sürət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin edildi…»

Ancaq bu sərəncamdan heç bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi…

Prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. 709 saylı hərbi hissəyə silahlarının «maqazin»lərini təhvil verib geri qayıtmaq istəyən prezident qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləboran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya saxlama-yəni bir sözlə qiyam adlandırılırdı. Ancaq qaliblər yox məğlublar mühakimə olunur. Sürət Hüseynov da 1993-cü ili iyunun 4-də qələbəsinə görə yox, 1994-cü il oktyabrın 4-də məğlubiyyətinə görə mühakimə olundu.

Gəncə 15 il əvvəl baş verən qiyamı necə xatırlayır?

709 saylı hərbi hissəylə üzbəüz binada yaşayan Fəridə xala xatırlayır ki, səhər obaşdan hərbi geyimli adamlar onun və qonşuların qapılarını döyüb evdən kənara çıxmamağı deyiblər. Bildiriblər ki, atışma olacaq.

5-ci mərtəbədə yaşayan, eyvanından hərbi hissə əl içi kimi görünən Firuzə Məmmədova da ailə üzvlərini təhlükəsiz yerə aparandan sonra evə qayıdıb, qorxub ki, evlərini soyarlar. Atəş səslərini eşidəndə isə eyvana çıxıb:

«Gördüm ki, avtobusun içində qırğın gedir. Öz gözümlə gördüm ki, atırlar. Qırmızı avtobusuydu. Ondan bir az aralı Mehmanı vurdular. Avtobusun içindən isə sonra qışqırıq qopdu ki, Tahiri vurdular».

Mehman Ələkbərov Gəncə özünümüdafiə batalyonun rəhbəri idi, şahidlər danışırlar ki, o, ağ bayraqla milli qvardiyaya sarı gedirmiş, məqsədi barışıq yaratmaq imiş. Amma onu arxadan, hərbi hissədən vurublar…

Surət Hüseynovun keçmiş silahdaşı deyir ki, görünür, baş verənlər cəmiyyəti şoka salacaq həddə olmadığından kimlərəsə insan ölümüylə nəticələnən olay lazım imiş.

Kimə lazım idi bu?

«Hakimiyyət dəyişikliyini kim istəyirdi? Onlara! Surət Hüseynov Elçibəyin hakimiyyətdən getməsi tələbini qoymamışdı, deyirdi ki, ətrafı getsin. Mənə sonradan danışdı ki, Heydər Əliyevlə görüşəndə də tələbi yalnız bu olub. 4 iyundan qabaq da hadisələrin qabağını almaq olardı. Surəti həbs etməklə problem həll olacaqdı. Amma onu həbs etmək istəmədilər». Surət Hüseynovun keçmiş silahdaşlarından biri belə deyir.

4 iyun hadisələrinin izi Gəncədə başlasa da, Bakıda sona çatır. Amma sona çatırmı?

O vaxt Gəncədə ölən və yaralanan insanların sayının şişirdilməsi də qiyamın çox maraqlı özəlliklərindən idi. Deputat İstintaq Komissiyasının araşdırmalarına görə o vaxt Gəncədə düz 20 nəfər qətlə yetirilmişdi. Amma Sürət Hüseynovun qoşunlarının Bakıya doğru irəlilədiyi müddətdə daha bir neçə nəfərin müxtəlif şəraitlərdə öldürülməsi isə bu sıraya daxil deyil. Gəncədə 48 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Ancaq deputat istintaq komissiyasının üzvü Mirmahmud Mirəloğlu bildirir ki, həmin 48 nəfərdən bəzilərinin heç burunu da qanamamışdı. Ancaq kimlərsə səhhətində hansısa problemlər olan bu insanları silahlı toqquşmada xəsarət alanların sırasına daxil etmişdi.

Bəs Gəncə qiyamını doğuran səbəblər nə idi?
Bu suala cavab tapmaq üçün isə qiyam ərəfəsində ölkədə baş verən bir sıra hadisələri yada salmaq lazımdır. 1993-cü il mayın 25-də sonuncu Rusiya əsgərinin Azərbaycandan çıxarılmasını yada salmaq qiyamı doğuran səbəblərin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, o vaxt hakimiyyətdə olan Əbülfəz Elçibəyin komanda üzvləri iddia edirlər ki, həm Rusiya, həm də İran getdikcə güclənən Azərbaycanı qısqanmaqda idi.

Üstəlik Azərbaycan neftinin qərbə inteqrasiyası istiqamətində də o vaxt çox mühüm addımlar atılırdı. 1993-cü ilin iyul ayının 2-də neft müqavilələrinin imzalanması gözlənilirdi. Hələ mart ayında İstanbulda Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı razılıq əldə edilmişdi. Ancaq bu hələ müstəqilliyini yenicə qazanan ölkədə gözlənən məhəlli və regional dəyişikliklərin hamısı deyil.

Əbülfəz Elçibəy komandasının üzvləri ölkə daxilində Sürət Hüseynovu himayə edən əsas qüvvə kimi o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevi və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını göstərirlər. Onların fikrincə qiyamı Milli İstiqlal və Sosial Demokrat Partiyası və keçmiş Müdafiə naziri Rəhim Qazıyev də müdafiə edirdi. Deputat İstintaq Komissiyasının üzvü Mirmahmud Mirəlioğlunun sözlərinə görə sonradan məlum oldu ki, Naxçıvanla-Gəncə arasında çox sıx əlaqələr mövcud olub.
Qiyam günlərində isə başda Nemət Pənahlı olmaqla Naxçıvandan gələn bəzi simalar Sürət Hüseynovun ətrafında öz fəallıqları ilə xüsusi olaraq seçilirdilər. O vaxt parlamentin sədri olan İsa Qəmbər də deyir ki, Sürət Hüseynovun həmin hadisələrdə həlledici fiqur olmasına inanmır.

Növbəti sual baş verənlərin mahiyyətini daha dərindən anlamaq istəyinə xidmət edir:

Əbülfəz Elçibəy hakimiyyəti Gəncədə niyə məğlub oldu?

Hakimiyyətin o vaxtkı məqsədini Gəncədə keçirilən əməliyyatlara birbaşa nəzarət edən baş nazir Pənah Hüseyn belə izah edir:

«Məqsəd Gəncədə gözlənilən qiyamın başlamadan qarşısını almaq idi. Bundan ötrü təşkilatçıların həbsi nəzərdə tutulurdu».

Ancaq Əbülfəz Elçibəyə yaxın olan bəzi insanların da fikirlərinə görə əslində məğlubiyyətin əsası 1993-cü il aprelin 2-də Kəlbəcərin işğalından sonra qoyulmuşdu. Onların deməsinə görə, əslində o vaxtdan etibarən komandanın əksər aparıcı simaları hakimiyyəti qoruyub saxlamaqdan çox hakimiyyət olimpinə çatmaq üzrə olan Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə əməkdaşlığa getmək haqqında düşünürdü.

Deməli daha bir sualın səslənməsi çox yerinə düşər:

Heydər Əliyevin Bakıya dəvət edilməsi nə vaxt və nədən zərurətə çevrildi?

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəloğlu deyir ki, hələ Gəncə qiyamından əvvəl hakimiyyətin 4 aparıcı siması Naxçıvana zəng vuraraq Heydər Əliyevi Bakıya dəvət etmişdi. Onun sözlərinə görə bu zəng prezident Elçibəylə razılaşdırılmamışdı.

Bundan əvvəl isə 1993-cü ilin fevralda Heydər Əliyevin Bakıda Əbülfəz Elçibəylə 8 saatlıq görüşü olmuşdu və orada danışılan məsələlərdən komandanın əksər üzvləri məlumatsız qalmışdılar.

Pənah Hüseyn deyir ki, Heydər Əliyevin Bakıya dəvət edilməsi qərarını prezident Əbülfəz Elçibəy verib.

Heydər Əliyev isə qiyamdan 11 gün sonra iyunun 15-də Ali Sovetin sədri seçildi. Əbülfəz Elçibəy isə həmin hadisədən 3 gün keçməmiş Bakını tərk edib doğulduğu Kələki kəndinə yollandı.

Müşahidəçilərin fikrincə qiyamın ən böyük nəticəsi Əbülfəz Elçibəy hakimiyyətinin Heydər Əliyev hakimiyyəti ilə əvəzlənməsi oldu. Hərçənd Hakim Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Musa Quliyev Heydər Əliyevin qiyam nəticəsində hakimiyyətə gəlməsi fikri ilə razı deyil:

«15 iyun qurtuluş günü, Heydər Əliyevin Gəncəyə gedib sülh yaratması 4 iyun hadisələrinin nəticələri deyildi».

Politoloq Zərdüşt Əlizadə: «Bu zəncirin bir həlqəsi də Sürət Hüseynovun üsyanı idi. O bacarmadığı bir oyuna girişmişdi. O hadisələrində ləkələnib qurbanına çevrildi…»

Keçmiş dövlət katibi Əli Kərimli: «Məhz o qiyam nəticəsində Azərbaycan ictimai fikri on illərlə geri düşdü…»

(Bu məqalə arxivimizdən istifadə olunur. Onu əməkdaşlarımız 2008-ci ildə hazırlayıblar.)

/ “Azadlıq” Radiosu /









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru