23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                 

RESPUBLİKA GÜNÜ DİLEMMASI
Tarix: 28-05-2012, 13:03 | Çap et
RESPUBLİKA GÜNÜ DİLEMMASI

NƏDƏN BU TARİXƏ ÖGEY MÜNASİBƏT VAR İDİ?

28 Mayda Azərbaycan Demokratik Respublikasının (ADR) 94-ci ildönümü qeyd olunur. ADR 28 may 1918-ci ildə M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən elan edilmişdi. Qəbul edilən İstiqlal Bəyannaməsində Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edilirdi. Sənəddə deyilirdi ki, ölkədə yaşayan xalqlar bərabər hüquqlara malikdirlər və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan edilir. Müstəqil Azərbaycanın siyasi quruluş forması beynəlxalq birliyin bütün üzvləri, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə mehriban əlaqələr qurmaq niyyətində olan demokratik respublika idi. Bu dövlət öz ərazisində bütün vətəndaşlara milli, dini, sosial və cinsi mənsubiyyətindən asılı olmayaraq vətəndaş və siyasi hüquqların təmin edilməsi zəmanətini verirdi. ADR bütün Şərqdə ilk demokratik parlament respublikası idi.

23 aylıq mövcudluğu ərzində ADR-də bir sıra vacib qanunlar qəbul edilmiş, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmışdı. Cəmi iki il yaşasa da, ADR özünü dünyəvi demokratik inkişaf yolunun və dövlətin müasir parlament modelinin qəti tərəfdarı olan ölkə kimi göstərdi. Bu işdə onun lideri Məmmədəmin Rəsulzadənin – müstəqillik və demokratiya idealına sadiq olan bu görkəmli şəxsiyyətin xüsusi xidmətləri vardı. Bütün bunlar həmin idealların həyata keçirilməsi üçün obyektiv və subyektiv şəraitin çox əlverişsiz olduğu bir dövrdə baş verirdi. Azərbaycan Demokratik Respublikası 27 aprel 1920-ci ildə Rusiya tərəfindən Azərbaycanı işğal etmək üçün göndərilən XI Qızıl Ordunun təzyiqləri ilə devrildi. ADR-in banilərindən bir qismi güllələndi, bir qismi sürgün edildi, bəziləri isə mühacirət etməyə məcbur oldular. Respublikanın banisi M.Ə.Rəsulzadə uzun illər mühacirətdə yaşadı. Amma heç vaxt Azərbaycanın yenidən müstəqil olacağına inamını itirmədi. O, 6 mart 1955-ci ildə (71 yaşında) Türkiyədə vəfat etdi və orada dəfn olundu. Azərbaycan isə öz müstəqilliyini bir çox illər sonra – 18 oktyabr 1991-ci ildə bərpa etdi.

Sovet hakimiyyətinin 70 ili ərzində («qırmızı işğal») ADR və onun banisi M.Ə.Rəsulzadə haqda xatirə Azərbaycanın tarixindən köklü şəkildə silindi. Amma uğursuz şəkildə: Azərbaycanda milli-azadlıq hərəkatı (SSRİ dağılana qədər) ADR-in şərəfli tarixinə və onun lideri M.Ə.Rəsulzadəyə lazımi qiymət verdi. Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin özü (18 oktyabr 1991-ci il) ADR-in xatirəsinin, rəmzlərinin və uğurlarının bərpası şüarları altında keçirdi.

Azərbaycan dövlət müstəqilliyi əldə edən vaxtdan sonradan Respublika günü elan edilən, hər il dövlət səviyyəsində də qeyd edilən 28 Maya cəmiyyətdə ölkənin ən əhəmiyyətli və şanlı siyasi bayram kimi ehtiram göstərilməyə başlandı. Adama elə gəlirdi ki, ADR-in və onun banilərinin unudulması istiqamətində 70 illik imperiya təcrübəsi iflasa uğrayandan sonra çətin ki, kimsə belə nalayiq və əbəs cəhdləri təkrar etməyə çalışar. Amma artıq Heydər Əliyevin hakimiyyəti dövründə ADR və onun lideri Rəsulzadənin xatirəsinə qarşı qəribə bir qısqanclıq nümayiş etdirilməyə başladı. Çox vaxt onun adının üstündən sükutla keçilir, ADR-in fəaliyyətinə isə bəzən şübhə kölgəsi salınırdı. Təəssüf ki, bu qəribə ənənə irsən növbəti hakimiyyətə də keçdi: Respublika günü (28 May) və Rəsulzadənin adı düz 2008-ci ilə qədər başqa bir tarixin – ümummmilli liderin ad gününün kölgəsində qalırdı. Təkcə müxalifət partiyaları, müstəqil KİV, QHT-lər və ölkə ictimaiyyətinin nümayəndələri bu tarixi layiqincə qeyd edirdilər. Belə ssenari uzun illər davam etdirildiyindən bunda, görünür, müəyyən gizli siyasi məna vardı – ADR-in və onun liderlərini nüfuzdan salmaq. Prinsipcə hər şey belə də olurdu: taleyin hökmü ilə Gül bayramı ilə (10 may) Qurtuluş günü arasında (15 iyun) olan Respublika günü ölkənin eks-prezidentinə olan bitib-tükənməyən difirambların atmosferində qismən əridilirdi.

2008-ci ildə situasiyanın buzu hiss olunacaq qədər əridi: prezident İlham Əliyev ADR-in 90 illik yubileyinin qeyd edilməsi barədə xüsusi sərəncam verdi. Sərəncamda təhsil, elm və mədəniyyət müəssisələrində xüsusi konfransların, həmçinin xüsusi bayram tədbirlərinin küçirilməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin özü Respublika günü münasibətilə yeni yaradılan «İstiqlal Bəyannaməsi» memorialına çiçək dəstələri qoydu. Bundan başqa, Milli Məclisin xüsusi iclası Respublika gününə həsr edildi, “Gülüstan” sarayında isə yubiley şərəfinə xüsusi təntənələr təşkil edildi. 28 May axşamı Milli Parkda bayram konserti keçirildi, xalq gəzintisi, atəşfəşanlıq oldu.

Görünür, Respublika günlərinin başqa ölkələrdə təntənə ilə keçirilməsi təcrübəsi bizim hakimiyyətə ayıldıcı təsir göstərdi. Yəqin, qardaş Türkiyədə ADR və M.Ə.Rəsulzadənin xatirəsinə hər zaman xüsusi diqqət yetirilməsi də burada mühüm rol oynadı. Belə ki, 2008-ci ildə Ankarada ADR-in 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Türkiyənin baş naziri və başqa yüksək rütbəli şəxslər iştirak edirdi. Bundan başqa, Bakıda yox, məhz Türkiyədə ADR-in banisi M.Ə.Rəsulzadənin abidəsinin açılışı oldu. Üstəlik, hakimiyyət anlamamış deyil ki, Azərbaycan cəmiyyətinin özündə ADR-in tarixi əhəmiyyətinə kölgə salmaq ciddi dəstək qazanmır. Görünür, bütün deyilən səbəblərdən hakimiyyət ölkənin asas siyasi bayramına soyuq-qısqanc münasibəti dəyişməyi qərara aldı. Əgər doğrudan da belədirsə, bunu yalnız alqışlamaq olar. Hərçənd Respublika günü münasibətilə mərasim proseduru istisna edilsə, əvvəllər olduğu kimi, hakimiyyətin xüsusi bayram ovqatı hiss edilmir.

Turan Analitik Xidməti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru