Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                 

"Söyüş müxalifəti"nə məlumat və pul ötürən məmurlar kimlərdir? - DETALLAR
Tarix: 30-05-2024, 08:42 | Çap et
"Söyüş müxalifəti"nə məlumat və pul ötürən məmurlar kimlərdir?
Avropa paytaxtlarında qala bilmək, qondarma "mühacir ömrünü" uzatmaq üçün Azərbaycana qarşı bütün siyasi oyunlarda iştirakçı olan "söyüş müxalifəti" daxilində ifşa prosesi başlayıb. Qarşılıqlı ittihamlardan bəlli olur ki, guya təqib olunan və buna görə "mühacir" etmiş bu kəslər "demokratiya", "insan haqları" kimi məsələlərin arxasına sığınaraq, şantaj yolu ilə pul qazanır və bir çox hallarda hakimiyyət daxilində hansısa oliqarx məmurun sifarişlərini yerinə yetirirmiş. Əslində "söyüş müxalifəti"nin ən "parlaq" dövründə - 2018-2019-cu illərdə onların sifariş yerinə yetirdiyi, həm xaricdəki anti-Azərbaycan qüvvələrə, həm də ölkə daxilində müəyyən qruplara işlədiyinə dair fikirlər vardı. İndi bu, özlərinin çəkişməsində faktlarla ortaya çıxır.

"Bloger" olduğunu iddia edən Tural Sadıqlı bildirib ki, "hakimiyyətlə bağlı problemlər daxili məsələdir və şikayəti əcnəbilərə yox, hakimiyyət nümayəndəsinə etməliyik". Bu, "söyüş müxalifəti"ndə səslənən ilk normal fikir kimi qəbul edilə bilər, lakin bu fikrin Tural Sadıqlı tərəfindən səslənməsi suallar yaradır. Axı o, sırf Avropa paytaxtlarında qalmaq üçün erməni diasporu ilə belə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmiş şəxsdir, o zaman, bu tranformasiyanın səbəbi nədir?! Məhz səbəb axtarışı "söyüş müxalifəti"nin bir-birini ifşa etməsi ilə nəticələndi.

T.Sadıqlının "çevrilməsi"nin səbəbləri eyni qrupun digər bir üzvü Surxay Lətifovun sosial şəbəkə hesabında yazdıqları fonundan aydın olur. S.Lətifov yazır ki, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb: "Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. ndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır".

Almaniyada yaşayan Əfqan Muxtarlı da məsələ haqda yazıb. Bildirib ki, Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib: "Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsusən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan hökuməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar".

Bu açıqlamardan məlum olur ki, indiyə qədər Azərbaycana qarşı söyüşlər hesabına Avropa paytaxtlarında "yaşamaq hüququ" alan bu kəslərin sonu çatıb. Artıq Almaniya onların hüquqi müstəvidə ifşasına başlayıb və "söyüş müxalifəti"nin bir çox üzvü ən yaxşı halda deportasiya olunacaqlar. Bunu bilən Tural Sadıqlı da "problemləri hakimiyyət nümayəndəsinə deməliyik" çıxışı ilə indidən özünü sığortalamağa çalışır.

Əfqan Muxtarlının yazdıqlarından isə yeni faktlar ortaya çıxıb.

1. Almaniyada istintaqdan qaçan "söyüş müxalifəti"nin üzvləri var, lakin onların Azərbaycana qayıdışına da icazə verilmir;
2. "Söyüş müxalifəti"nin üzvləri arasında hansısa məmurla (ad çəkilmir) əməkdaşlıq edənlər olub;
3. "Söyüş müxalifəti"nə məlumat ötürən şəxslər elə məlumatı verdiyi şəxslər tərəfindən pul müqabilində - 5-10 min avroya satılıb;
4. "Söyüş müxalifəti" Azərbaycanda hansısa məmurun sifarişi ilə digər məmurlara qarşı qarayaxma kampaniyası aparıb;

Tural Sadıqlı isə Əfqan Muxtarlı başda olmaqla onun haqqında danışanların hamısını "Azərbaycan hakimiyyətinin adamı" adlandırıb, hətta Əli Kərimli və İsa Qəmbərin də ona qarşı prosesdə maraqlı olduğunu iddia edib.

Əfqan Muxtarlı da Tural Sadıqlıya cavabında onun hansısa məmurla görüşdüyünü iddia edib.

"Sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətci, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?", - Muxtarlı yazır.

"Söyüş müxalifəti"nin daxili qarşıdurması və bir-birini ifşa etməsində əsas diqqətçəkən məqam Azərbaycanda hansısa məmurların bu şəxslərdən hansısa məqsədlə üçün istifadə etməsidir. Əslində yaxın keçmişdə "söyüş müxalifəti"nin fəaliyyətinə nəzər yetirdikdə bu ehtimal həmişə ön planda idi. Çünki onların açıqladığı faktlar və yaydıqları məlumatlar sıradan deyildi, bunların "içəridən ötürüldüyü" aydın görünürdü. Hətta mediada konkret adları çəkilən məmurlar da vardı. Misal üçün, Ramiz Mehdiyev, Eldar Həsənov, Ekdar Mahmudov və digərlərinin "söyüş müxalifəti"nə informasiya ötürdüyü, onlardan daxildə "rəqib" kimi gördüyü məmurlara qarşı istifadə etdiyi haqda məlumatlar olub.

Hərçənd, Azərbaycanda aparılan kadr islahatlarından sonra, xüsusilə 2020-ci ildə bu məsələlərə son qoyulduğu görünürdü. Mediada aparılan islahatlar və şəffaflığın təmin edilməsi də "söyüş müxalifəti"ni "çörəksiz" qoymuşdu. Əfqan Muxtarlı və Tural Sadıqlının qarşıdurması, səsləndirdikləri ittihamlar isə hansısa məmurun, yaxud məmurların hələ də "köhnə üsullar"dan istifadə etdiyinə dair şübhələr yaratdı. Onlarla əməkdaşlıq edən məmurlar kimlərdir, bu məmurların məqsədi nədir, informasiyanı hansı formada ötürürlər? Bu cavabsız qalan suallardır. Keçmiş təcrübə göstərir ki, bu halın davam etməsi təkcə hakimiyyət üçün yox, dövlət üçün də təhlükə yaradır. Çünki "söyüş müxalifəti" xaricdə erməni diasporu/lobbisi də daxil olmaqla anti-Azərbaycan dairələrin əlində alətə çevrilib. Hansısa məmurun hansısa marağı üçün onlarla əməkdaşlıq etməsi birbaşa dövlətə qarşı atılan addımdır. Və istisna deyil ki, Muxtarlı ilə Sadıqlının qarşıdurmasında ortaya çıxan nüanslar yaxın zamanda həmin məmurların da ifşasına səbəb olacaq.

Publika.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru