"Adam var ki, bütün çağırışlarda millət vəkili olub, seçiciniq ane edib..." - Mirmahmud Mirəlioğlu
Tarix: 16-07-2024, 07:56 | Çap et
 Partiyaların sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə hazırlıq işləri davam edir. Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib ki, 401 nəfər parlament seçkilərinə namizədlik üçün müraciət edib. O qeyd edib ki, siyasi partiyalar kifayət qədər fəaldır: "Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır". Seçkilərdə şansını sınayacaq partiyalardan biri də Klassik Xalq Cəbhəsi Partiyasıdır. Partiya sədri Mirmahmud Mirəlioğlu "Sherg.az"a aparılan müzakirələrdən sonra partiya olaraq seçki prosesində iştirak etmək qərarı aldıqlarını bildirib. M.Mirəlioğlu neçə dairə üzrə namizəd çıxaracaqlarının müəyyənləşdiyini söyləyib: "Səlahiyyətli nümayəndələrimiz təsdiqlənib. 43 dairədən namizədimiz var. Hazırda müvafiq sənədlərin dairələrə təqdim olunması mərhələsindəyik. Sənədlərini verib, namizədliyi təsdiqlənib, imza vərəqələrini alanlarımız da var. Onlar imzatoplamaqla məşğuldurlar. Artıq iki gündür qanunlara uyğun olaraq prosesə başlamışıq. Mənim də namizədliyim irəli sürülüb. 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyim verilib".
"Yeni dönəmə, müasir tələblərə uyğun yeni parlament necə formalaşmalıdır" sualına isə M.Mirəlioğlunun cavabı belə olub: "Bu suala obyektiv və dolğun cavabı məsələni gündəmə gətirənlər, anlayışın müəllifləri özləri verməlidir. Açıqlasınlar, görək "yeni parlament" dedikdə nəyi nəzərdə tuturlar? Axı bu məsələ 4 il bundan öncə, Milli Məclis özünü buraxanda, fəaliyyətinə xitam verəndə də aktual idi. Elə sizlər də, bizlər də bu məsələdə seyirçi qismindəyik. Çünki "müasir dövrün yeni çağırışlarının" nədən ibarət olduğunu bilmirik. Şəxsən mən bilmirəm. Əgər parlamentdə 4-5 çağırış gördüyümüz deputatların dəyişməsindən söhbət gedirsə, bu, bizim istəyimizdən asılı deyil. Bu, həm də birbaşa və birmənalı şəkildə yürüdülən siyasətdən asılıdır. Ona görə də belə məsələlərdə ancaq özümüzün subyektiv mülahizələrimizi deyə bilərik. Adam var ki, bütün çağırışlarda millət vəkili olub. Seçicini qane edib, o cümlədən hakimiyyətin siyasətinin həyata keçirilməsində iştirakçı olub və nəticədə orada əyləşib. Bizim məsələyə münasibət bildirməyimiz heç nəyi dəyişmir".
Partiya rəhbəri hazırda seçki prosesində, yəni namizəd və dairələrin müəyyən olunması məsələsində tərəfdaşlıq etdikləri partiyanın olmadığını deyib: "Əgər gündəmə gələrsə, təklif olarsa, dəyərləndirərik. Hazırda belə məsələ yoxdur". M.Mirəlioğlu seçki sistemində dəyişikliyin vacib və aktuallıq kəsb edən məsələ olduğunu vurğulayıb: "Amma bunun reallaşdırılması üçün referendum keçirilməli, konstitusiya dəyişikliyi edilməli və ondan sonra proporsional seçki sistemi tətbiq olunmalıdır. Hətta qarışıq sistem - yəni həm proporsional, həm də majoritar qaydada seçki keçirilə bilər. Bununla bağlı bizim nümunəmiz mövcuddur. 2000-ci il parlament seçkiləri həm proporsional, həm də majoritar seçki sistemi ilə keçirilib".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17 |
|
|
|
• Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09 |
|
|
|
• Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00 |
|
|
|
• İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58 |
|
|
|
• "Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50 |
|
|
|
• Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47 |
|
|
|
• Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44 |
|
|
|
• Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38 |
|
|
|
• Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36 |
|
|
|
• Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30 |
|
|
|
• Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29 |
|
|
|
• Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27 |
|
|
|
• TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22 |
|
|
|
• “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19 |
|
|
|
• “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13 |
|
|
|
• “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11 |
|
|
|
• “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08 |
|
|
|
• Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04 |
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
|